Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-21/2024 30.01.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Salyan rayonu, P.Xalac kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Salyan şəhəri, A.Ağabəyli küçəsi, ev 1, mənzil 66-da qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə tərtib olunmuş protokol və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə MN seriyalı № ******* nömrəli, 20 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir İnzibati xəta haqqında MN № ******* nömrəli, 20 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, 20 dekabr 2023-cü il tarixdə, saat 10:35 radələrində Salyan şəhərində Ford Transit markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin sürücüsü Şəxs yük daşıma fəaliyyəti həyata keçirərkən qanunvericiliklə müəyyən olunmuş sənədləri təqdim etməmişdir. Qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq, məhkəmə sonuncunun iştirakı olmadan işə baxılmasını mümkün sayır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, "xxxx" MMC-də sürücü işləyir və avtomobil şirkətə məxsusdur. O, yük daşıma fəaliyyəti ilə məşğuldur, lakin qanunvericiliklə müəyyən olunmuş sənədləri yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; 20 dekabr 2023-cü il tarixli, MN seriyalı № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsinin tələblərini pozmuşdur. 20 dekabr 2023-cü il tarixli aktdan görünür ki, Şəxs izahat verməkdən imtina etmişdir. 20 dekabr 2023-cü il tarixli aktdan görünür ki, 20 dekabr 2023-cü il tarixdə saat 10:35 radələrində Şəxs barəsində İXM-nin 552-ci maddəsilə tərtib edilmiş ******* nömrəli protokolu, 0097 nömrəli aktı səbəbsiz olaraq imzalamaqdan imtina etmişdir. Şirvan Regional İdarəsinin müdiri Elşən Əliyev tərəfindən Şəxs ünvanlanmış 20 dekabr 2023-cü il tarixli bildirişin surətindən görünür ki, 20 dekabr 2023-cü il tarixində İXMnin 552-ci maddəsi ilə barəsində MN ******* nömrəli inzibati protokol tərtib olunması və Salyan Rayon Məhkəməsinə göndərilməsi barədə xəbərdar olunmuşdur. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu səbəbdən də o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 552-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə-əlli manat məbləğində cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq cərimənin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 50 (əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-21/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-21/2024
30.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver