Məhkəmə qərarları › İş №3(057)-182/2023

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-182/2023

27.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-182/2023 27.02.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun, X11 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi - Salyan Rayon Vəkil Bürosunun vəkili X6, İnzibati xəta haqqında protokol tərtib etmiş Salyan rayon Polis Şöbəsinin İB-nin sahə rəisi X2, X16 İstismar İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, Şəxs, xx xxxxxxx 1981-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 azyaşlı uşağı olan, heç yerdə işləməyən, Salyan şəhəri, M.Ələkbər Sabir küçəsi, 10 nömrəli evdə yaşayan, barəsində Salyan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, 17 yanvar 2023-cü il tarixdə Salyan şəhəri, ərazisində X16 İstismar İdarəsinin Xidmət Sahəsinə aid ünvan 1 ünvanında olan qəz xəttinə bağlanmış “Zenner G-4 T” markalı təbii qaz sayğacını gizli yolla talayaraq, zərərçəkmiş X16 İstismar İdarəsinin Xidmət Sahəsinə 67 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Salyan rayon Polis Şöbəsinin İB-nin təhqiqatçısı, polis mayoru X5 xx.xx.2023-cü il tarixli qərarı ilə ünvan 1 nömrəli evdə yaşamış X7 məxsus yaşayış olmayan fərdi həyət evinin qaz xəttinə bağlanmış “Zenner G-4 T” markalı **********9 nömrəli mexaniki qaz sayğacını oğurlamış naməlum şəxs müəyyən edilməklə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötürü qərar Salyan rayon PŞ-nin cinayət axtarış bölməsinə və ictimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Buna görə də Salyan rayon Polis Şöbəsinin İB-nin sahə inspektoru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək göstərdi ki, maddi ehtiyac səbəbindən 2023-cü ilin yanvar ayında ünvan 1 ünvanında quraşdırılmış sayğacı götürmüşəm, sonra bildim ki, yarararsızıdır. Ona görə də tulladım. Vurduğum ziyanı ödəmək istəyirəm, 2-3 gün vaxt verilsə vurduğum zərəri ödəyərəm. Polis şöbəsində saxlandığım üçün vurduğum zərəri ödəyə bilməmişəm. Sonda Şəxs etdiyi əməldən səmimi peşman olduğunu bildirdi və məhkəmədən barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçi X10 müdafiə etdiyi şəxsin barəsində inzibati həbslə bağlı olmayan inzibati tənbeh tədbiq edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş, Salyan rayon Polis Şöbəsinin İB-nin sahə inspektoru X4 məhkəmədə göstərdi ki, Şəxs bir neçə ünvanda oğurluq hadisəsi törətmişdir. Həmin oğurluq hadisəsi ilə bağlı polis əməkdaşları tərəfindən saxlanmış və Salyan Rayon Polis Şöbəsinə aparılmışdır. Şəxs tutulması barədə qərarı məhkəməyə təqdim edə bilməyəcəyini bildirdi. Şəxs inzibati xəta haqqında iş üzrə verdiyi izahatında oğurluq eydiyini etiraf etmişdir. Buna görə də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. X16 İstismar İdarəsinin nümayəndəsi X1 oğurlanması nəticəsində vurulmuş zərərin miqdarı 67 manat təşkil edir. Zərər ödənilmiş olsaydl şikayəyçi olmazdıq. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, müdafiəşinin, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, zərər çəkmiş şəxsin nümayəndəsinin dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Törədilmiş inzibati xətadan səmimi peşmançılığını və himayəsində 1 azyaşlı uşağının olmasını məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunun məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan rayon Vəkil Bürosunun vəkili X8 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərilmiş hüquqi xidmətə görə Salyan rayon Vəkil Bürosunun vəkili X8 məhkəmədə iştirak etdiyi 3 iş saatına görə 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Salyan rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 30 (otuz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs inzibati həbs müddətinin başlanğıcı 24 fevral 2023-cü il tarixdən, saat 18:00dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Salyan rayon Polis Şöbəsinə həvalə edilsin. Salyan rayon Vəkil Bürosunun vəkili X8 məhkuma məhkəmə prosesi zamanı hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 03 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 18 manat məbləğində pul “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code: 805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********,Corr.Account:AZ03NABZ**********0000002944 hesablarına köçürülməlidir. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar