Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-225/2023 01.03.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, MN-nin N saylı hərbi hissənin nümayəndəsi X5 və Zərərçəkmiş şəxs3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakı ilə xx xxxxxx 1989-cu ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Salyan şəhəri, A.Hüseynov küçəsi, ev 25-də qeydiyyatda olan və yaşayan X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Salyan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 məxsus 20 manat dəyərində 02 ədəd toyuğu onun Salyan şəhəri, B.Talıbdı küçəsi, ev 52-də yaşadığı evin həyətyanı sahəsindən oğurlamışdır. Bununla əlaqədar Salyan RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X3 cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarı əsasında, Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis lmayoru X7 tərəfindən 01 mart 2023-cü il tarixli, MN № 1458434/167 saylı inzibati xəta haqqında protokol tərtib edilərək, iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. X6 xx.xx.2023-cü il tarixdə MN-nin N nömrəli hərbi hissəsinə məxsus N manat dəyərində 40 metr uzunluğundan kabel xəttini oğurlamışdır. Bununla əlaqədar Salyan RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X3 cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarı əsasında, Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X4 tərəfindən 01 mart 2023-cü il tarixli, MN № 1458435/167 saylı inzibati xəta haqqında protokol tərtib edilərək, iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. X6 xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs3 məxsus 60 manat dəyərində bir ədəd hind quşunu Salyan rayonu, Arbatan kəndində yaşadığı evin həyətyanı sahəsindən oğurlamışdır. Bununla əlaqədar Salyan RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X3 cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarı əsasında, Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis lmayoru X7 tərəfindən 01 mart 2023-cü il tarixli, MN № 1458433/168 saylı inzibati xəta haqqında protokol tərtib edilərək, iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 bildirmişdir ki, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə ayrı-ayrı şəxslərə məxsus əmlakları oğurlamışdır. Oğurluqlarla bağlı özünü təqsirli bilir və peşmandır. Göstərilənləri nəzərə alaraq, ona yüngül inzibati tənbeh tədbiri təbiq edjilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, MN-nin N saylı hərbi hissənin nümayəndəsi X5 və X8 ayrı-ayrılıqda izahat verərək, onlara dəymiş maddi ziyanların ödənilmədiyini və buna görə də həmin ziyanı X1 tələb etdiklərini bildirmişlər. Məhkəmə iclas iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokola, işdə olan digər sübutlara məcmu şəklində qiymət verərək hesab edir ki, X2 inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə əsasən inzibati xətanın xarakterini, X2 təqsirinin dərəcəsini, özünün etirafını, törətdiyi əməldən peşimançılıq hissi keçirməsini məsuliyyətini yüngülləşdirən hallar kimi və məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq, məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsində qeyd olunmuşdur ki, bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 34.2. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 34.4. Şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115-ci, 128-130cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: X6 Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinsin, barəsində iki ay müddətində inzibati həbs tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli inzibati qaydada tutulduğu gündən 01 mart 2023-cü il tarixdə saat 17:00-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №3(057)-225/2023
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-225/2023
01.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver