Məhkəmə qərarları › İş №3(057)-230/2023

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-230/2023

10.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-230/2023 10.03.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun, X5 qızının katibliyi, Salyan rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Salyan Rayon Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1966-cı ildə Salyan rayonunun Arbatan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Salyan rayonunun Arbatan kəndində yaşayan Şəxs barəsində Salyan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Salyan şəhəri, 20 yanvar küçəsində yaşayan Zərərçəkmiş şəxs 11 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin “102” Xidməti-X6 və Salyan RPŞ-nə müraciət edərək, özünə məxsus olan fərdi yaşayış evinin həyətyanı bağ sahəsindən qapının kilidinin sındırılması yolu ilə “Marcus” markalı su matorunun, 7 ədəd dəmir materialların və 2 ədəd “VAZ-21074” markalı avtomobilə aid arxa faralarını nəməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması nəticəsində ona 100 manat maddi ziyan vurulduğun bildirmişdir. Həmin faktla bağlı Salyan RPŞ-nin TB-nin təhqiqatçısı Elşad Bağırlı tərəfindən araşdırma aparılmış və 20 fevral 2023-cü il tarixli cinayət işinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs məxsus olan Salyan şəhəri, 20 yanvar küçəsində yerləşən fərdi yaşayış evinin həyətyanı bağ sahəsindən 7 ədəd dəmir çəpəri, 1 ədəd “Marcus” markalı su matorunu və 2 ədəd VAZ-21074 markalı avtomobilə aid qabaq farasını oğurlayan nəməlum şəxs və ya şəxslərin əməllərində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan müəyyən edilərək inzibati məsuliyyətə cəlb olunması və barəsində inzibati qaydada tədbir görülməsindən ötrü qəbul edilmiş qərarın surəti Salyan RPŞ-nin İT və CAB-nə verilmişdir. Salyan RPŞ-nin İTB-nin sahə rəisi polis leytenantı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə 10 mart 2023-cü il tarixli MN № 1458234/223 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün 10 mart 2023-cü il tarixdə Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq etmiş, əməlindən səmimi peşman olduğunu göstərərək barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Şəxs bildirmişdir ki, 4 övladı var. Salyan şəhərində dəmirçi emalatxanasında qaynaqçı vəzifəsində işləyir, günlük qazancı 30-40 manat təşkil edir, bir neçə günə vurduğu zərəri ödəyəcəkdir. Məhkəmə iclasında Şəxs vəkili X4 hüquqlarını müdafiə etdiyi Şəxs əməlindən səmimi peşman olmasını nəzərə alınaraq həbslə bağlı olmayan inzibati tənbeh növündə tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, o, həmin maddə ilə təqsirli bilinməli və barəsində ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində İXMnin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbehin tətbiq olunmasını məqsədəmüvafiq hesab etmirəm. Belə ki, Şəxs barəsində ictimai işlər növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab edirəm. Hesab edirəm ki, tətbiq olunacaq ictimai işlər növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli və təsirli olar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 154.1-ci maddəsinə əsasən ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı, barəsində bu tənbeh növü tətbiq edilən şəxsin yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ictimai yerlərdə icra məmuru icra edir. İctimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qərarın icrası Salyan rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 160 (yüz altmış) saat ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Salyan rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar