Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-208/2024 13.03.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1980-cı il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Salyan şəhəri, Ə.Hüseynzadə küçəsi, ev 98-də qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya şöbəsindən daxil olan 13 mart 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X4 tərəfindən tərtib olunmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 13 mart 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(057)-1142/2021 saylı icra vərəqəsinə əsasən Şəxs 24000 manat puldan bu günə kimi 16.000 manat ödəməli olduğu halda 1450 manat məbləğində pul ödənilmiş, qalan borc 14.550 manat olmaqla, cəmi 22550 manat məbləğində borcunu tələbkar Zərərçəkmiş şəxs ödəməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs göstərmişdir ki, maddi imkanı olmadığı və xəstəliyi ilə əlaqədar yəni bel fəqərəsində yırtıq olduğundan işləyə bilmədiyi üçün tələb olunan pulu hər ay tam olaraq ödəyə bilməmişdir. Tələb olunan puldan tələbkara 1850 manat ödəmişdir. Tələbkarla aralarında gəldikləri razılığa əsasən borcundan hər ay 250 manat məbləğində ödəyəcəkdir. Göstərilənləri nəzərə alnmasını xahiş etmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs göstərmişdir ki, Şəxs onun qardaşı oğludur. Borclu 24000 manat puldan bu günə kimi 1850 manat məbləğində pul ödənilmiş, Şəxslə aralarında gəldikləri razılığa görə borc tam ödənilənə kimi hər hay 300 manat ödənilməsi şərti ilə razılığa gəlmişlər. Şikayətçi olmadığını və Şəxs barəsində həbslə əlaqədar olmayan tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 bildirmişdir ki, Şəxs 24000 manat puldan bu günə kimi 16.000 manat ödəməli olduğu halda 1450 manat məbləğində pul ödənilmiş, hazırda tələbkarın bildirdiyinə əsasən 400 manatda əlavə pul ödəmiş, ümumilikdə 1850 manat ödənilmişdir. Qalan borcunu tələbkar Zərərçəkmiş şəxs ödəməmişdir. Şəxs barəsində hər hansı bir qərarın qəbul olunmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs və Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 dinləyib, inzibati xəta haqqında protokola, iş materiallarında olan digər sübutlara məcmu şəklində qiymət verərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs təqsirini yüngülləşdirən və təqsirini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə qətnaməsinin uzun müddət icra olunmamasını və zərərçəkmiş şəxsin şikayətçi olmamasıni, borcun hissə-hissə ğdənilməsi ilə bağlı aralarında razılığa gəldiklərini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati qaydada cərimə tənbeh tətbiq etməklə Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin, barəsində 500 manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №3(057)-208/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-208/2024
13.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver