Məhkəmə qərarları › İş №3(057)-222/2023

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-222/2023

30.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-222/2023 30.03.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X8 qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X10 oğlunun iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 31 oktyabr 2022-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 31 oktyabr 2022-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə əsasən 2000 (iki min) manat miqdarında inzibati cərimə edilmişdir. X6 həmin qərardan şikayətlə məhkəməyə şikayət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 31 oktyabr 2022-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilən şəxs X6 şikayət ərizəsində qeyd etmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 2000 manat məbləğində cərimə edilmişəm. Onun tərəfindən ümumiyyətlə heç bir inzibati xəta hadisəsi törədilmədiyi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinin tələblərini pozmadığını bildirmişdir. Barəsində qəbul edilmiş qərarda onun Çuxanlı kəndi ərazisində 11 ədəd yulğun kolunu kəsdiyinin göstərildiyini, onun heç bir yulğun kolu kəsmədiyini, yulğun kollarını kəsməyi barədə heç bir sübutun olmadığı halda inzibati məsuliyyətə cəlb edilməsini əsassız hesab etdiyini, heç bir təqsiri olmadığı halda inzibati məsuliyyətə cəlb edilməsini qanunsuz sayaraq barəsində qəbul edilmiş MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X6 izahat verərək göstərmişdir ki, 44 günlük Vətən müharibəsinin iştirakçısı kimi onun istifadəsinə əkin əkmək üçün Çuxanlı kəndi ərazisində 0.50 torpaq sahəsi verilmişdir. Həmin sahəni əkinə hazır hala gətirmək üçün orada olan bir neçə yulğun kolunu kəsmişəm. Ona torpaq sahəsi ayrılanda yulğun kollarının kəsilməməsi ilə bağlı heç bir xəbərdarlıq edilməmişdir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin barəsində qəbul etdiyi xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçimüfəttişi X3 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, protokolu özü tərtib etmişdir, torpaq sahəsinin ayrılması ilə bağlı tərtib olunmuş X2 əsas vermirdi ki, təbiətə zərər vursun. Cərimə və təbiətə dəymiş zərərin ödənilməsi ilə bağlı şikayətçiyə xəbərdarlıq edilmişdir. Qərar qəbul edilərkən “Ətraf mehitin mühafizəsi haqqında” və “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunlarını rəhbər tutmuşuq. Hesab edir ki, həmin qərarın ləğv edilməsi üçün əsas yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilən X4 şəxsin izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməli, inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə iclasında işdə iştirak edən X4 izahatını, həmçinin, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarla müəyyən edilir ki, X1 rayonunun, Çuxanlı kəndi ərazisindən keçən su kanalına yaxın hissədə 0.30 ha torpaq sahəsində mövcud olan tam bioloji inkişafda olan 11 ədəd yulğun kolunun kök-boğaz hissəsindən kəsərək məhv etməsi faktı 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən aşkar edilmişdir. X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Kolların qanunsuz olaraq kəsilməsi nəticəsində təbiətə dəymiş maddi ziyan hesablanaraq cəmi 880 manat olduğu müəyyən edilmişdir. X4 barəsində İnzibati xəta haqqında protokol əsasında 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Azər Quliyev tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə əsasən 2000 (iki min) manat miqdarında cərimə edilmişdir. Qeyd olunan qərarın surəti, 2000 (iki min) manat miqdarında cərimə məbləğinin könüllü olaraq ödənilməsi üçün X5 göndərilmişdir. İşdə olan 22 sentyabr 2022-ci il tarixdə tərtib olunmuş Aktdan görünür ki, Salyan rayonunun, Çuxanlı kəndi sakini X4 44 günlük Vətən müharibəsi iştirakçısı olması nəzərə alınaraq Çuxanlı kəndi ərazisindən keçən su kanalına yaxın hissədə 0.30 ha torpaq sahəsi istifadəsinə verilmişdir. İşdə olan Salyan Rayon İcra Hakimiyyəti Başçısının Çuxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlyindən məhkəməyə göndərilmiş məktubdan görünür ki, - 10 mart 2023cü il tarixli sorğunuza cavab olaraq bildiririk ki, Salyan rayon Çuxanlı kənd sakini, Vətən müharibəsi iştirakçısı olan X10 oglu digər vətən müharibə iştirakçılar kimi daim diqqət mərkəzində saxlanılmışdır. Vətəndaş Q.Hacıyev Rayon İcra Hakimiyyətinə müraciət edərək torpaq sahəsi istəmiş və vətəndaşa Salyan rayon Çuxanlı kəndində 4 müxtəlif yerdə torpaq sahəsi təklif olunmuşdur. Lakin Q.Hacıyev həmin torpaq sahələrindən imtina etmişdir və həmin yerlər digər müharibə iştirakçılarının istifadəsinə verilmişdir. X10 oglu Salyan Rayon Çuxanlı kəndinə gedən yolun kənarında evlərinə yaxın məsafədə yerləşən torpaq sahəsi istəmiş və 22 sentyabr 2022-ci il tarixli aktla 0.50 ha torpaq sahəsin onun istifadəsinə verilmişdir. Əlavə olaraq bildiririk ki, ərazi nümayəndəliyində həmin torpaq sahəsi ilə baglı hər hansı bir sənəd mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə əsasən, meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə və ya məhv edilməsinə görə fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. X6 şikayətində 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən onun barəsində tərtib olunmuş 31 oktyabr 2022-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı mübahisələndirsə də, inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və ya əsassız olmasına dəlalət edən hallar hazırki məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. X4 məhkəmə iclasında verdiyi izahatında qeyd etdiyi xüsusatlar isə onun barəsində qəbul edilən inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas deyildir. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından müəyyən edilir ki, X6 inzibati xətaya görə qanunvericilikdə müəyyən edilmiş inzibati tənbeh çərçivəsində, həm də həmin inzibati tənbehin həddində, eyni zamanda, inzibati tənbehi tətbiq etmək səlahiyyəti olan orqan tərəfindən inzibati məsuliyyətə cəlb edilib inzibati qaydada tənbeh edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinin məzmununa görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmadıqda həmin qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinin tələbinə əsasən qərara gəlir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 31 oktyabr 2022-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmadığından X4 hazırki şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 31 oktyabr 2022-ci il tarixli MN № ******* saylı inzibati tənbehin tətbiq edilməsi haqqında qərarından şikayəti təmin edilməsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə əsasən 2000 (iki min) manat miqdarında cərimə edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 31 oktyabr 2022-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar