Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-226/2023 27.03.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X9 qızının katibliyi, Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru, kiçik ədliyyə müşaviri X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, uç uşağı olan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda omaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya şöbəsindən daxil olan xx.xx.2023-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya şöbəsinin kiçik ədliyyə müşaviri X4 tərəfindən tərtib olunmuş borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(057)-806/2021 saylı icra vərəqəsinə əsasən borclu Şəxs X3 1800 manat aliment borcunu ödəməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs göstərdi ki, fərdi əməklə, qadın salonunda işləyir. Anasının müalicəsinə maddi kömək etdiyi üçün aliment borcunu ödəyə bilməmişdir. Hazırda maddi imkanı yoxdur, aliment borcunun bir dəfəyə ödəyə bilməyəcəyini, hissə-hissə aliment borcunu ödəyə biləcəyini bildirdi. Aliment məbləğinin azaldılması ilə bağlı bir neçə dəfə məhkəməyə müraciət etmək istəsə də pulu olmadığı üçün vəkillə müqavilə bağlaya bilmədiyini bildirdi. Ödəməli olduğu aliment borcundan 45 manat ödəyərək qəbzi məhkəməyə təqdim etmişdir. Eyni zamanda məhkəmədən barəsində həbslə bağlı olmayan inzibati cərimə növündə tənbeh tədbiri tədbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Salyan rayon İcra və Probasiya şöbəsinin kiçik ədliyyə müşaviri X4 göstərmişdir ki, Şəxs uzun müddətdir ki, icra sənədi üzrə ödəməli olduğu borcunu ödəmir. Dəfələrlə Şəxs ilə telefon vasitəsi ilə əlaqə saxlamışlar, icra şöbəsinə dəvət edərək aliment borcunun ödənilməsini təklif etsə də heç bir nəticəsi olmamışdır. O, müxtəlif bəhanələrlə alimenti ödəməkdən yayınır. Şəxs barəsində inzibati cərimə növündə tənbeh tətbirinin q edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən, iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir. İnzibati xəta haqqında protokola, iş materiallarında olan digər sübutlara məcmu şəklində qiymət verərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(057)-806/2021-ci il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2013-cü il təvəllüdlü əkizlər - X7 və X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq, cavabdeh Şəxs hər ay hər uşaq üçün 50 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı X3 verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası barədə xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, icra sənədi üzrə tələbin icrası ilə bağlı qərar və bildiriş xx.xx.2021-ci il tarixdə Şəxs təqdim olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci bəndindən görünür ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilmədi. Məhkəmə qətnaməsinin uzun müddət icra olunmamasını və zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati qaydada cərimə tənbehi tətbiq etməklə Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-226/2023
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-226/2023
27.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver