Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-188/2024 11.03.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə 15 avqust 2001-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Azərbaycan Respublikası FHN-nin YMX Salyan rayon Dövlət yanğından mühafizə hissəsinin yanğınsöndürəni vəzifəsində işləyən, Salyan şəhəri, M.Quluzadə küşəsi, ev 59-da qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1, 327.1,332.1 və 333.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Salyan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:30 radələrində Salyan rayonu ərazisində Ələt- Astara yolunun 57-ci km-də uca səslə polisin ünvanına nalayiq ifadələr işlədərək xırda xuliqanlıq əməlini törətmişdir. Bununla əlaqədar Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsi ilə 09 mart 2024-cü il tarixli, MN № 1654886/259 saylı inzibati xəta haqqında protokol tərtib edilərək, iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Bundan başqa Şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:30 radələrində Salyan rayonu ərazisində Ələt-Astara yolunun 57-ci km-də polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla əlaqədar Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 09 mart 2024-cü il tarixli, MN № 1654887/260 saylı inzibati xəta haqqında protokol tərtib edilərək, iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Bundan başqa Şəxs xx.xx.2024-cü il tarixdə, təxminən saat 17:30 radələrində idarə etdiyi, “Vaz-2107” markalı, **-VL-*** dövlət nömrə nişanlı avtomaşını Salyan rayonu ərazisində Ələt-Astara yolunun 57-ci km-də avtomobili sərxoş vəziyyətdə idarə edərkən, idarəetməni itirərək, yoldan çıxmış və nəticədə yol infrastrukturuna maddi ziyan vurmuşdur. Bununla əlaqədar Salyan RPŞ-nin DYPB-nin DAM polis baş leytenantı X2 tərəfindən Şəxs barəsində 327.1,332.1 və 333.3-cü maddələri ilə 09 mart 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, özü “44 günlük 2-ci Qarabaq müharibəsi” veteranıdır, qardaşı şəhiddir. FHN-nin YMX Salyan rayon Dövlət yanğından mühafizə hissəsinin yanğınsöndürəni vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə, iş yoldaşları ilə yeyib içmişdir. Həmin günü təxminən saat 17:30 radələrində dostuna məxsus “Vaz-2107” markalı, **-VL-*** dövlət nömrə nişanlı avtomaşını Salyan rayonu ərazisində Ələt-Astara yolunun 57-ci km-də avtomobili idarə edərkən, idarəetməni itirərək, yoldan çıxmış və yol kənarında quraşdırılmış nişanlarlarla toqquşmuşdur. İçkili olduğu üçün hadisə yerinə gələn polislərə qarşı hörmətsizlik edərək, nalayiq sözlər işlətmişdir. Sonra onu Salyan RPŞ-nə aparmışlar. Orada törətdiyi əmələ görə peşman olduğunu və üzr istədiyini bildirmişdir. Göstərilənləri nəzərə alaraq, ona yüngül inzibati tənbeh tədbiri təbiq edilməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dinləyib, inzibati xəta haqqında protokollara, işdə olan digər sübutlara məcmu şəklində qiymət verərək hesab edir ki, Şəxs inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 510, 535.1 və 333.3cü maddələri ilə məsuliyyətə cəlb edilməlidir. Həmin Məcəllənin 327.1 və 332.1-ci maddələri ilə barəsində inzibati qaydada tənbeh tətbiq etmək məhkəmənin səlahiyyətinə aid olmadığından, məhkəmə həmin maddə ilə qərar qəbul olunmasını mümkün hesab etmir. İş materiallarında olan inzibati qaydada tutma haqqında AZA№ 020060 saylı protokoldan görünür ki, Şəxs 09 mart 2024-cü il tarixdən, saat 17:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə xx.xx.2024-cü il tarixli, 33 saylı aktın sürətindən görünür ki, sürücü Şəxs avtomobili alkoqollu vasitənin qəbulu nəticəsində yaranmış sərxoşluq vəziyyətində idarə etmişdir. İş materiallarında olan BD 508318 sürücülük vəsiqəsindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs “B1,B, C1,C” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə əsasən inzibati xətanın xarakterini, Şəxs təqsirinin dərəcəsini, özünün etirafını, törətdiyi əməldən peşimançılıq hissi keçirməsi, Qarabağ Müharibəsi veteranı və şəhid ailəsi olması məsuliyyətini yüngülləşdirən hallar kimi və məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq, məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 510, 535.1 və 333.3-cü maddələrində nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsində qeyd olunmuşdur ki, bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 34.2. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 34.4. Şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115-ci, 128-130cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510, 535.1 və 333.3-cü maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nın 34-cü maddəsinə əsasən ona nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №3(057)-188/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-188/2024
11.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver