Məhkəmə qərarları › İş №3(057)-23/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-23/2024

30.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-23/2024 30.01.2024 SALYAN RAYON MƏHKƏMƏSİ X1 Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi ilə xx.xx.1983-cü il təvəllüdlü, Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Beyləqan rayonu, Tatalılar kəndində qeydiyyatda olmaqla orada yaşayan, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin tələbinin pozulması ilə əlaqədar DİN Baş DYPİ-nin Yol-Patrul Xidməti Alayının 10-cu tağımı tərəfindən tərtib edilmiş xx.xx.2023-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol aidiyyəti üzrə baxılması üçün Beyləqan Rayon Məhkəməsindən Salyan Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-ci il tarixdə, idarə etdiyi “KİA OPTİMA” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Salyan rayonu ərazisində yol hərəkəti qaydalarını pozması ilə əlaqədar olaraq saxlanılmış, araşdırma zamanı onun sərxoş halda nəqliyyat vasitəsini idarə etməsi məlum olmuşdur. Nəticədə Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Bununla əlaqədar olaraq DİN Baş DYPİ-nin Yol-Patrul Xidməti Alayının 10-cu tağımı tərəfindən xx.xx.2023-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və DİN Baş DYPİ-nin Yol-Patrul Xidməti Alayının 10-cu tağımının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq, məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam təsdiq olunur. Şəxs həmin inzibati xətanın törədilməsində təqsirlidir. İş materiallarında olan sərxoşluq vəziyyətinin müayinəsi barədə xx.xx.2023-cü il tarixli alkotesterin xx.xx.2023-cü il tarixli qəbzindən görünür ki, sürücü Şəxs avtomaşını sərxoş vəziyyətdə idarə etmişdir. İş materiallarında olan BC 707925 nömrəli sürücülük vəsiqəsindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs “B1,B,C1,C” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə əsasən inzibati xətanın xarakterini, Şəxs təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən hallar kimi özünün etirafını, törətdiyi əməlindən səmimi peşimançılıq hissi keçirməsini və məsuliyyətini ağırlaşdıran hal kimi Şəxs inzibati xətanı sərxoş halda törətməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Həmin Məcəllənin 150.11-ci maddəsinə əsasən Şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 400 (dörd yüz) manat məbləğində cərimə tətbiq edilsin. Azərbaycan Respublikası İXM-nın 150.11-ci maddəsinə əsasən Şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar