Məhkəmə qərarları › İş №3(057)-2/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-2/2024

09.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-2/2024 09.01.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X6 qızının katibliyi, X1 iştirakı ilə, X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin polis polkovniki X8 tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı, xx.xx.2023-cü il tarixli qərarından verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş TP seriyalı ******* saylı, xx.xx.2023-cü il tarixli “inzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində istifadəsində olan **- JB-*** dövlət qeydiyyat nişanlı “DAF” markalı nəqliyyat vasitəsi ilə hərəkət edərkən tanımadığı YPX-nin inspektorunun göstərişinə əsasən dayandırılmışdır. Nəticədə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsilə İXP ******* nömrəli protokol tərtib edilmişdir. Sonradan, xx.xx.2023-cü il tarixində İXP ******* nömrəli protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş və ona İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 600 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. İşin faktiki hallarına əsasın guya ki o idarə etdiyi maşında iriqabaritli və ya ağır çəkili nəqliyyat vasitələrinin icazə verilən çəkisindən artıq yük daşımışdır. Halbuki, istifadəsində olan **- JB-*** dövlət qeydiyyat nişanlı “DAF” markalı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixində Sabirabad rayonu ərazisində hərəkətdə olarkən adını, soyadını bilmədiyi DYPŞ-nin əməkdaşı olan inspektorun göstərişinə əsasən dayandırılmışdır. Bundan sonra nəqliyyat vasitəsinə dair aparılan yük müəyyən olunmadan, nəqliyyat vasitəsinin ümumi çəkisi çəkilmiş və ümumi çəki əsasında barəsində İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsilə İXP ******* nömrəli protokol tərtib edilmişdir. Halbuki, nəqliyyat vasitəsinin ümumi çəkisi deyil, hər oxa düşən kütlə üçün nəzərdə tutulmuş parametrlər əsas götürülməklə çəki müəyyən edilməli idi. Lakin həmin protokolda qanunun bu tələbinə əməl olunmamış, hər oxa düşən kütlə üçün nəzərdə tutulmuş parametrlər göstərilməmiş və nəticədə nəqliyyat vasitəsinin ümumi çəkisi göstərilmişdir. Nəqliyyat vasitəsinin ümumi çəkisinə gəlincə isə, qeyd edir ki, həmin çəki düzgün göstərilməmiş, sırf inzibati pozuntu yaranması üçün artıq göstərilmişdir. Qeyd edir ki, bununla bağlı DYPŞ-nin əməkdaşı tərəfindən hər hansı bir xüsusi cihazdan istifadə olunmamışdır. Əgər çəkinin müəyyən olunması üçün xüsusi cihazdan istifadə olunsaydı, o zaman həmin cihazın yararlı olubolmaması ilə onun istehsal tarixi və digər xüsusi keyfiyyətləri (lisenziya) inzibati xəta haqqında protokola qeyd edilməli idi. Lakin mübahisəli İXP ******* nömrəli protokolda bununla bağlı hər hansı bir qeyd edilməmişdir. Məhz bu səbəbdən də inzibati xətanın baş verdiyi halda belə bu barədə protokol tərtib edilməsi qanunsuz və həmin protokol əsasında qəbul olunmuş qərar əsassızdır. Bundan başqa inzibati xəta haqqında iş üzrə qərar qəbul edilərkən lazımı qaydada məlumatlandırılmamışdır. Protokol əsasında qəbul edilmiş və hazırda mübahisələndirdiyi İXP ******* nömrəli protokol əsasında inzibati tənbeh vermə haqqında qərar bir neçə dəfə BDYPİ-nə şifahi müraciət etməsinə baxmayaraq ona təqdim olunmamışdır. xx.xx.2023-cü il tarixində DİN-nin 102 xidmətinə müraciət edəndən sonra xx.xx.2023-cü il tarixli, TP ******* saylı imzasız qərar ona verilmişdir. Yuxarıda göstərilənlərə əsasən xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli protokol və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı imzasız qərar əsaslandırılmış formada tərtib edilməmiş, sübutlarla təsdiq olunmamış və mülahizə xarakterlidir. Ona görə də, barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı imzasız inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət verən şəxs X3 şikayətini müdafiə edərək göstərmişdir ki, daşıdığı yükə dair xx.xx.2023-cü il tarixli ******* nömrəli Qaimə faktura verilmişdir. Həmin qaimə ilə də müəyyən edilir ki, sürdüyü ağırçəkili nəqliyyat vasitəsinin boş çəkisi 13.900 ton olduğu halda, həmin çəki oxa düşən kütlə nəzərə alınmadan hesablama aparılmışdır. O, polislərlə razılaşmamışdır. Barəsində protokol tərtib olunmuş, lakin həmin protokola imza çəkməmişdir. Protokol ilə tanış olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə işə iştirakları olmadan baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən şikayətə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət verən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin TP seriyalı ******* saylı, xx.xx.2023-cü il tarixli “inzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli inzibati xəta haqqında iş yenidən baxılmaq üçün həmin Baş X11 İdarəsinə göndərilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin polis polkovniki X8 tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X3 xx.xx.2023-cü il tarixdə saat 20:47-də “DAF FTXF 105” yük markalı, **-JB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətdilməsində təqsirli bilinərək barəsində 600 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş “Sahil-N Construction” şirkəti tərəfindən verilmiş 81986 nömrəli alış qaiməsindən görünür ki, X3 idarə etdiyi **-JB-*** dövlət qeydiyyat nişanlı, “DAF” yük markalı avtomobilin dolu çəkisi 39.4 ton, boş çəkisi 13.9 ton, yükün net çəkisi isə 25.5 ton təşkil edir. İş materiallarına əlavə edilmiş "xxxx" İmişli MMC-yə məxsus xx.xx.2023-cü il tarixli, № ******* Qaimə Fakturanın ksero surətindən görünür ki, Sahil Trabsporta **-JB-*** dövlət qeydiyyat nişanlı avtomobilin boş çəkisi 13.900 ton, dolu çəkisi 39.700 ton təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qanunvericiliyin məzmunu ilə müəyyən edildiyi kimi, inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilərkən, onun tərəfindən inzibati tənbeh vermə haqqında işin başlanmasına əsaslar müəyyən edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanılır. İş materiallarından göründüyü kimi, vətəndaş X3 istifadəsində olan **-JB-*** dövlət qeydiyyat nişanlı “DAF” markalı nəqliyyat vasitəsi ilə daşınan yüklə birlikdə oxa düşən kütlə parametrləri aşıb-aşmaması müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Məhkəmə işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X3 barəsində inzibati tənbeh vermə haqqında qərar qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Belə ki, xx.xx.2023-cü tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında Protokol”dan görünür ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilən fiziki şəxsin adı və s. göstərilən qrafalarda X7 soyadı, adı, atasının adı göstərilsə də, protokolun surətinin ona təqdim olunmasını təsdiq edən sübut (X4 imzası və s.) və ya buna dair digər qeydlər protokolda mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 120-ci maddəsinə əsasən, bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; 124.4-cü maddəsinə əsasən, inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Qanunvericiliyin məzmunundan göründüyü kimi İXM-nin 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın hər hansı sübutlar təqdim edilmədən araşdırılması mümkün deyildir. Məhkəmə iclasında təqdim edilən sübutlar isə X3 tərəfindən İXM-nin 353.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsini sübut etmək üçün kifayət etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 134.1 və 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1 və 135.1.6-cı maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X3 barəsində TP seriyalı ******* saylı, xx.xx.2023-cü il tarixli qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. X2 Azərbaycan Respublikası İXM-in 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olmasının qanunla müəyyən olunmuş qaydada müəyyən edilməsi mümkün olmadığı üçün o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin polis polkovniki X8 tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı, xx.xx.2023-cü il tarixli qərar ləğv edilməli, X2 Azərbaycan Respublikası İXM-in 353.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə qərar yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X3 barəsində Baş X11 İdarəsinin polis polkovniki X8 tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı, xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” Qərar ləğv edilsin və yenidən baxılması üçün həmin orqana göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar