Məhkəmə qərarları › İş №3(057)-257/2023

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-257/2023

16.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-257/2023 16.03.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun, X8 qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Salyan rayon Polis Şöbəsinin İTBnin sah rəisi, polis leytenantı X2 iştirakı ilə, xx xxxxxx 1971-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Salyan şəhəri, X12 küçəsi, ev 16, mənzil 20-də qeydiyyatda olmaqla orada yaşayan, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Salyan rayon Polis Şöbəsindən məhkəməyə daxil olmuş 16 mart 2023-cü il tarixli, MN № 1458444/281 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 21 dekabr 2022-ci il tarixdə üzərində 0.075 qram psixotrop maddə metafetamin aşkar edilmişdir. Bununla əlaqədar olaraq Salyan rayon PŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X5 tərəfindən xx.xx.2023-cü il tarixli, MN № 1458444/281 saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, iş materialları ilə birlikdə baxılması üçün xx.xx.2023-cü il tarixdə Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, 20 dekabr 2022-ci il tarixdə Salyan şəhəri, X12 küçəsi ərazisində yaşadığı binanın yaxınlığından keçərkən yerdəki kağız bükümlər diqqətini cəlb etmişdir. Həmin bükümləri yerdən qaldırıb içərisinə baxdıqda orada “kakos” kimi tanıdığı narkotik vasitə heroin və “patı” kimi tanıdığı psixotrop maddə metametamin olduğunu bilmişdir. Ona görə tapdığı 2 ədəd kağız bükümdə olan narkotik maddələri qəbul etmk üçün özündə saxlamaq qərarına gəlmişdir. 22 dekabr 2022-ci il tarixdə yaşadığı evin yaxınlığında polis əməkdaşları onu saxlayaraq polis idarəsinə gətirmişlər. İki gün əvvəl tapıb üzərində saxladığı narkotik vasitələri polis əməkdalarına təqdim etmişdir. Bədənində ağrılar olduğu üçün narkotik vasitələrdən ara bir istifadə etdiyini bildirərək barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan rayon PŞ-nin İTBnin sahə rəisi, polis leytenantı X5 izahatında göstərdi ki, Şəxs 22 dekabr 2022-ci il tarixdə üzərində 0,075 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarında əldə edib üzərində saxlayaraq daşımışdır. X1 Tərlan Rahib oğlu barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Şəxs inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Salyan rayon PŞ-nin İB-nin müstəntiqi X6 tərəfindən qəbul edilmiş 01 mart 2023-cü il tarixli subutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində və ona həmin maddə ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanmış, Şəxs üzərində aşkar edilərək götürülmüş 0,075 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarında əldə edib üzərində saxlayaraq daşımasına görə əməlində inzibati xəta tərkibi müəyyən edildiyindən Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsindən ötrü Səlyan rayon PŞ-nin İTB-nə göndərilmişdir. Salyan şəhəri, X12 küçəsi, ev 16, mənzil 20-də qeydiyyatda olmaqla orada yaşayan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan inzibati məsuliyyətə cəlb olunması və barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Salyan rayon PŞ-nin İTB-nə verilmişdir. Məhkəmədə Şəxs inzibati xətanı törətməsində təqsirli olması Şəxs izahatı, subutların qiyətləndiriməsi haqqında qərarla tam sübuta yetirilmişdir. İşdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında protokolu iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinməlidir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli olması onun özünü təqsirli bilməsi ilə, subutların qiyətləndiriməsi haqqında xx.xx.2023-cü il tarixli qərarla və digər sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi inzibati məsuliyyət yaradır. Şəxs barəsində İXM-nin 206-cı maddəsində nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə əsasən inzibati xətanın xarakterini, Şəxs təqsirinin dərəcəsini, özünün etirafını, törətdiyi əməldən peşimançılıq hissi keçirməsini məsuliyyətini yüngülləşdirən hallar kimi və məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq, məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 37.1-ci maddəsinin tələblərinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. 37.2. Məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. 37.3. Barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. 37.4. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. 37.5. Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. 37.6. İxtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicə müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi şərtlərə və qaydalara uyğun aparılır. 37.7. İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. 37.8 İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicədə olan şəxsin məcburi müalicədən vaxtından əvvəl azad edilməsi və məcburi müalicə müddətinin uzadılması “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda həmin müəssisənin müdiriyyətinin təqdimatı və həkim-məsləhət komissiyasının rəyi nəzərə alınmaqla, müəssisənin yerləşdiyi yer üzrə məhkəmənin qərarı əsasında həyata keçirilir. Lakin məhkəmə tərəfindən ona inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi məqsədəmüvafi hesab edildiyindən Şəxs məcburi müalicə təyin edilməsi mümkün deyildir. Şəxs Salyan rayon X4 Hüquqi Şəxsin narkoloji kabinetində qeydiyata alınması üçün qərarın surəti Salyan rayon MX X11 göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinsin, barəsində 300 (üç yüz) manat məbləğində inzibati tənbeh növündə inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Şəxs narkoloji kabinetində qeydiyata alınması üçün qərarın surəti Salyan rayon MX X11 göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar