Məhkəmə qərarları › İş №3(057)-206/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-206/2025

05.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-206/2025 05.02.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Salyan RPŞ-nin İTB-nin sahə rəisi X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Vəkil, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1958-ci il tarixdə Salyan rayonu, Qarabağlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Salyan rayonu, Düzənlik kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Salyan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2025ci il tarixdə vətəndaş Şəxs həmkəndlisi Zərərçəkmiş şəxs sol əlinə vurmuşdur. Məhkəmə iclasında Salyan RPŞ-nin İTB-nin sahə rəisi X9 tərtib olunmuş inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Salyan Rayon Polis Şöbəsinin İB-nin müstəntiqi, polis mayoru İlqar İsmayılov raportla məruzə edərək, Salyan RPŞ-nin İstintaq Bölməsində Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə istintaq olunan ********* №-li cinayət işinin istintaqı zamanı Salyan rayonu Sarvan kənd sakini Şəxsnun hərəkətlərində döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə kimi Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri olduğunun müəyyən edilməsini bildirmişdir. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərmişdir ki, Salyan rayonu Düzənlik kəndində yaşayır. Heç bir yerdə işləmir. Ailəsini dolandırmaq üçün oğlu Ziya özünə məxsus olan iribuynuzlu və xırdabuynuzlu heyvanları otarır. Ailəsini bu işlə dolandırır və başqa heç bir gəlir yerləri yoxdur. Yaşadığı kənddə heç kim ilə arasında düşmənçilik və ədavət olmamışdır. Nüşabə Kərimovanı uzun müddətdir ki, tanıyır. Onunla arasında heç bir ədavət yoxdur. Belə ki, əvvəl onlarla həmkəndli olmuşdur və hazırda atası da onunla eyni kənddə yaşayır. Onun atası Ağazadə yaşadığı kəndin bələdiyyəsi vəzifəsində işləmişdir. Onlar özlərinə məxsus olan heyvanları Düzənlik kəndi ərazisində olan örüş sahəsində otarırlar. X11 və əri Azər Kərimov həmin torpağın özlərina həxsus olmasını iddia edirlər. Lakin həmin torpaq sahəsi örüş sahəsidir və onu keçmiş bələdiyyə Nüşabənin atası Ağazadə Zeynalov öz oğlu Bəhruz Zeynalovun adına keçirmişdir. Sonradan bundan imtina etmişdir. X11 və əri Azər Kərimov həmin torpaq sahəsinə dair onlara sənəd göstərərək, həmin torpaq sahəsinin özlərinə məxsus olmasını deyirlər. O isə bununla razılaşmır. Çünki həmin sahələrdə o və digər Düzənlik kəndi sakinlər heyvanlarını saxlayırlar. Sonuncu dəfə 10 yanvar 2025-ci il tarixdə o, yaşadığı kəndin ərazisində qadınların yığışdığını görmüşdür. Həmin zaman örüş sahəsi kimi bildiyi və heyvanları otardığı yerdə traktor işlədiyini görmüşdür. Bundan sonra kənd sakinləridə oraya gəldilər və traktoru işləməyə qoymadılar. Bu zaman orada Nüşabə Kərimova, əri Azər Kərimov və yanlarında Sevil adlı şəhid anası dа var idi. Onlar ümumilikdə həmin torpağın şumlanmasına narazılıq edirmişlər. Nüşabə Kərimova və Sevil Şahbazov müraciətində onun şəxslərin ünvanına nalayiq ifadələr işlətməyini bildirmişdir. O, şəxslərin ünvanına nalayiq ifadələr işlətməmişdir, həmçinin onun Zərərçəkmiş şəxs vurmamış və hər hansı bir fiziki güc tətbiq etməmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, ikinci qarabağ müharibəsinin şəhidi X1 anasıdır. X3rdaşıdır. Bəhruz Zeynalovun özünə məxsus olan Salyan rayonu Düzənlik kəndində yerləşən əkin sahəsi vardır. Həmin torpaq sahəsini etibarnamə əsasında Nüşabəyə vermişdir. 10 yanvar 2025-ci il tarixdə o, Nüşabə Kərimovanın yaşadığı evdə idi. Hazırda həmin əmlak Nüşabənin səlahiyyətindədir. Nüşabə orada taxıl əkmək fikrində imiş. Lakin Düzənlik kəndinin sakinləri buna imkan vermir. Həmin torpaq sahəsinin örüş sahəsi olmasını deyirlər. Nüşabəyə həmin əkin sahəsini əkməyə icazə vermirlər. Təxminən iki ilə yaxın müddətdir ki, kənd camaatı buna icazə vermir. 10 yanvar 2025-ci il tarixdə o, Nüşabə və əri Azər ilə birlikdə həmin əkin sahəsinə getdilər. Habelə ki, orada traktor şumlama işləri aparacaqdı. Nüşabənin orada əkin işləri etməyini görən kənd camaatı bütünlüklə oraya gəldilər. Buna imkan vermək istəmirdilər. Belə ki, oraya Ceyhun, Lətifə, Validə, oğlu Ziya, Samirə, Nərgiz, əri Mahir, Şahmar, Mahirin oğlu adını bilmədiyi şəxs, Teymur, Sabir, Araz, Hidayət, Bəxtiyar, Dilqəm adlı şəxslər də onların həmin torpaq sahəsində əkin işləri görməyinə imkan vermirdilər. Belə ki, həmin şəxslər onun və Nüşabənin ünvanına nalayiq ifadələr işlədirdilər. Orada olan Validə, Nərgiz və Lətifə adlı qadınlar onun və Nüşabənin ünvanına nalayiq ifadələr işlədirdilər. Validə adlı qadın şəhidin məzarını yandıracağı ilə onu və Nüşabəni hədələyirdi. Onların ünvanına nalayiq ifadələr işlədirdi. Belə ki, həmin mübahisə zamanı Validə adlı qadın onun və Nüşabənin üzərinə hücum çəkirdi. Validə adlı qadın onun üzərinə gələrək, onun sol əl nahiyəsinə vurdu. Nüşabə və Azər onu araladılar. Hazırda o, Məhkəmə-tibbi ekspertizasından keçmək fikrindədir. Tələbi həmin şəxslərin Validə, Lətifə və Nərgiz adlı qadınların işlətdiyi nalayiq ifadələrə və hədələrə görə cavab verməsidir. Məhkəmə iclasında iştirak edən şahidlər X4 və X10 izahat verərək, Zərərçəkmiş şəxs verdiyi izahatı təsdiqləmişdirlər. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə vətəndaş Şəxs həmkəndlisi Zərərçəkmiş şəxs sol əlinə vurmuşdur. Salyan Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis baş leytenantı Mircəlal Ağalarov tərəfindən tərtib olunmuş 31 yanvar 2025-ci il tarixli raportdan görünür ki, Salyan rayonu Düzənlik kəndində yaşayan Şəxs və Salyan rayonu Çadırlı kəndində yaşayan X5 əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş və Salyan rayonu Düzənlik kəndində yaşayan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın (döymə), Salyan rayonu Çadırlı kəndində yaşayan X5 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın (xırda xuliqanlıq) tərkibi olduğundan inzibati məsuliyyətə cəlb olunması və barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti rayon polis şöbəsinin X2 verilmişdir. Salyan Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis baş leytenantı Mircəlal Ağalarovun “cinayət işi başlanmasının rədd edilməsi barədə” 31 yanvar 2025-ci il tarixli qərarından görünür ki, Salyan rayonu Qaraçala qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs Salyan Rayon Polis Şöbəsinə yazdığı ərizə əsasında toplanmış material üzrə Salyan rayonu Düzənlik kəndində yaşayan Şəxs və Salyan rayonu Çadırlı kəndində yaşayan X5 əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanılması rədd edilməsi, Salyan rayonu Düzənlik kəndində yaşayan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın (döymə), Salyan rayonu Çadırlı kəndində yaşayan X5 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın (xırda xuliqanlıq) tərkibi olduğundan inzibati məsuliyyətə cəlb olunmalı və barələrində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti rayon polis şöbəsinin X2 göndərilmişdir. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs xx.xx.2025-ci il tarixdə həmkəndlisi Zərərçəkmiş şəxs sol əlinə vurmuş, bununla da, o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 14-cü maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 157-ci maddəsinə əsasən, döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini, inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, onun barəsində cərimə növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab edirəm. Hesab edirəm ki, tətbiq olunacaq cərimə növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar