Məhkəmə qərarları › İş №3(057)-18/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-18/2024

30.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-18/2024 30.01.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs iştirakı ilə xx.xx.1989-cu ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Salyan rayonu, Arbatan kəndində qeydiyyatda olmaqla orada yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Salyan RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Salyan RPŞ-dən daxil olmuş 28 dekabr 2023-cü il tarixli, MN № 1690493/1474 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Salyan rayonu, Seyidsadıqlı kəndinin ərazisinə çöl sahədə müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan bir ədəd ov silah əldə edib daşıyaraq və saxlanılması qaydalarını pozmuşdur. Qeyd olunan faktla əlaqədar Salyan RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenanyı X1 cinayət işinin başlanmasının rədd edilməsi barədə 16 dekabr 2023-ci il tarixli qərarı əsasında, Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X2 tərəfindən 28 dekabr 2023-cü il tarixli, MN № 1690493/1474 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, onun babasından yadigar bir ədəd ov silahı vardır. Həmin silahı evdə saxlayır. Axırıncı dəfə xx.xx.2023-cü il tarixdə Salyan rayonu, Seyidsadıqlı kəndinin ərazisinə çöl sahədə olan zaman Salyan PRŞ-nin əməkdaşları onu saxlayaraq şəbəyə gətirmişlər və həmin silahı Salyan RPŞ-nə təhvil vermişdir.Törətdiyi əmələ görə peşmandır.Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan Salyan RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenanyı X1 cinayət işinin başlanmasının rədd edilməsi barədə 16 dekabr 2023-ci il tarixli qərarından görünür ki, həmin qərarla Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsinə əsasən inzibati qaydada məsuliyyətə cəlb olunması üçün Salyan RPŞ-nin İTByə göndərilməsi qərara alınmışdır. Əlavə olaraq həmin qərarın sürətindən görünür ki, bir ədəd 1958-ci ildə zavod üsulu ilə istehsal edilmiş 16 kalibirli, «B» modelli, patronluğunun uzunluğu 70 mm olan, «70527» nömrəli, xarici çaxmaqlı, qoşalüləli, yivsiz odlu ov silahıdır müvafiq icra hakimiyyəti orqanının icazə sənədi olmadan saxladığı üçün, həmin silahı xx.xx.2023-cü il tarixdə Salyan rayon Polis şöbəsinin əməkdaşları tərəfindən təhvil alınmışdır. Silahın təyinatını və xarakteristik əlamətlərini müəyyənləşdirmək üçün keçirilmiş məhkəmə-ballistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-3/2026 nömrəli ekspert rəyinə əsasən, ekspertizaya təqdim edilmiş zavod üsulu ilə istehsal edilmiş, bir ədəd 1958-ci ildə zavod üsulu ilə istehsal edilmiş 16 kalibirli, «B» modelli, patraonluğunun uzunluğu 70 mm olan, «70527» nömrəli, xarici çaxmaqlı, qoşalüləli, yivsiz odlu ov silahıdır, atəşə yaralıdır, detallarında əlavə və dəyişiklik edilməməsi qeyd olunmuşdur. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi cinayət işinin başlanmasının rədd edilməsi barədə 16 dekabr 2023-ci il tarixli qərarı, 28 dekabr 2023-cü il tarixli, MN № 1690493/1474 nömrəli inzibati xəta haqqında protokolla və protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə əsasən işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, Şəxs inzibati xətanı törətməsi faktının təsdiq olunması qənaətinə gəlməklə, inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini məsuliyyətini yüngülləşdirən hallar kimi və məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq, məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın predmeti olan Salyan RPŞ-də saxlanılan bir ədəd 1958-ci ildə zavod üsulu ilə istehsal edilmiş 16 kalibirli, «Tula modelli, patraonluğunun uzunluğu 70 mm olan, «70527» nömrəli, xarici çaxmaqlı, qoşalüləli, yivsiz odlu ov silah müsadirə edilməklə, cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48- 51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinib, Salyan RPŞ-də saxlanılan bir ədəd 1958-ci ildə zavod üsulu ilə istehsal edilmiş 16 kalibirli, «Tula modelli, patraonluğunun uzunluğu 70 mm olan, «70527» nömrəli, xarici çaxmaqlı, qoşalüləli, yivsiz odlu ov silah müsadirə edilməklə, barəsində 80 (səksən) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Müsadirə edilmiş Salyan RPŞ-də saxlanılan bir ədəd 1958-ci ildə zavod üsulu ilə istehsal edilmiş 16 kalibirli, «B» modelli, patraonluğunun uzunluğu 70 mm olan, «70527» nömrəli, xarici çaxmaqlı, qoşalüləli, yivsiz odlu ov silah Azərbaycan Respublikası DİN-nin Təchizat İdarəsinə təhvil verilsin. Qərarın Surati təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar