Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-189/2024 28.03.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1980-cı il təvəllüdlü, Yardımlı rayonu, Şıxhüseynli kəndində qeydiyyatda olan Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Republikası DİN-nin BDYPİ-nin YPXA-nın 10-cu tağımından daxil olmuş inzibati xəta haqqında materiala baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2024-cü il tarixdə Ələt-Astara-İran sərhəddi yolunun 136-cı km-də Şəxs məxsus bir baş iribuynuzlu heyvanı yola çıxmış, həmin vaxt yolda hərəkətdə olmuş Zərərçəkmiş şəxs Ələt istiqamətində idarə etdiyi “Toyota Corolla” minik markalı,**-DX-*** dövlət nömrə nişanlı avtomaşınla heyvanı vurmuşdur. Hadisə zamanı xəsarət alan olmamış, “Toyota Corolla” minik markalı,**-DX-*** dövlət nömrə nişanlı avtomobilinin əzilməsi nəticəsində Zərərçəkmiş şəxs maddi ziyan dəyimişdir. Qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və AR DİN-nin BDYPİ-nin YPXA-nın 10-cu tağımının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq, məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Ələt-Astara-İran sərhəddi yolunun 136-cı km-də istifadəsində olan “Toyota Corolla” minik markalı, **-DX-*** dövlət nömrə nişanlı avtomaşını Ələt istiqamətində idarə edərkən həmin vaxt bir baş iribuynuzlu heyvan yola çıxmışdır. Həmin heyvana 15-20 metrə qalmış avtomobili saxlamağa çalışsa da mümkün olmamışdır. Nəticədə heyvanı vurmuşdur. Hadisə zamanı xəsarət alan olmamış, “Toyota Corolla” minik markalı,**-DX-*** dövlət nömrə nişanlı avtomobilinin əzilməsi nəticəsində ona maddi ziyan dəyimişdir. Məhkəmə Zərərçəkmiş şəxs dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam təsdiq olunur. Şəxs həmin inzibati xətanın törədilməsində təqsirlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Şəxs xx.xx.1980-cı il tarixdə Yardımlı rayonunda doğulmu və Yardımlı rayonu, Şıxhüseynli kəndində qeydiyyatdadır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.1989-cu il tarixdə Salyan rayonunda doğulmu və Salyan rayonu, Şorsulu kəndində qeydiyyatdadır. İş materiallarında olan etibarnamənin və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin sürətindən görünür ki, Zərərçəkmiş şəxs X1 mülkiyyətində olan “Toyota Corolla” minik markalı,**-DX-*** dövlət nömrə nişanlı avtomobili etibarnamə əsasında idarə edir. İş materiallarında olan yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, xx.xx.2024-cü il tarixdə Ələt-Astara-İran sərhəddi yolunun 136-cı km-də “Toyota Corolla” minik markalı,**- DX-*** dövlət nömrə nişanlı avtomaşın Ələt istiqamətində hərəkətdə olan zaman hərəkət zolağında heyvanı vurmuşdur. İş materiallarında olan Salyan rayonu “İNAM-93” istehsal-kommersiya kiçik müəssisəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 45 nömrıli ziyan aktından görünür ki, “Toyota Corolla” minik markalı,**-DX-*** dövlət nömrə nişanlı avtomobil qəzadan sonra 5085 manat ziyan dəymişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə əsasən inzibati xətanın xarakterini, inzibati xətanı ilk dəfə törətdiyini Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi və məsuliyyətini ağırlaşdıran halların olmadığını və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinsin, barəsində yüz manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Dəymiş ziyanla bağlı mülki qaydada məhkəmədə iddia qaldırmaq qaydası Zərərçəkmiş şəxs izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №3(057)-189/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-189/2024
28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver