Məhkəmə qərarları › İş №3(057)-258/2023

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-258/2023

17.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-258/2023 17.03.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun, X9 qızının katibliyi, Salyan rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1966-cı il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Salyan şəhəri, Q.Əsgərov küçəsi ev 5-də yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: Salyan rayon Polis Şöbəsindən məhkəməyə daxil olmuş 17 mart 2023-cü il tarixli, MN № 1690371/284 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Salyan rayonu ərazisindən keçən avtomobil yolunun kənarına bərkidilmiş 3 ədəd “113” metal lövhəni oğurlamışdır. Təqdim edilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, 10 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X14 “Təcili və X4 Stansiyası”nın X13 drektoru M.Calalov rayon polis şöbəsinə müraciət edərək Salyan rayonu ərazisindən yolların hərəkət hissələrinin kənarında torpaqa basdırılmış, yol nəqliyyat hadsələri baş verən zaman təcili tibbi yardım çağırmaq üçün quraşdırılmış “113” məlumat lövhələri boru dayaqları ilə birlikdə nəməlum şəxs tərəfindən oğurlanması barədə məlumat vermişdir. Həmin faktla bağlı Salyan rayon PŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru Akif Abdullayev tərəfindən araşdırma aparılmış və 09 mart 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli qərarla Təcili və X4 X5 şəxsin müraciəti əsasında toplanmış material üzrə nəməlum şəxsin əməlində cinayət tərkibi olmadığndan material üzrə cinayət işinin başlanması rədd edilmiş, Salyan rayon Qardilli, Bəydilli və Boranıkənd kəndləri ərazisindən keçən köhnə Ələt-Astara magistral avtomobil yolunun kənarında yerə bərkidilmiş “113” metal lövhələri, metal dirəkləri ilə birlikdə oğurlanmış nəməlum çəxsi müəyyən edilməklə barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü qərar Salyan rayon PŞ-in İTB və CAB-nə göndərilmişdir. Salyan rayon PŞ-nin İTB-nin sahə rəisi polis leytenantı X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə 17 mart 2023-cü il tarixli MN № 1690371/284 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün 17 mart 2023-cü il tarixdə Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq etmiş, oğurladığı 3 metal lövhəni səyyar metal qəbul edən şəxslərə verərək 40 manat pul aldığını göstərərək barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında “Təcili və X4 Stansiyası”nın PHŞ böyük həkim vəzifəsində işləyən X7 izahatında göstərdi ki, çağırıışlara gedərəkən müəyyən etdik ki, bzim 3 ədəd “113” metal löhvhələr yerində yoxdur. Bu barədə rəhbərliyə məlumat verilmişdir. Məhkəmə iclasında “Təcili və X4 Stansiyası”nın PHŞ-də həkim işləyən X3 şahid X2 izahatında göstərdiklərini təsdiq etmişdir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, o, həmin maddə ilə təqsirli bilinməli və barəsində ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində İXMnin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbehin tətbiq olunmasını məqsədəmüvafiq hesab etmirəm. Belə ki, Şəxs barəsində ictimai işlər növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab edirəm. Hesab edirəm ki, tətbiq olunacaq ictimai işlər növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli və təsirli olar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 154.1-ci maddəsinə əsasən ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı, barəsində bu tənbeh növü tətbiq edilən şəxsin yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ictimai yerlərdə icra məmuru icra edir. İctimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qərarın icrası Salyan rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 160 (yüz altmış) saat ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Salyan rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar