Məhkəmə qərarları › İş №3(057)-265/2023

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-265/2023

10.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-265/2023 10.04.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X7 qızının katibliyi, Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1977-ci ildə Salyan şəhərində anadan olmuş, Salyan rayonu, Seyidsadıqlı kəndində yaşayan, orta təhsilli, ailəli, Azərbaycan Respublikasının vətəndaşı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin tələbinin pozulması ilə əlaqədar Salyan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqdim edilmiş inzibati xəta haqqında MN № 1458493/283 saylı protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx xxxxxx 1977-ci ildə doğulmuş Şəxs 10 yanvar 2023-cü il tarixdə Salyan rayon, Seyidsadıqlı kənd ərazisində “İJ-58 MA” markalı 16 kalibrli K-05156 nömrəli ov tüfəngi ilə qanunsuz ov etdiyi müəyyən edilərək saxlanmışdır. Salyan rayon PŞ-nin rəisi, polis polkovniki Nəzər Əsgərov tərəfindən Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinən Şəxs barəsində toplanmış inzibati xəta haqqında material baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında İnzibati xəta haqqında protokol tərtib edən şəxs Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X8 inzibati xəta haqqında protokolda göstərilənləri təsdiq edərək, Şəxs barəsində qanuna müvafiq qaydada tənbeh tədbirinin görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, ov tüfəngini qardaşına məxsusdur və onun adına sənədləşdirilmişdir. Ov tüfəngindən əkin sahəsini çöl quşlardan qorumaq üçün özü ilə götürmüşdür. Silahdan istifadə etməmişdir. Ov tüfəngi Salyan rayon Polis şobəsində qardaşının adına qeydiyyatdadır. İş materiallarında olan Salyan rayon PŞ-nin İB-nin baş müstəntiqi polis polkovniki-leytenant Arzu Hacıyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Material üzrə X1 və X2 Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmaları, material üzrə X3 Azərbaycan Respublikası İXMnin 590.1-ci maddəsi ilə inzibati məculiyyətə cəlb olunması, 01 ədəd K-05156 nömrəli silah, keçmiş SSRİ dövlətində İjevski silah zavodunda istehsal olunmuş 16 kalibrli İJ- 58 MA modelli, çaxmaqsız, hamar qoşa lüləli və 01 ədəd XT-15911 nömrəli silah, keçmiş SSRİ dövlətində, zavod üsulu ilə Tula silah zavodunda istehsal olunmuş 16 kalibrli, TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli ov tüfənglərinin hazırda Salyan RPŞ-də saxlanması qərara alınmışdır. Şəxs əməlində Azərbaycan Respublikası İXMnin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olduğundan inzibati məsuliyyətə cəlb olunaraq barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Salyan RPŞ-nin İTB-nə göndərilmişdir. Salyan RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X4 17 mart 2023cü il tarixli MN № 1458493/283 saylı protokolu və həmin tarixli qərardadı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat təzələnmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Salyan rayonu, Seyidsadıqlı kənd ərazisində heç bir sənədi olmayan , 1 (bir) ədəd 16 kalibrli, “İJ-58” modelli, çaxmaqsız, keçmiş SSRİ dövlətində, İjevsk zavodunda istehsal olunmuş, K-05156 nömrəli, hamar qoşa lüləli ov tüfəngi aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadı ilə Şəxs barəsində tərtib olunmuş protokol baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və iş materiallarını tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, o, həmin maddə ilə təqsirli bilinməli, barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə-silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə əsas inzibati tənbehin, inzibati xətanın bilavasitə obyekti olan predmetin müsadirəsi növündə əlavə inzibati tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın törədilməsində alət olmuş 01 ədəd silah, K-05156 nömrəli silah 16 kalibrli olmaqla, “İJ-58 MA” modelli, çaxmaqsız, SSRİ dövründə zavod üsullu ilə istehsal olunmuş, hamar qoşa lüləli ov tüfəngi müsadirə edilməklə 80 (səksən) manat məbləğində cərimə edilsın. Müsadirə edilmiş əmlak Azərbaycan Respublikası DİN-nin Təchizat İdarəsinə təhvil verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar