Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-23/2023 01.02.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi ilə xx.xx.1989-cu ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Yardımlı rayonu, Alar kəndində qeydiyyatda olmaqla Salyan rayonu, Çuxanlı kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Salyan RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Salyan RPŞ-dən daxil olmuş 28 dekabr 2023-cü il tarixli, MN № 1458030/736 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs babasından yadigar qalmış 01 ədəd 16 kalibirli, patronluğunun uzunluğu 70 mm olan, «İJ-K» modelli «K 49497» nömrəli, xarici çaxmaqlı, yivsiz tək lüləli odlu ov silahını xüsusi icalə olmadan özündə saxlamışdır. Qeyd olunan faktla əlaqədar Salyan RPŞ-nin TB-nin təhqitqatçısı, polis baş leytenantı X1 cinayət işinin başlanmasının rədd edilməsi barədə 22 dekabr 2023-cü il tarixli qərarı əsasında, Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X2 tərəfindən 28 dekabr 2023-cü il tarixli, MN № 1458030/736 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün məhkəməyə göndərilmişdir. Qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Salyan RPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq, məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Salyan RPŞ-nin TB-nin təhqitqatçısı, polis baş leytenantı X1 cinayət işinin başlanmasının rədd edilməsi barədə 22 dekabr 2023-cü il tarixli qərarından görünür ki, 01 ədəd 16 kalibirli, patronluğunun uzunluğu 70 mm olan, «İJ-K» modelli «K 49497» nömrəli, xarici çaxmaqlı, yivsiz tək lüləli odlu ov silahıdır müvafiq icra hakimiyyəti orqanının icazə sənədi olmadan saxladığı üçün, həmin silah xx.xx.2022-ci il tarixdə Salyan rayon Polis şöbəsinin əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Silahın təyinatını və xarakteristik əlamətlərini müəyyənləşdirmək üçün keçirilmiş məhkəmə-ballistik ekspertizasının xx.xx.2022-ci il tarixli,3/1685 nömrəli ekspert rəyinə əsasən, ekspertizaya təqdim edilmiş 1957-ci ildə İjevski mexaniki silah zavodunda istehsal olunmuş 01 ədəd 16 kalibirli, patronluğunun uzunluğu 70 mm olan, «İJ-K» modelli «K 49497» nömrəli, xarici çaxmaqlı, yivsiz tək lüləli odlu ov silahıdır, texniki cəhətdən sazdır və hər iki lülədən atəş açmaq üçün yaralıdır. Üzərində sonradan düzəlişlər edilməmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi 28 dekabr 2023-cü il tarixli, MN № 1458030/736 nömrəli inzibati xəta haqqında protokolla və protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə əsasən işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, Şəxs inzibati xətanı törətməsi faktının təsdiq olunması qənaətinə gəlməklə, inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini məsuliyyətini yüngülləşdirən hallar kimi və məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq, məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın predmeti olan Salyan RPŞ-də saxlanılan 01 ədəd 16 kalibirli, patronluğunun uzunluğu 70 mm olan, «İJ- K» modelli «K 49497» nömrəli, xarici çaxmaqlı, yivsiz tək lüləli odlu ov silahı müsadirə edilməklə, cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48- 51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinib, Salyan RPŞ-də saxlanılan 01 ədəd 16 kalibirli, patronluğunun uzunluğu 70 mm olan, «İJ-K» modelli «K 49497» nömrəli, xarici çaxmaqlı, yivsiz tək lüləli odlu ov silahı müsadirə edilərək Azərbaycan Respublikası DİN-nin X4 Baş İdarəsinin anbarına təhvil verilməklə, barəsində 80 (səksən) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın Surati təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №3(057)-23/2023
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-23/2023
01.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver