Məhkəmə qərarları › İş №3(057)-180/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-180/2024

15.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-180/2024 15.03.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi ilə xx.xx.1990-cı ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, Salyan şəhəri, A.Həsənov küçəsi, ev 17-də qeydiyyatda olmaqla, Salyan şəhəri, T.Sultanov küçəsi,dalan 4, ev 1-də yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan RPŞ-nin olan inzibati xəta haqqında protokola baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Salyan RPŞ-dən məhkəməyə daxil olmuş 22 fevral 2024-cü il tarixli MN № 1883408/26 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 29 dekabr 2023-cü il tarixa Salyan rayonu ərazisində Zərərçəkmiş şəxsnın evinin pəncərəsini sındırmışdıraraq ona 30 manat maddi zərər vurmuşdur. Qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərrəçəkmiş şəxs Zərərçəkmiş şəxs və Salyan RPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq, məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Salyan rayon PŞ-nin TQ-nun təhqiqatçısı, polis mayoru X1 cinayət işinin başlanmasının rədd edilməsi barədə 09 yanvar 2024-cü il tarixli qərarının surətindən görünür ki, Şəxs zərərçəkmiş şəxslə aralarında olan şəxsi münasə zamanı Şəxs qəsdən Zərərçəkmiş şəxsn əmlakına 30 manat məbləğində maddi ziyan vurmuşdur. Toplanmış material üzrə cinayət işinin başlanılması əməllərində cinayət tərkibi olmadığından rədd edilmişdir. Beləliklə, inzibati xəta hadisəsinin olması və cinayət işinin başlanmasının rədd edilməsi barədə 09 yanvar 2024-cü il tarixli qərarla, 22 fevral 2024-cü il tarixli MN № 1883408/26 nömrəli inzibati xəta haqqında protokola və protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Şəxs hərəkətində Azərbaycan Resrublikası İXM-nin 232-1-ci maddəsinin tərkibi var və o, həmin inzibati xətaların törədilməsində təqsirli bilinməlidir. Azərbaycan Resrublikası İXM-nin 232-1-ci madəsinə əsasən əmlakı qəsdən məhv etmə və ya zədələmə Özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Qeyd: Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə əsasən işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, Şəxs inzibati xətanı törətməsi faktının təsdiq olunması qənaətinə gəlməklə, inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsi, məsuliyyətini yüngülləşdirən və ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq, məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş, inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilinib, ona inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğdə yəni, 30 (otuz) manat miqdarında inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar