Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-186/2024 06.03.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X9 qızının katibliyi, Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X12 oğlunun, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə xx.xx.1962-ci il tarixdə Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, X18 sosial işçi işləyən, Salyan rayonu, Qaraçala qəsəbəsində qeydiyyatda olmaqla, Salyan rayonu, Kürsəngi kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya Şöbəsindən daxil olan 06 mart 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən tərtib edilmiş 06 mart 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar 16 fevral 2024-cü il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Salyan Rayon Məhkəməsinin 2(057)-208/2022 saylı, 28 iyun 2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 0.43 ha torpaq sahəsini Zərərçəkmiş şəxs verməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 göstərdi ki, təqdimatı müdafiə edir. Borclu barəsində olan icra sənədini icra etməmişdir. Məhkəmənin 2(057)-208/2022 saylı, 28 iyun 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya məhkəməsinin qətnaməsi ilə Salyan Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş icra hərəkətlərinin davam etdirilməsi üçün yenidən icraya yönəldilmişdir. Lakin borclu yenə də, qətnaməni icra etməkdan imtina etmişdir. 05 mart 2024-cü il tarixdə torpaq sahəsinə mütəxəssis təyin edilmiş və mütəxəssis tərəfindən rəy verilmişdir. Şəxs rəydə göstərilən koordinantlarla razı olmamışdır. Həmin torpaq sahəsinin düzünə bölünməsini tələb etmişdir. Tələbkar isə borclunun həmin tələbi ilə razı olmamışdır. Həmçinin borclu həmin torpaq sahəsinin yaxşılaşdırılması ilə bağlı çəkdiyi xərcin ödənilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs göstərdi ki, məhkəmənin qətnaməsinin icrasından imtina etmir. Həmin torpaq sahəsinin düzünə bölünməsini istəyir. Mütəxəssis tərəfindən təyin edilmiş koordinantlarla razı deyildir. Torpaq sahəsi düzgün bölünməmişdir. Torpaq sahəsi icra məmurunun dediyi qaydada bölünmüş olsa ona məxsus torpaq sahəsinin bir hissəsinin istifadəsi mümkünsüz olacaqdır. Torpaq sahəsinə xərc çəkdiyini və həmin xərcin ona ödənilməsini tələb edir. Tezliklə vəkillə müqavilə bağlayıb pulunu tələb edəcəkdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyib, icra işini, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs Salyan Rayon Məhkəməsinin 2(057)-208/2022 saylı, 28 iyun 2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi öz təsdiqini tapır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, Salyan Rayon Məhkəməsinin 2(057)-208/2022 saylı, 28 iyun 2022-ci il tarixli icra sənədinə əsasən, iddiaçı Zərərçəkmiş şəxs mülkiyyətində olan Salyan rayonu, Kürsəngi kəndində yerləşən 0.534 ha torpaq sahəsinin 0.43 ha hissəsi cavabdeh Şəxs alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə borcluya xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Şəxs barəsində olan Salyan Rayon Məhkəməsinin 2(057)-208/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etməsi və 01 dekabr 2023-cü il tarixdə (ödəniş sənədlərini təqdim etməklə) Salyan rayon İcra və Probasiya Şöbəsinə gəlməsi tələb olunur. Əks halda barəsində qanuna müvafiq qaydada tədbir görüləcəyi barədə xəbərdar olunmuşdur. İş materiallarında olan Şəxs xx.xx.2024-cü il tarixli izahatının ksero surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-208/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən iddiaçı Zərərçəkmiş şəxs mülkiyyətində olan Salyan rayonu, Kürsəngi kəndində yerləşən 0.534 ha torpaq sahəsinin 0.43 ha hissəsinin cavabdeh Şəxs alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. O icra vərəqəsində göstərilən 0.43 ha torpaq sahəsini Zərərçəkmiş şəxs vermir. Ona görə ki, mütəxəssisin ölçüləri ilə razı deyildir və həmin torpağa xərc çəkmişdir. Həmin xərc ona ödənilməlidir. Sonra torpağı bir hissədən düzünə ölçülməklə ona verəcəkdir. Əks halda torpağı verməyə razı deyildir. İş materiallarında olan Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru tərəfindən X11, X2, borclu Şəxs, tələbkar Zərərçəkmiş şəxs həyat yoldaşı X5, DRX-nin 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssisi X6, Kürsəngi kənd İnzibati Ərazi X1, Kürsəngi kənd Bələdiyyəsinin sədri X7, icra məmuru X3 iştiakları ilə tərtib olunmuş 05 mart 2024-cü il tarixli aktın surətindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs mülkiyyətində olan Salyan rayonu, Kürsəngi kəndindəki 0.534 ha torpaq sahəsinin 0.43 ha hissəsinin mütəxəssis tərəfindən CGPS-aləti vasitəsi ilə yerləşmə mövqeyi və döngə nöqtələrinin koordinantlar göstərilərək, torpağın yeri müəyyən olunmuşdur. İş üzrə borclu Şəxs mütəxəssisin torpağın mülkiyyətə dair çıxarışına əsasən müəyyən etdiyi ölçülərlə razılaşmayaraq mülkiyyətçini özünə məxsus olan torpaq sahəsinə buraxmamış və həmin torpaq sahəsinə tələbkar Zərərçəkmiş şəxs təhvil verməkdən imtina etmişdir. Ona görə də, məhkəmə qərarını icra etmək mümkün olmamışdır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədinin icrasından qərəzli olaraq yayınır və icra məmurunun həmin icra sənədinə dair qanuni tələblərini yerinə yetirmir. Məhkəmə, bu nəticəyə gələrkən Şəxs tərəfindən dövlət adından çıxarılan məhkəmə qərarının icra edilmədiyini nəzərə almışdır. Buna görə də, məhkəmə Şəxs hərəkətlərini icra sənədlərinin icrasına mane olma kimi qiymətləndirir və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”. Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci bəndinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnzibati xəta haqqında işin dayandırılması və işə xitam verilməsi üçün hallar məhkəmə iclası zamanı müəyyən edilmədi. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə araşdırmasında aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qətnaməsinin icra olunmamasını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati qaydada cərimə tənbeh tətbiq etməklə Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114 və 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-186/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-186/2024
06.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver