Məhkəmə qərarları › İş №3(057)-206/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-206/2024

12.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-206/2024 12.03.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X6 qızının katibliyi, Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X7 oğlunun, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Nizami oğlunun iştirakları ilə xx.xx.2002-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Salyan rayonu, Şorsulu kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya Şöbəsindən daxil olan 12 mart 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən tərtib edilmiş 12 mart 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar 12 mart 2024-cü il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Salyan Rayon Məhkəməsinin 2(057)-540/2023 saylı, 27 mart 2023-cü il tarixli icra sənədinə əsasən cəmi 991 manat borcu Zərərçəkmiş şəxs, Salyan rayon 2 saylı Notariat kontorunun 8İ-9144 №-li, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 1348.69 manat Salyan Regional ASAN Xidmət Mərkəzinin Notariat ofisinin 8İ-1304 №-li, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 86.44 manat borcu "xxxx" MMC-yə ödəməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 göstərdi ki, borclu qərəzli olaraq onun göstərişlərini icra etmir. Protokolu müdafiə edir. Borclu barəsində 5 icra sənədi vardır. Toğrul 2023-cü ilin oktyabr ayında icraya dəvət olunmuşdur. O, anası ilə birlikdə icra şöbəsinə gəlmiş və ona barəsində olan icra sənədləri barədə məlumat verilmişdir. Borclu 10 gün vaxt istəsə də, daha sonra o telefon zənglərinə cavab verməmişdir. Anası ilə əlaqə saxladıqda o, bildirmişdir ki, oğlu ondan ayrı yaşayır və onun ünvanını bilmir. Oğlu uşaqlarını dolandıra bilmir. Ona görə də, borclu barəsində axtarış elan edilməsi barədə qərar qəbul edilmiş və icra edilməsi üçün Salyan rayon PŞ-nə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs göstərdi ki, barəsində inzibati protokol tərtib olunması barədə məlumatı vardır. Protokolun mahiyyətini bilir. Məhkəmə iclaslarında iştirak etməmişdir. İclasların vaxtı və yeri barədə məktub onun qeydiyyatda olduğu Salyan rayonu, Şorsulu kəndinə getmişdir. Lakin o, Bakı şəhərində yaşayır. "xxxx" ASC-dən pul götürmüş, 3-4 ay ödəniş etdikdən sonra uşağı dünyaya gəlmişdir. Uşağın müalicəsi üçün xərc çəkmişdir. İnzibati xəta törətdiyini qəbul edir. Qohumları onu Rusiya Fedarasiyasında işləmək üçün dəvət etsələr də gedə bilmir. Gedib işləyib borcunu ödəmək istəyir. Məhkəmənin qərarına hörmətlə yanaşır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyib, icra işini, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri olması tam sübuta yetirilir. Belə ki, Salyan Rayon Məhkəməsinin 2(057)-540/2023 saylı, 27 mart 2023-cü il tarixli icra sənədinə əsasən, Şəxs 960 manat və eyni zamanda məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 31 manat dövlət rüsumunun tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə borcluya xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. İş materiallarında olan 8İ-9144 №-li, xx.xx.2022-ci il tarixli icra qeydindən görünür ki, Şəxs MPZK4549903A299 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1323.69 manat və tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1348.69 manat pul tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə borclunun yaşadığı ünvana göndərilmişdir. İş materiallarında olan 8İ-1304 №-li, xx.xx.2023-cü il tarixli icra qeydindən görünür ki, Şəxs ********* nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 61.44 manat və tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 86.44 manat pul tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməsi qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə borclunun yaşadığı ünvana göndərilmişdir. İş materiallarında olan 8İ-9143 №-li, xx.xx.2022-ci il tarixli icra qeydindən görünür ki, Şəxs MPZK4735355A299 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 213.17 manat və tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 238.17 manat pul tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə borclunun yaşadığı ünvana göndərilmişdir. İş materiallarında olan 8İ-9145 №-li, xx.xx.2022-ci il tarixli icra qeydindən görünür ki, Şəxs MPZK4608973A299 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 919.81 manat və tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 944.81 manat pul tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə borclunun yaşadığı ünvana göndərilmişdir. İş materiallarında olan Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Vüqar Əliyevin xx.xx.2023-cü il tarixli qərarının ksero surətindən görünür ki, borclu xx.xx.2002-ci ildə Cəlilabad rayonunda doğulmuş və Salyan rayonu, Şorsulu kəndində qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan X3, X4 və böyük icra məmuru X1 birgə iştirakı ilə Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktın ksero surətindən görünür ki, borclu Şəxs qeydiyyatda olduğu evə baxış zamanı müəyyən olunmuşdur ki, o həmin ünvanda yaşamır. Qonşuların deməsinə görə borclu uzun müddətdir ki, həmin ünvanda yaşamır və harada yaşaması barədə məlumatları yoxdur. Beləliklə Şəxs Salyan rayonu, Şorsulu kəndində yaşamadığı müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”. Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, “icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir”. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilmədi. İcra sənədlərinin uzun müddətdir ki, icra olunmamasını nəzərə alaraq, hesab edir ki, Şəxs inzibati qaydada aşağı hətdə həbs tənbeh tətbiq etməklə Azərbayan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Belə ki, borclu borcunu ödəyə bilmir. Onun barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi səmərəsiz olacaqdır. Ona görə də, onun barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədini qərəzli olaraq təmin etmədiyini, şəxsiyyətini və işin hallarını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 61, 114, 115 və 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlanmanın əvvəli 12 mart 2024-cü il tarixdə, saat 10:00-dan hesablansın, inzibati həbsin sonu 20 mart 2024-cü il, saat 10:00-a hesab edilsin. Şəxs Salyan RPŞ tərəfindən müəyyən edilən yerdə mühafizə altında inzibati həbsdə saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi və ya inzibati həbsdə saxlandığı yer vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar