Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-260/2023 10.04.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X14 qızının katibliyi, X1, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X16 Xidmətinin Muğan regional X16 İdarəsinin nümayəndəsi X4, X3 və X9 iştirakı ilə X2 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X16 Xidmətinin Muğan regional X16 İdarəsinin xx.xx.2023-cü il tarixli, MN seriyalı № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqdim edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X16 Xidmətinin Muğan regional X16 İdarəsinin rəisi X5 MN seriyalı № ******* saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə X6 vəzifəli şəxs qismində Azərbaycan Respublikası İXM-nin 518.3-cü maddəsi ilə təqsirli bilinərək, barəsində 1000 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərardan narazı qalan X6 27 mart 2023-cü il tarixdə məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək Fövqəladə Hallar Nazirliyinin X16 Xidmətinin Muğan regional X16 İdarəsinin rəisi X5 23 fevral 2023-cü il tarixli, MN seriyalı № ******* qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X6 şikayətini onunla əsaslandırmışdır ki, FHN-nin X16 Xidmətinin Muğan Regional X16 İdarəsinin əməkdaşları tərəfindən barəsində xx.xx.2023-cü il tarixli, MN seriyalı № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən vəzifəli şəxs olaraq inzibati hüquq pozma törətməyi əsas gətirilərək barəsində İXM-nin 518.3-cü maddəsi ilə 1000 manat məbləğində cərimə olunmuşdur. Hesab etmişdir ki, qərar qəbul olunarkən əməkdaşlar tərəfindən düzgün araşdırma aparılmamışdır. Salyan şəhəri, N.Babayev küçəsi, Ələt-Astara yolu 57-ci km yerləşən "xxxx" firmasına aid səyyari Yanacaqdoldurma Məntəqəsində xx.xx.2023-cü ildə yoxlama aparılmış və çatışmazlıqlar aşkar olunmuşdur. Həmin yoxlama tam, hərtərəfli və obyektiv aparılmamış, aşkarlanmamış qüsurları protokol tərtib etmək üçün gəlmiş əməkdaşlardan başqası görməmiş, hal şahidlərinin iştirakı təmin olunmamışdır. Ən əsası onun vəzifəli şəxs olması yoxlama obyekti olan YDM "xxxx" Firmanın Nizamnaməsində göstərilməsi, həmin firma ilə bağlılığı, direktor X7 tərəfindən ona xx.xx.2020-ci il tarixli 7E-5223 reyestr nömrəli etibarnamədə hansı səlahiyyətlərin etibar olunmasına diqqət yetirilməmişdir. Məhkəmə iclasında iştirak edən X6 şikayəti müdafiə edərək göstərmişdir ki, etibarnamə əsasında bank xidmətləri həyata keçirir. Ona etibarnamə verilməsi "xxxx" Firmasının vəzifəli şəxsi olması anlamına gəlməməlidir. "xxxx" Firmasının Nizamnaməsi var və firma fəaliyyətini həmin nizamnaməyə uyğun həyata keçirir. Odur ki, barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını və inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Fövqəladə Hallar Nazirliyinin X16 Xidmətinin Muğan regional X16 İdarəsinin nümayəndəsi X10 bildirmişdir ki, "xxxx" Firmasına aid səyyar Yanacaq doldurma məntəqəsində xx.xx.2023-cü ildə yoxlama aparılmış və obyektin qeyriqanuni inşa edildiyi aşkar olunmuşdur. Obyekt sahibi ilə əlaqə saxlanılmış, lakin xəstə olduğu üçün gələ bilməyəcəyini onu İnqilab Rzayevin əvəz etdiyini bildirmişdir. Bu barədə rəsmi sənədləşmə olduğunu qeyd etmişdir. Həmin tikilinin olduğu torpaq sahəsinin sahibi Balahüseyn adlı şəxsdir və etibarnəməni onun arvadı tərəfindən verildiyi bildirmişdir. Məhkəmə iclasında iştirak edən Fövqəladə Hallar Nazirliyinin X16 Xidmətinin Muğan regional X16 İdarəsinin nümayəndəsi X8 izahatında göstərmişdir ki, "xxxx" Firması MMCyə məxsus Salyan şəhəri, B.Talıblı küçəsində qanunsuz fəaliyyət göstərən yanacaq doldurma məntəqəsinin fəaliyyəti yoxlanılarkən çox saylı pozuntular aşkar edilmişdir və “yanğın-texniki müayinə materiallarına baxılması nəticələri üzrə” 550 nömrəli qərar qəbul edilişdir. Yoxlama zamanı X6 etibarnamə təqdime dərək "xxxx" Firmasının nümayəndəsi kimi özünü təqdim etmişdir. Etibarnamədə verilmiş səlahiyyətlər sırasında dövlət orqanları sözü qeyd olunduğu üçün yanlışlığa yol verilmişdir. Məhkəmə tərəfləri dinləyib, şikayəti, təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan 09 fevral 2023-cü il tarixli, 550 nömrəli “Yanğın-Texniki müayinə materiallarına baxılmasının nəticələri üzrə” qərarın surətindən görünür ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqların müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 33.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlanılması və aşkar olunmuş pozuntuların aradan qaldırılması barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X16 Xidmətinin Muğan regional X16 İdarəsinin rəisi X5 xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında qərarının surətindən görünür ki, Salyan şəhər, N.Babayev küçəsində fəaliyyət göstərən "xxxx" firması MMC-yə məxsus yanacaq doldurma məntəqəsində YTQ-nin 01- 2001 bənd 1.9.12, 8.3, 3.1, 6.1,9.3, 10.4 YTHQ-nün 23 və 25 maddəsinin tələbləri pozulmasına görə X6 Azərbaycan Respublikası İXM-nin 518.3-cü maddəsi ilə təqsirli bilinərək, barəsində 1000 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə qeyd edir ki, mübahisələndirlən qərar qəbul edilərkən inzibati materiala inzibati xətanı törətmiş şəxsin səlahiyyətləri müəyyən edilməmiş, vəzifəli şəxslər kateqoriyasına aid olub-olmamasına dair hər hansı bir sübut əlavə edilməmişdir. Əksinə inzibati qərarın giriş hissəsindən görünür ki, inzbati xətanı törətmiş şəxsin VÖEN nömrəsi deyil, FİN nömrəsi göstərilməklə onun fiziki şəxs olması vurğulanır. Həmçinin qərardan görünür ki, vəzifəli şəxs olmayan şikayətçi fiziki şəxs kimi cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinə əsasən, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeyd hissəsində göstərilmişd: Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə, məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X16 Xidmətinin Muğan regional X16 İdarəsinin rəisi X5 MN seriyalı № ******* saylı, xx.xx.2023-cü il tarixli qərarından verdiyi şikayət əsaslı olduğuna görə təmin edilməli, X6 barəsində Azərbaycan Respublikası İXM-nin 518.3-cü maddəsinin norması düzgün tətbiq edilmədiyi və hazırda onun əməlində həmin maddə üzrə inzibati xəta tərkibi olmadığı qənaətinə gəlir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 48-51, 114, 115, və 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X2 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X16 Xidmətinin Muğan regional X16 İdarəsinin rəisi X5 xx.xx.2023-cü il tarixli, MN seriyalı № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilsin. X2 vəzifəli şəxs qismində Azərbaycan Respublikası İXM-nin 518.3-cü maddəsi üzrə təqsirli bilinərək, 1000 (min) manat miqdarında cərimə edilməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X16 Xidmətinin Muğan regional X16 İdarəsinin rəisi X5 MN seriyalı1167207 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Salyan Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-260/2023
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-260/2023
10.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver