Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-21/2023 10.02.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X9 qızının katibliyi, Salyan RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru, polis kapitanı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1953-cü ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Salyan şəhəri, S.Vurgun küçəsi, ev 122, mənzil 17-də yaşayan, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.2 və 333.1-ci maddələrinin tələbinin pozulması ilə əlaqədar Salyan RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Salyan rayon PŞ-nin X13 Bölməsinin əməkdaşları tərəfindən 10 yanvar 2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 10:35-də “CHEVROLET CRUZE” minik markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozması ilə əlaqədar olaraq Salyan RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxlanılmış, araşdırma zamanı onun sərxoş halda nəqliyyat vasitəsini idarə etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2 və 333.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Salyan RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru, polis kapitanı X8 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə səhər saatlarında Salyan şəhəri, Ə.Hüseynzadə küçəsinin giriş qadağan olan hissəsinə vətəndaş Şəxs idarə etdiyi “CHEVROLET CRUZE” minik markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobillə daxil olduğuna görə, yəni yol hərəkəti qaydalarını pozması ilə əlaqədar olaraq saxladıq, ondan şübhələdiyimiz üçün spirtli içki içib-içmədiyini soruşduq, dedi ki, bir gün əvvəl 100 qram içki içmişəm. Ölçmə vasitəsi olan alkometrlə yoxladıq çeki çap edib müvafiq sənədləşmə işlərini apardıq. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, xəstəsi olduğu üçün xx.xx.2023-cü il tarixdə, saat 10 radələrində Salyan şəhəri, Ə.Hüseynzadə küçəsi ilə idarə etdiyi “CHEVROLET CRUZE” minik markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanmış. Ondan spirtli içki qəbul edib-etməməsi soruşulmuş o, spirtli içkini 100 qram olaraq bir gün əvvəl qəbul etdiyini bildirsə də, polis əməkdaşları ona narahat olmamağını bildirmişlər və protokola məcburi şəkildə imza atmışdır. Lakin içkili olmadığından həmin günü saat 11:10-da Salyan rayon Mərkəzi Xəstəxanasına gedərək sərxoşluq vəziyyətinin yoxlanması ilə bağlı müayinədən keçmişdir. Oradan ona sərxoş olmamağı barədə sənəd verilmiş və o həmin sənədi iş materiallarına əlavə edilməsi üçün polis əməkdaşlarına vermişdir. Qeyd olunanları nəzərə alaraq İXM-nin 333.1-ci maddəsi ilə iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Salyan Rayon Mərkəzi X5 Yardım şöbəsinin həkimi X2 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 11 radələrində vətəndaş Abdullayev X4 gələrək bir gün əvvəl günorta 100 qram spirtli içki içdiyinə görə polis əməkdaşları tərəfindən saxlandığını deyərək onlar tərəfindən müayinə edilməsini xahiş etmişdir. Onlar da alkotestr ilə vətəndaşı yoxlamışlar sıfır göstərmişdir və bu barədə akt tərtib etmişlər. Vətəndaşlar bəzən yol polislərinin alkotestr yoxlamalarından narazı qaldıqları halda polis əməkdaşları ilə birlikdə xəstəxanaya gəlirlər. Bəzən elə olur ki, polislər sərxoş bilib gətirdikləri vətəndaş bizim yoxlamadan sonra spirtli içki qəbul etmədiyi müəyyən olunur və bu zaman polis əməkdaşları bizim müayinədən razı qalırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Salyan Rayon Mərkəzi X5 Yardım şöbəsinin həkimi X7 şahid X1 izahatına uyğun izahat verdi. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan 10 yanvar 2023-cü il tarixdə, saat 10:35-də tərtib olunmuş İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-nin 327.2 və 333.1-ci maddələri nəzərdə tutulmuş protokolu imzalamışdır. İş materiallarında olan sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün “Alcovisor- Jupiter X” markalı sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitədən istifadə edilmişdir. 10 yanvar 2023-cü il tarixdə, saat 10:28-də çap edilmiş qəbzdən görünür ki, müayinə nəticəsində Şəxs qəbzi imzalamışdır. Qəbzdə son kalibirləmə tarixli xx.xx.2021-ci il, boş test 0.000 %, müddət 2.080 saniyələr, həcm: 0.8586 litr olmuşdur. İş materiallarında olan “Alcovisor-Jupiter X” markalı sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitəyə dair Azərbaycan Metrologiya İnstitutu X12 tərəfindən verilmiş Şəhadətnamədə “Alcometr-Jupiter X” ölçmə vasitəsinin yoxlama tarixi xx.xx.2023-cü il, növbəti yoxlama tarixi xx.xx.2023-cü il olaraq göstərilmişdir. İş materiallarında olan “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” 10 yanvar 2023-cü il tarixli 05 nömrəli Aktdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 11:10-da Salyan Rayon Mərkəzi X5 Yardım şöbəsinin həkimləri X7 və X2 müayinə etmişlər. Müayinə nəticəsində Şəxs alkoqol qəbulu əlamətləri olmadığı müəyyən olunmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 20-ci maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının səhiyyə müəssisələri yol-nəqliyyat hadisələri nəticəsində zərər çəkənlərə yardım göstərilməsini təmin edir, nəqliyyat vasitəsini idarə edən şəxslərin alkoqoldan, narkotik vasitələr, psixotrop maddələrdən və güclü təsir göstərən digər maddələrdən istifadə nəticəsində sərxoş vəziyyətdə olub-olmadıqlarını müəyyən edir, onların uçotunu aparır, nəqliyyat vasitələrini idarə etməyə yararlılıq haqqında arayış verirlər; 83-cü maddəsinin İİİ hissəsinə əsasən müəyyən edilmiş hərəkət sürəti həddini aşmaq, texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin istismarı faktını və nəqliyyat vasitələrinin alkoqol və ya güclü təsir göstərən digər maddələrin istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi halları müəyyənləşdirmək üzrə nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşları yalnız xüsusi cihazlar vasitəsi ilə həyata keçirirlər (narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinə dövlət narkoloji-tibb müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir). Belə halları müəyyənləşdirmək üçün başqa üsullardan istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın: 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. 2.5-ci bəndinə əsasən şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən İXM-in 406-cı maddəsinə uyğun olaraq protokol tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 333.1-ci maddəsinin qeyd hissəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75.0.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir; 75.0.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 76.2-ci maddəsinə əsasən bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 saylı, xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.5-ci bəndinə şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən İXM-in 406-cı maddəsinə uyğun olaraq protokol tərtib edilir. Məhkəmə iclasında araşdırma zamanı müəyyən edildi ki, 10 yanvar 2023-cü il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” 05 nömrəli Akta əsasən Şəxs alkoqol qəbulu əlamətləri olmadığı müəyyən olunmuşdur. Eyni zamanda “Alcovisor-Jupiter X” markalı sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitədən xx.xx.2023-cü il tarixdə, saat 10:28-də çap edilmiş qəbzdən görünür ki, Şəxs 2.080 saniyə müddətində 0.8586 litr həcmdə hava üfürmüş və testin nəticəsi isə 0.000 % olmuşdur. “Alcovisor-Jupiter X” markalı sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitədən çap edilmiş qəbzdən görünür ki, son kalibirləmə tarixi xx.xx.2021-ci il olaraq göstərilir. Kalibrləmə – Kəmiyyətin verilmiş ölçmə vasitəsi ilə alınmış qiymətinin, etalonun köməyi ilə təyin edilmiş uyğun qiyməti arasında olan münasibəti müəyyənləşdirən əməliyyatların məcmusudur. Kalibrləmə nəticəsində ölçülən kəmiyyətin verilmiş ölçmə vasitəsi ilə göstərilən həqiqi qiymətini, yaxud onun göstəricilərinə edilən düzəlişləri təyin edirlər. Kalibrləmə vasitəsilə ölçmə vasitələrinin xətalarını və bir sıra başqa metroloji xassələri qiymətləndirmək olar. Ölçmə cihazlarının yoxlanılması aşağıdakı metodlarla yerinə yetirilir: ölçülən kəmiyyətləri, uyğun dəqiqlik sinfinə malik ölçülər vasitəsi ilə əks etdirilən kəmiyyətlərlə bilavasitə müqayisə etməklə; eyni bir kəmiyyətin ölçülməsində, yoxlanılan və nümunəvi cihazların göstəricilərinin bilavasitə tutuşdurulması yolu ilə. Bu me todun əsasını eyni fiziki kəmiyyətin qiymətinin yoxlanılan və nümunəvi ölçmə vasitəsi ilə eyni vaxtda ölçülməsi təşkil edir. Bu cihazların göstəricilərinin fərqi yoxlanılan ölçmə vasitəsinin mütləq xətasına bərabərdir. Məhkəmə hesab edir ki, Şəxs 10 yanvar 2023-cü il tarixdə sərxoşluq vəziyyətinə dair fərqli nəticələr müəyyən edən alkotester cihazı ilə müayinə olunmağa dair protokol və həkim müayinəsi aktı kimi sübutlar mövcuddur ki, bu da öz növbəsində Şəxs hadisə günü sərxoş olması faktını şübhə altında qoyur. Məhkəmə iclasında araşdırma zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetirilmədiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsiri sübuta yetirilmədiyinə həmin hissədə icraata xitam verilməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Salyan Rayon Polis Şöbəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Belə olduğu halda, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair məhkəməyə təqdim olunan sənədlər ziddiyyətli olmaqla onun sərxoş olmasını şübhə altına alır, buna görə də məhkəmə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələri onun xeyrinə həll edərək, şəxsin təqsirsiz olması və onun əməlində İXM-in 333.1-ci maddəsinin tərkibinin olmadığı qənaətinə gəlir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin tərkibi aşkar edilmədiyindən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin tərkibi olmadığından, barəsində tərtib edilmiş 10 yanvar 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Salyan Rayon Polis Şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Salyan Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-21/2023
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-21/2023
10.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver