Məhkəmə qərarları › İş №3(057)-180/2023

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-180/2023

02.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-180/2023 02.03.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X4 qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Salyan Rayon PŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə xx.xx.1975-ci ildə Salyan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə barəsində Salyan Rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Salyan Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə MN seryalı 1458465/147 nömrəli 24 fevral 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs 11 fevral 2023-cü il tarixdə, Salyan şəhəri, H.Əliyev küçəsi, ev 32-də yaşayan Zərərçəkmiş şəxs məxsus VAZ-21074 markalı **-DH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin arxa stopunu sındırmışdır. Bununla əlaqədar Salyan RPŞ-nin İTB-nin tərəfindən xx.xx.2023-cü il tarixli, MN seryalı 1458465/147 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, 11 fevral 2023-cü il tarixdə saat 17 radələrində Salyan şəhəri, Y.Qasımov küçəsində azyaşlı övladı ilə yolu keçərkən qarşıdan gələn avtomobil onların üzərinə gəldiyini görüb geri çəkilərkən Şahinin avtomobilinə toxunmuşdur. Şahin ona əsəbi şəkildə irad bildirdiyi üçün bir dəfə təpiklə avtomobilin arxa farasından vurduğu üçün avtomobilin arxa farası sınmışdır. Törətdiyi inzibati xətaya görə səmimi peşman olduğunu, özünü təqsirli bildiyini göstərmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Salyan Rayon PŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X2 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərmişdir ki, Şəxs ona məxsus VAZ -21074 markalı **-DH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilini 11 fevral 2023-cü il tarixdə, saat 17 radələrində Salyan şəhəri, Y.Qasımov küçəsində “Ay işığı” marketinin qarşısında saxladığını Şəxs heç bir əsaslı səbəb olmadan dizi ilə ona məxsus avtomobilin qabaq hissəsindən vurduğunu, Vüqara etiraz etdikdə Vüqar onu söyüb təhqir etmiş və avtomobilin arxa stopunu təpiklə vuraraq sındırmışdır. Polis əməkdaşları avtomobilin arxa stopunun sınıq vəziyyətdə olmasına görə onun barəsində inzibati qaydada protokol tərtib etmişlər. Arxa stopu Salyan şəhəri, Bakı-Astara yolunda fəaliyyət göstərən avtomobil ehtiyyat hissələri mağazasından 30 manata alaraq düzəltmnişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona vurmuş olduğu zərəri ödəmədiyi üçün ondan şikayətçidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN seryalı ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardaddan və həmin tarixli MN seryalı 458465/147 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin tələblərini pozmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbapycan Respublikası İXM-nın 232-1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Salyan RPŞ-nin İTB-yə göndərilmişdir. İş materiallarına əlavə olunması üçün Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli 2104 nömrəli satış çekindən görünür ki, Salyan şəhəri, Bakı-Astara yolunda fəaliyyət göstərən “ehtiyyat hissələrinin satışı və avto təmiri obyekti” tərəfindən 30 manat ödəniş edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə müəyyən edildi ki, səlahiyyətli orqan Salyan Rayon PŞ tərəfindən barəsində inzibati icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Resrublikası İXM-nin 232-1-ci madəsinə əsasən əmlakı qəsdən məhv etmə və ya zədələmə-özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə əsasən işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, Şəxs inzibati xətanı törətməsi faktının təsdiq olunması qənaətinə gəlməklə, inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsi, məsuliyyətini yüngülləşdirən və ağırlaşdırıcı halların olmamasını, zərərçəkmiş şəxslə barışmamasını və ondan şikayətçi olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş, inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli yəni, 30 (otuz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Zərərçəkmiş şəxs vurulmuş zərərin mülki mühakimə icraatı qaydasında tələb etmə hüququnun olması izah olunsun. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar