Məhkəmə qərarları › İş №3(057)-227/2023

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-227/2023

07.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-227/2023 07.03.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnun iştirakı ilə xx xxxxx 2003-cü il tarixdə, Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Salyan rayonu, Qızılağac kəndində qeydiyyatda olmaqla, Salyan şəhəri, N.Babayev küçəsi, ev 37-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Salyan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Salyan RPŞ-dən məhkəməyə daxil olmuş 07 mart 2023-cü il tarixli, MN № 1458432/721 saylı nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 28 dekabr 2022-ci il tarixdə qanunsuz olaraq narkotik vasitə heroindən istifadə etmişdir. Bununla əlaqədar Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X1 cinayət işinin başlanmasmının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarı əsasında, Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru, X2 tərəfindən 07 mart 2023-cü il tarixli, MN № 1458432/721 saylı inzibati xəta haqqında protokol tərtib edilərək, iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində anasının işlədiyi internat məktəbinə getmişdir. Ora çatanda anasının işdə olmadığını görüb onunla əlaqə saxlayanda anası ona işdən tez çıxdığını və evə gəldiyini deyib onu da evə çağırmışdır. Evə qayıdan zaman yolda 104 saylı yataqxanada yaşayan adlı narkotik vasitə istifadəçisi olan dostunu görmüşdür.ona bədəninin ağrıdığını deyib birlikdə gedib narkotik vasitə almağı təklif etmişdir. Arzu ilə razılaşaraq birlikdə Arbatan kəndi istiqamətində Fövqəladə Hallar Nazirliyinin DYMX-nin yanındakı kiçik tikiliyə getmişlər. Onlar həmin tikiliyə yaxınlaşıb adını bilmədiyi bir kişidən “kokos” adlandırdıqları heroini 50 manata alaraq oradan uzaqlaşmışlar. Yolda olarkən adlı tanışı ilə razılaşmış və onlara “Danqı” ləqəbi ilə tanınan əsl adını bilmədiyi bir nəfər şəxsin evinə getməyi təklif etmiş və onlar Familin dediyi yerə gedərək orada narkotik vasitə qəbul etməyə başlamışlar. Həmin vaxt onların qapısı döyülmüş və onlar qaçmağa başlamışlar. O, hasarın üzərinə çıxıb qaçmaq istəyəndə anası ilə qardaşı qapını döydüklərini görüb aşağı düşərək qapını açmışdır. Qapını açandan sonra qardaşı onu qucaqlayaraq qorxmamasını tapşırıb onu evə aparmışdır. Evdə olarkən qardaşı DİN-in 102 xidmətinə zəng edərək narkotik vasitə istifadə edən şəxslərin onu pis yola çəkdiklərini və onu da narkotik maddə istifadə etməyə məcbur etdiklərini, həmin şəxslər barəsində tədbir görülməsini xahiş etmişdir. Həmin gün onlardan heç kim ərizə almamışdır. Buna görə də xx.xx.2022-ci il tarixdə saat 09:00-da Pərvin onu və anasını Salyan rayon polis şöbəsinə aparmışdır. Şöbədə olarkən polis əməkdaşları onları sorğu sual etməyə başlamışlar. Qardaşı rəis müavini Etibar Balakişiyevə onunla birlikdə narkotik maddə qəbul edən şəxslərin adlarını verərək onların tutulmasını istəmişdir. Tural adlı polis əməkdaşı ona “sənin bacın da narkomandır, elə etmə ki, bacını da tutaq” demişdir. Bundan sonra X4 Məlikova “mən evimdə bacımın yanında gəzməyə utanıram, o adamları tutmasaz mən özümü yandırıb öldürəcəm” demiş, da P “özünü yandırmayan kişi deyil, yandırmayanın anasını bacısını s...m” deyib nalayiq ifadələr işlətmişdir. Bundan sonra qardaşı onun boynunu qucaqlayıb narahat olmamasını tapşırmışdır. Onlar polis şöbəsindən birlikdə çıxmışlar və qardaşı onları anasının işlədiyi internat məktəbinə qədər aparıb yola salmış və özü də bazar istiqamətində getmişdir. O, anası ilə birlikdə məktəbdə olduqları zaman saat 13 radələrində polis əməkdaşları məktəbə gələrək onları rəisin çağırdığını deyib onları şöbəyə aparmışlar. Bundan sonra təhqiqatçı Fikrət Əhmədov narkotiklə bağlı onların ikisinin də izahatını almışdır. Sonra onu Lənkəran şəhərinə aparıb narkoloji dispanserdə müayinədən keçirtmişlər. Onlar polis şöbəsindən çölə çıxanda atası Salyan rayon məhkəməsinin qarşısında onları görmüş və onlara Salyan RPŞ-nin qarşısında özünü yandırdığını və Bakı şəhərinə aparıldığını bildirmişdir. Daha sonra saat 18 radələrində rəis müavini anasını taksi ilə Bakı şəhərinə, qardaşının yanına yola salmışdır. Bundan sonra onlar anası ilə onu məktəbə yola saldıqdan sona təkrar polis şöbəsinə qayıtdığını, özü ilə apardığı benzini üzərinə tökərək özünü polis şöbəsinin qarşısında yandırdığını öyrənmişdir. 5 nömrəli yanıq xəstəxanasında müalicə almasına baxmayaraq xx.xx.2023-cü il tarixdə aldığı xəsarətlərdən həmin xəstəxanada ölmüşdür. Özünün hazırda narkotik maddələrdən istifadə etdiyini və onun müalicə olunmasını xahiş etmişdir. Törətdiyi əmələ görə peşmandır. Göstərilənlərə əsasən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Şəxsnun inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə əsasən inzibati xətanın xarakterini, Şəxsnun təqsirinin dərəcəsini, özünün etirafını, törətdiyi əməldən peşimançılıq hissi keçirməsini məsuliyyətini yüngülləşdirən hallar kimi və məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq, məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 37.1-ci maddəsinin tələblərinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. 37.2. Məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. 37.3. Barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. 37.4. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. 37.5. Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. 37.6. İxtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicə müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi şərtlərə və qaydalara uyğun aparılır. 37.7. İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. 37.8 İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicədə olan şəxsin məcburi müalicədən vaxtından əvvəl azad edilməsi və məcburi müalicə müddətinin uzadılması “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda həmin müəssisənin müdiriyyətinin təqdimatı və həkim-məsləhət komissiyasının rəyi nəzərə alınmaqla, müəssisənin yerləşdiyi yer üzrə məhkəmənin qərarı əsasında həyata keçirilir. Lakin məhkəmə tərəfindən ona inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi məqsədəmüvafi hesab edildiyindən Şəxs məcburi müalicə təyin edilməsi mümkün deyildir. Şəxs Salyan RMX X7 narkoloji kabinetində qeydiyata alınması üçün qərarın surəti Salyan RMX X8 göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinsin, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Şəxs narkoloji kabinetində qeydiyata alınması üçün qərarın surəti Salyan RMX X8 göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar