Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-215/2024 17.04.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Biləsuvar rayon YPX-nin inspektoru, polis baş serjantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1993-cü il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan Salyan rayonu, Şorsulu kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsinin tələbini pozması ilə əlaqədar Biləsuvar rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Biləsuvar rayon PŞ-nin YPX-nin inspektoru, polis baş serjantı X2 tərəfindən Salyan rayonu, Şorsulu kəndində yaşayan xx.xx.1993-cü il təvəllüdlü Şəxs barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol iş materialları ilə birlikdə baxılması üçün xx.xx.2024-cü il tarixdə Salyan Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokoldan görünür ki, Biləsuvar rayon PŞ-nin YPX-nin inspektoru, polis baş serjantı X2 tərəfindən Şəxs barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 353.5-ci maddələri ilə İXP seryalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati icraat aparılan fiziki şəxs Şəxs məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, idarə etdiyi “KAMAZ 65115 yük” markalı **-DO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yük daşıma fəaliyyəti ilə məşğul olur. Əvvəllər yükün çəkisi çox olması halları olsa da, bu dəfə avtomaşında artıq yük olmamışdır. Avtomaşın tərəziyə çıxarılmamış, ondan izahat alınmamışdır. O yazı yaza bilmir, sadəcə imza çəkmişdir. Ona görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Biləsuvar rayon YPX-nin inspektoru, polis baş serjantı X2 bildirmişdir ki, protokolu müdafiə edir. Xidmətdə olan zaman yük avtomaşınlarının girişi qadağan olan yolda iki avtomaşın saxlanılmışdır. Həmin avtomaşınlar səyyar tərəzidə çəkilmişdir. Şəxs idarə etdiyi avtomaşında yük normadan artıq olduğu üçün barəsində protokol tərtib olunmuşdur. Avtomaşın tərəziyə çıxarılmış, artıq yük olması müəyyən olunmuşdur. Yük avtomobilinin tərəziyə çıxarılmasını sübut edə biləcək çəkilişi də növbəti məhkəmə iclasında məhkəməyə təqdim edə bilər. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində nəqliyyat vasitələrini idarə etmək hüqununun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməklə, 1200 manat məbləğində cərimə edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixdə, saat 18:30-da tərtib olunmuş İXP seryalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 353.5-ci maddələri ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. İş materiallarında olan AE 509272 saylı sürücülük vəsiqəsindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs “B və C” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. İş materiallarında olan avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə xx.xx.2024cü il tarixli Aktın surətindən görünür ki, Şəxs idarə etdiyi “Kamaz 65115 yük” markalı, **- DO-*** dövlət qeydiyyat nişanlı avtomobili YPXT-nin inspektoru tərəfindən yoxlanılaraq qəbul edilmişdir. İş materiallarında olan Şəxs tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli vəsatətdən görünür ki, xx.xx.2024-cü il tarixdə Biləsuvar rayonunda yol verdiyi qayda pozuntusu ilə bağlı barəsində yazılmış protokola yaşadığı yer üzrə Salyan Rayon Məhkəməsində baxılmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardaddan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 353.5-ci maddəsinin tələbini pozduğu üçün toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Salyan Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Biləsuvar Rayon Polis Şöbəsindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Salyan rayonu, Şorsulu kəndində yaşayan xx.xx.1993-cü il təvəllüdlü Şəxs son 12 ay ərzində YHQ pozuntusu törətdiyinə görə barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsinə əsasən İXP ******* nömrəli protokol tərtib edilərək xx.xx.2023-cü il tarixdə 600 manat məbləğində cərimə edilmişdir. Təyin edilmiş cərimənin ödənilməsi təmin edilmişdir. İş materillarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, “Kamaz 65115 yük” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı yük avtomobilində yükün ümumi çəkisi 13520 kiloqramdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən xx.xx.2023-cü il tarixdə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etməsinə görə İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətaya görə tənbeh almışdır. Şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən eyni inzibati xətanın il ərzində təkrar törətməsi öz təsdiqini tapır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsinə əsasən, Bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılmaqla min iki yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXMnin 353.5-ci maddəsi ilə məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33-cü maddələrinə əsasən inzibati xətanın xarakterini, Şəxs təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 353.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətə məhdudlaşdırma məhdudlaşdırılmaqla 1200 (min iki yüz manat) məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırkı iş üzrə qərarın surəti Salyan Rayon Polis X3 Polisi İdarəsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 6 (altı) ay müddətə məhdudlaşdırma növündə inzibati tənbeh tədbiri tətbiq edilməklə, 1200 (min iki yüz manat) manat məbləğində cərimə edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Salyan Rayon Polisi Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-215/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-215/2024
17.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver