Məhkəmə qərarları › İş №3(057)-205/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-205/2025

05.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-205/2025 05.02.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Salyan RPŞ-nin İTB-nin sahə rəisi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlu və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuş, fərdi təsərrüfatla məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, evli, Salyan rayonu, Çadırlı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmənin icraatına 05 fevral 2025-ci il tarixdə Salyan Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510-cu maddəsi ilə tərtib olunmuş MN № 1954241-30 saylı, 05 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. MN № 1954241-30 saylı, 05 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş sənədlərdən görünür ki, vətəndaş Şəxs ucadan nalayiq ifadələr işlətmişdir. Qeyd olunan faktlarla əlaqədar Salyan RPŞ-nin İTB-nin sahə rəisi X6 tərəfindən Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə MN № 1954241-30 saylı, 05 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol və toplanmış materiallar Salyan Rayon Polis Şöbəsi tərəfindən aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında izahat verən Salyan RPŞ-nin İTB-nin sahə rəisi X6 bildirmişdir ki, Şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Ziyanın şəhid ailəsi ilə torpaq mübahisələri var. Məhkəmədən həbslə bağlı olmayan qərar verilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Şəxs mübahisə zamanı konkret şəxslərə qarşı nalayiq ifadələr işlətməmişdir. Traktora daş atma halı olmamışdır. Sadəcə uca səslə “kimlər mənim haqqımı yeyir haram olsun” demişdir. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, protokol onun iştirakı ilə tərtib olunmuşdur. Bu məsələ çoxdanın işidir. Nüşabə şəhid ailəsidir. Onun atası vaxtı ilə kəndin bələdiyyəsi işləmiş, torpaqları sataraq kimlərəsə vermişdir. O özünü təqsirli bilmir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan şikayət verməmişdir. Bu hadisələrin günahgarı Nüşabənin atasıdır. İki azyaşlı övladının olmasını nəzərə alaraq, ona köməklik olunmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat verən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil izahatında bildirmişdir ki, əvvəllər inzibati məsuliyyətə cəlb olunmaması və iki azyaşlı övladının olmasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirmişdir ki, oğlu İİ Qarabağ müharibəsində şəhid olmuşdur. Həyat yoldaşının istifadəsində olan torpaq sahəsini şümlatdırmaq üçün Cəlilabad rayonundan traktor gətirsə də, Ziya və onun ətrafında olan insanlar şum işlərinin aparılmasına imkan vermirlər. Ziya və onun yaxınların yerli camaatdan olan traktorçuların gəlib iş görmələrinə imkan vermirlər. Traktor şum işinə aparmağ istədikdə Ziya və onun ətrafında olan insanlar traktoru daşla vurduqlarından şum işi yarımçıq qalmışdır. Həmin vaxt Ziya ucadan nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs digər şahid X4 izahatına oxşar məzmunlu izahat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadı ilə Şəxs barəsində tərtib olunmuş protokol baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. MN № ******* saylı, 05 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İXM-nin 510-cu maddəsinin tələblərini pozmuşdur. xx.xx.2025-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi barədə” Salyan RPŞnin TB-nin təhqiqatçısı Mircəlal Ağalarovun qərarından görünür ki, Salyan rayonu, Qaraçala qəsəbəsində yaşayan X1 Salyan RPŞ-nə yazdığı ərizə əsasında toplanmış material üzrə Salyan rayonu, Düzənlik kəndində yaşayan X2 və Salyan rayonu, Çadırlı kəndində yaşayan Şəxs əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Salyan rayonu, Düzənlik kəndində yaşayan X2 əməlində İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın (döymə), Salyan rayonu, Çadırlı yaşayan Şəxs əməlində İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın (xırda xuliqanlıq) tərkibi olduğundan inzibati məsuliyyətə cəlb olunmalı və barələrində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti rayon polis şöbəsinin İTB-nə verilmişdir. İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, İXM-nin 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs himayəsində yetkinlik yaşına çatmayan uşağın olması inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-in 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət vəənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən Vəkil dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Fərdi qaydada fəaliyyət göstərən Vəkil məhkəmə prosesi zamanı təqsirləndirilən şəxs Şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 03 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 18 manat məbləğində pul onun “Kapital Bank”-ın Masallı rayon filialı Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB ********************4 VÖEN ********** hesabına köçürülsün. Yuxarıda qeyd edilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 100 (yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Fərdi qaydada fəaliyyət göstərən Vəkil məhkəmə prosesi zamanı təqsirləndirilən şəxs Şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 03 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 18 manat məbləğində pul onun “Kapital Bank”-ın Masallı rayon filialı Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB ********************4 VÖEN ********** hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar