Məhkəmə qərarları › İş №3(057)-231/2023

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-231/2023

13.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-231/2023 13.03.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun, X7 qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Salyan rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Salyan Rayon Vəkil Bürosunun vəkili X5 iştirakı ilə , xx.xx.1997-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, orta təhsilli, evli, himayəsində 1 azyaşlı uşağı olan, Salyan rayonunun İkinci Varlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : Salyan rayonunun İkinci Varlı kəndində yaşayan Zərərçəkmiş şəxs 23 fevral 2023cü il tarixdə Azərbaycan Respublikası DİN-nin “102” Xidmət-X11 müraciət edərək, gəlini Şəxs tərəfindən döyülməsini bildirmişdir. Həmin faktla bağlı Salyan RPŞ-nin TB-nin təhqiqatçısı Tural Fərmanlı tərəfindən araşdırma aparılmış və 09 mart 2023-cü il tarixdə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarla Salyan rayonu İkinci Varlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan inzibati məsuliyyətə cəlb olunması və barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Salyan RPŞ-nin İTB-nə verilmişdir. Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair 13 mart 2023-cü il tarixli MN № 1690301/241 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün 13 mart 2023-cü il tarixdə Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə Şəxs izahatında göstərmişdir ki, hadisə olan günü evdə tək olmuşdur, azyaşlı uşağını yatırmaq istədiyi zaman dəmir qapını möhkəm vurulduğu üçün o və azyaşlı uşağı bundan qorxmuşdur. Qapını Adil vurmuşdu və hamama girmişdir, mən də əsəbləşdiyim üçün hamamın işığını söndürdüm, Adil hamamdan çıxaraq mənim üzərimə gəldiyinə üçün mən əlimlə onu itələdim o, yerə yıxıldı, daha onun xəsarət almasını bilmədim. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X3 izahatında göstərmişdir ki, Salyan rayonunun İkinci Varlı kəndində yaşayan Zərərçəkmiş şəxs 23 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin “102” Xidmət-X11 müraciət edərək, gəlini Şəxs tərəfindən döyülməsini bildirmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs ağacla Zərərçəkmiş şəxs vuraraq, sol bilək, sağ diz qapağının qançır və sıyrıqları ilə nəticələnən və sağlamlığa zərərvurma dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərmişdir ki, Əfsanə onun oğlu Nurlanın həyat yoldaşıdır. 25 ildən artıqdır ki, Salyan rayonu X13 Stansiyasında işləyir, bu günə qədər bir nəfər ondan narazı olmamışdır. Əfsanə səbəbsiz yerə evdə söz-söhbət salır, onun paltarlarını məhv edir. O, məcbur qalıb yuduğu paltarları qonşunun həyətində qurudur. 23 fevral 2023-cü il tarixdə işdən evə gəlib yuyunmaq üçün hamama girmişdir, Əfsanə hamamın elektrikini kəsdiyi üçün ona etiraz etdiyinə görə Əfsanə uşağı qollarının arasına alaraq onu ağac parçası ilə vuraraq xəsarətlər yetirmişdir. X1 hüquqlarını müdafiə etdiyi Şəxs azyaşlı uşağının olmasını nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Salyan rayon PŞ-nin TB-nin təhqiqatçısı Tural Fərmanlı tərəfindən qəbul edilmiş 09 mart 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Salyan rayonu İkinci Varlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan inzibati məsuliyyətə cəlb olunması və barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Salyan RPŞ-nin İTB-nə verilmişdir. Məhkəmədə Şəxs inzibati xətanı törətməsində təqsirli olması zərərçəkmiş şəxsin izahatı, cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı və ekspertizanın rəyi ilə tam sübuta yetirilmişdir. İşdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında protokolu iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməlidir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli olması onun özünü təqsirli bilməsi ilə, ekspert rəyi və digər sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati məsuliyyət yaradır. Şəxs barəsində İXM-nin 157-ci maddəsində nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan rayon Vəkil Bürosunun vəkili X6 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərilmiş hüquqi xidmətə görə Salyan rayon Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 3 iş saatına görə 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Salyan rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Salyan rayon Vəkil Bürosunun vəkili X4 məhkuma məhkəmə prosesi zamanı hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 03 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 18 manat məbləğində pul “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code: 805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT:AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD: **********, Corr. Account: AZ03NABZ******************** hesablarına köçürülməlidir. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar