Məhkəmə qərarları › İş №3(057)-269/2023

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-269/2023

10.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-269/2023 10.04.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X4 qızının katibliyi, Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsinin kiçik inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1987-ci ildə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Salyan rayonu, Arbatan kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə barəsində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Salyan Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə MN seriyalı № ******* saylı 09 mart 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün 28 mart 2023-cü il tarixdə məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında MN seriyalı № ******* saylı 09 mart 2023-cü il tarixli protokoldan görünür ki, 09 mart 2023-cü il tarixdə, saat 09:30 radələrində Ələt-Astara şosesinin Salyan rayonundan keçən hissəsində “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında “Mercedes Benz” markalı, **- DK-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilinin sürücüsü Şəxs yükdaşıma fəaliyyəti həyata keçirərkən qanunvericiliklə müəyyən olunmuş sənədləri təqdim etməmişdir. Bununla əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsinin kiçik inspektoru X3 tərəfindən xx.xx.2023-cü il tarixli, MN seriyalı № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, məni saxlayıb avtomobilin sənədlərini tələb edən zaman həmin sənədlərin avtomobilin sahibində olduğunu bildirdim. Daima yük daşıdığımı qeyd etdim, maşının yükünün hesablandığını və pulunu ödədiyimi bildirdim. Həmin vaxt maşını ustadan gətirdiyim üçün maşınımda yük olmadığını qeyd etdim. Maşın qapalı olduğu üçün yük olubolmamasını görmək mümkün deyildi. Heç ondan maşında yük olub-olmaması da soruşulmayıb ki, o, maşının yük yerini göstərsin. Özünü təqsirli bilmədiyini, sənədlər üzərində olmadığı üçün təqdim edə bilmədiyini və köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsinin nümayəndəsi X3 göstərmişdir ki, 09 mart 2023-cü il tarixdə, saat 09:30 radələrində Ələt-Astara şosesinin Salyan rayonundan keçən hissəsində “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında “Mercedes Benz” markalı, **- DK-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilinin sürücüsü Şəxs yükdaşıma fəaliyyəti həyata keçirərkən qanunvericiliklə müəyyən olunmuş sənədlərinə baxış keçirilməsi üçün təqdim edilməsi tələb olunsa da, o, sənədlərin avtomobilin sahibində olduğunu bildirərək sənədləri təqdim etmədi. Yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslər aylıq “fəqlənmə nişanı” almalıdı. “Mercedes Benz” markalı, **-DK-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili üçün sonuncu dəfə 28 yanvarda alınmışdır. Sonradan isə xx.xx.2023-cü il tarixdə alınmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN seriyalı № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsinin tələblərini pozmuşdur. İş materiallarında olan 09 mart 2023-cü il tarixli aktın surətindən görünür ki, Şəxs avtomobilin sahibi olmadığını qeyd edərək, sənədlərin sahibində olduğunu bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsinin müdiri Fizuli Məmmədov tərəfindən Salyan rayonu, Arbatan kəndində yaşayan Şəxs ünvanlanmış 09 mart 2023-cü il tarixli, 21-76 saylı bildirişin surətindən görünür ki, 09 mart 2023-cü il tarixində İXM-nin 552-ci maddəsi ilə barəsində MN seriyalı № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunduğu barədə xəbərdarlıq olunmuşdur. Məhkəmə iclasında tərəflərin ifadələri, tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə müəyyən edildi ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Haqlı olaraq, səlahiyyətli orqan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsi tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Resrublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Beləliklə, Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinin tələblərin, inzibati xətanın xarakterini, Şəxs təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş, inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar