Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-22/2023 31.01.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Mən, Salyan rayon məhkəməsinin hakimi X6, X7 oğlunun katibliyi, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi qaydada fəhlə işləyən, Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi Bilal Niftəliyev küçəsi ev 43, mənzil 55-də qeydiyyatda olmaqla, Bakı şəhəri Xəzər rayonu Binə Südçülük savxozu yeni yaşayış massivində yaşayan, ailəli, bir azyaşlı uşağı olan, Şəxs barəsində BDYPİ-nin YPXA-nın 10-cu tağımından daxil olmuş inzibati xəta haqqında materiallara Salyan rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, 26 noyabr 2022-ci il tarixdə saat 15:45 radələrində Şəxs idarə etdiyi “Mercedes Benz E220 CDİ” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Ələt-Astara- İran sərhəddi avtomobil yolunun Salyan rayonu Xıdırlı kəndi ərazisindən keçən 15-ci kilometrliyində Ələt qəsəbəsi istiqamətinə hərəkətdə olarkən sükan arxasında yuxulayaraq fikrini yoldan yayındırmış, bu zaman avtomobilin qabaq hissəsi ilə qarşıda eyni istiqamətdə hərəkətdə olan X1 idarə etdiyi “QAZ 310210” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində zərbənin təsirindən “QAZ 310210” markalı yük avtomobili idarəetmədən çıxaraq yolun hərəkət hissəsinə aşmış, nəticədə “Mercedes Benz” markalı avtomobilin sürücüsü Şəxs və sərnişini Zərərçəkmiş şəxs xəsarət almışlar. Həmin faktla bağlı DİN Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yolnəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və təhqiqat şöbəsi tərəfndən araşdırma aparılmış və xx.xx.2022-ci il tarixli qərarla Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, qəbul edilmiş qərarın surəti onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə tədbir görülməsi üçün BDYPİ-nin YPXA-nın 10-cu tağımına göndərilmişdir. BDYPİ-nin YPXA-nın 10-cu tağımı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə İXP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilmiş və inzibati xəta haqqında protokola uyğun izahat verərək göstərmişdir ki, törətdiyi əməldən peşmandır. Hadisə baş verən zaman zərərçəkmiş şəxs Raul onun idarə etdiyi maşının qabaq sağ oturacağında əyləşmiş, qəfil qəza baş vermiş, nəticədə Raul alın nahiyəsindən xəsarət almışdır. Hadisədən sonra zərərçəkmiş şəxsə yardım etməmiş, lakin zərərçəkmişlə razılığa gəlmişdir ki, ona dəymiş ziyanı yaxın zamanlarda ödəyəcəkdir. Ailəsini avtomobilini idarə etməklə dolandırır, himayəsində bir azyaşlı uşağı var. Odur ki, ona cərimə cəzasının verilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, 26 noyabr 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət almışdır.Hadisədən sonra sürücü Şəxs ona heç bir yardım göstərməmişdir. Onun Şəxsla əldə etdiyi razılığa əsasən, sonuncu ona bir həftə ərzində maddi yardım edəcəkdir. Hal-hazırda Şəxs şikayəti və tələbi yoxdur. Odur ki, həmin şəxsin barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 Publik Hüquqi şəxsinin sağlamlığa zərərvurmanın təyini barədə xx.xx.2022-ci il tarixli 636 saylı məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, 1984-cü il təvəllüdlü Şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - alın nahiyəsinin səthi yaraları bərk küt əşya (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə yəni xx.xx.2022-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 Publik Hüquqi şəxsinin sağlamlığa zərərvurmanın təyini barədə xx.xx.2022-ci il tarixli 637 saylı məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, 1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs Qamət oğlunun məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər alının tüklü hissəsinin yarası bərk küt əşya təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə yəni xx.xx.2022-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir. İş materiallarında olan AD 055338 saylı xx.xx.2015-ci il tarixli sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs “B” kateqoriyası üzrə sürücülük hüququ vardır. İş materiallarında olan ƏN-Vİİİ 137212 saylı etibarnamənin surətindən görünür ki, “Mercedes Benz E220 CDİ” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı minik avtomobili X2 tərəfindən Şəxs idarəçiliyinə verilmişdir. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu səbəbdən də o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin məcəllənin 327.8-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmirəm ki, həmin şəxsin barəsində cərimə növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab edirəm. Hesab edirəm ki, tətbiq olunacaq cərimə növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində cərimə olunsun. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Adil Vəliyev
Məhkəmə qərarları › İş №3(057)-22/2023
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-22/2023
31.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver