Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-228/2023 27.03.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X4 qızının katibliyi, Salyan rayon İcra və Probasiya şöbəsinin Böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Salyan rayonu, Dayıkənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, iki uşağı olan, fərdi əməklə məşğul olan, Salyan rayonunun Dayıkənd kəndində qeydiyyatda omaqla, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya şöbəsindən daxil olan 09 mart 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 tərəfindən tərtib olunmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 09 mart 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-81/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs məhkəmə qərarını icra etməkdən yayınaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən imtina etmişdir. Nəticədə borclu Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 protokolu müdafiə edərək göstərmişdir ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-81/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar borclu Şəxs 09 mart 2023cü il tarixdə icra şöbəsinə dəvət olunmuşdur. Borclu izahatında 4550 manat aliment borcunun, 900 manat isə ödənilməmiş maddi yardım borcunun olduğunu qəbul etmiş, işləmədiyini, yeni evliliyindən övladının dünyaya gəldiyini göstərərək nəzərə alınmasını xahiş etmişdir. Şəxs 1000 manat aliment borcunu tələbkarın "xxxx" ASC-də olan plastik kartına köçürərək bu barədə qəbzin surətini təqdim etdiyini göstərmişdir. Eyni zamanda tələbkar Zərərçəkmiş şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs verdiyi izahatında göstərmişdir ki, İcra məmuru tərəfindən bir neçə dəfə İcra şöbəsinə dəvət olunmuşdur. Hər dəfə də çağırışlara getmişdir. İkinci nikahından da bir uşağı olmuşdur. Alimenti ödəməkdən imtina etmir. 1000 aliment borcunu Zərərçəkmiş şəxs "xxxx" ASC-də olan plastik kartına köçürərək qəbzi İcra məmuruna təqdim etmişdir. Hazırda 3550 manat borcu qalmışdır. Heç bir yerdə işləmir. İşə düzəlmək üçün sənədlərini Azərbaycan Respublikası Mina Təmizləmə Agentliyinə təqdim etmişdir və təlimə dəvət gözləyir. Hər ay 250-300 manat pul ödəyəcəkdir ki, aliment borcu da azalsın. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin 2(028)-81/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment xx.xx.2021-ci il tarixdən başlayaraq tutulub 28 iyun 2019-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Zərərçəkmiş şəxs verilsin. İş materiallarında olan xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası barədə 07 iyun 2021-ci il tarixli bildirişdən görünür ki, icra sənədi üzrə tələbin icrası ilə bağlı qərar və bildiriş Şəxs təqdim olunmuşdur. İş materiallarında olan Şəxs xx.xx.2023-cü il tarixli izahatından görünür ki, o, icra sənədində olan öhdəliyindən imtina etmədiyini, işsiz olduğunu, yenidən ailə qurduğunu, həmin evliliyindən bir uşağının doğulduğunu nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, borclu Şəxs İcra məmurunun qanuni tələblərini vaxtında icra etmişdir. Borclu qətnamə icraya yönələn vaxtdan ötən müddət ərzində tələbkara 1000 manat pul ödəmişdir. Borclu heç yerdə işləmir. Borclu işsiz olmasına baxmayaraq, aliment ödənişindən yayınmamışdır. Məhkəmədə tərəflərin izahatları əsasında müəyyən edilmişdir ki, borclu aliment borclarını ödəyir. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, borclunun hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi yoxdur. Borclu qət edilmiş alimenti, eyni zamanda aliment borcunu ödəməklə qətnamənin icra edilməsinə maneçilik törətməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta tərkibi yaradır. Məhkəmədə borclu tərəfindən icra məmurunun icra vərəqəsinin icrası ilə bağlı hüquq və vəzifələrini yerinə yetirməsinə mane olan hər hansı hüquqa zidd, təqsirli hərəkəti etməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta qəsdən törədilən əməldir. Məhkəmədə borclunun göstərilən inzibati xətanı törətməsi sübuta yetməmişdir. İcra məmuru borclu borcunu ödəmədiyinə görə onun barəsində inzibati protokol tərtib etmişdir. Halbuki borclu icra məmurunun çağrışına gəlmiş, aliment borcundan 1000 manat ödəniş etmişdir. Məhkəmə araşdırılan sübutları qiymətləndirərək hesab edir ki, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi öz təsdiqini tapmadığından, yəni inzibati xəta tərkibi olmadığından Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulm uş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair inzibati xəta haqqında başlanmış iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-228/2023
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-228/2023
27.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver