Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-276/2025 17.02.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Salyan RPŞ-nin İTB-nin polis sahə rəisi polis baş leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs , Zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx.xx.1986-ci ildə Sabirabad rayonu Zalqarağaç kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Sabirabad rayonu, Çöl Dəllək kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs barəsində Salyan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-in 227-ci maddəsi ilə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-cü il tarixli, MN ******* saylı və eyni maddə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir Təqdim edilmiş xx.xx.2025-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci ildə X1 500 manat pulunu aldadaraq mənimsəmişdir. Həmin faktla bağlı Salyan RPŞ-nin TB tərəfindən araşdırma aparılmış və xx.xx.2005-ci il tarixli qərarla X1 Azərbaycan Respublikası DİN-in “102” xidməti-zəng mərkəzi sisteminə verilmiş məlumatı əsasında toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 227-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü qəbul edilmiş qərarın surəti Salyan RPŞ-nin İTB-nə verilmişdir. Məhkəmə iclasında Salyan RPŞ-nin İTB-nin polis sahə rəisi polis baş leytenantı X4 öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək, Şəxs barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Rafiq adlı şəxslə əlaqə saxladığı zaman ona bildirib ki, fermaya işçi lazımdır. Bu zaman ona Neftçala rayonunda olduğunu demiş, Rafiq onu və ailəsini oradan götürüb və Salyan rayona aparmışdır. Rafiq ona Salyanda 500 manat pul vermiş, sonra o, bazardan qaçaraq Şirvana getmişdir. Rafiq ona zəng edərək pulunu istəsə də, ona pul verməyəcəyini bildirib, daha sonra izahatında göstərilən xüsusatları təsdiq etmiş, əməlindən səmimi peşman olduğunu göstərərək barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 öz izahatında tərtib olunmuş protokolda göstərilən xüsusatları təsdiq edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Mərkəzi Zəng sisteminə və Salyan rayon Polis Şöbəsinə müraciət etmişdir. Bildirib ki, özünə məxsus Salyan rayonun Dayıkənd kəndi ərazisində yerləşən iri və xırdabuynuzlu ferma təsərrüfatı vardır. Şamxal adlı şəxslə onun heç bir düşmənçilik və ədavəti yoxdur. Belə ki, xx.xx.2025-ci il tarixdə Salyan rayonunda çoban makleri kimi tanınan Ruslan Adlı şəxslə əlaqə saxlayıb Anar adlı şəxsin fermasında işləyən Şamxal adlı çobanın ailəsilə birlikdə işdən çıxdığını demişdir. Anar adlı şəxsin fermasına gedib Şamxal həyat yoldaşı və az yaşlı bir övladı ilə birlikdə fermadan götürərək Salyan şəhərində Vağzal ticarət mərkəzi deyilən əraziyə gələrək orada Şamxal özləri üçün bəzi əşyalar alacağını demişdir. O, Şamxalı öz avtomobilində Şamxalın alış-veriş edəcəyi müddət ərzində gözləyəcəyinə dair razılaşmışdır. Həmin vaxtı Şamxal ondan alış-veriş adı ilə 500 manatı pul almışdır. O, bir neçə saat Şamxalı vağzal ərazisində avtomobilində gözləsə də, bir neçə saatdan sonra Şamxalın həyat yoldaşı ilə azyaşlı övladı avtomobilə əyləşən zaman, o, Şamxalın harada olmasını soruşanda, həyat yoldaşı Şamxalın ona onunla birlikdə fermaya getməyini və Şamxalın mobil nömrəsinə zəng etsə də, Şamxalın onun zənglərinə cavab vermədiyi üçün yaşadığı kəndə gedib öz həyat yoldaşını da evdən götürərək özünə məxsus fermaya getmişdir. Fermada olan müddətdə də Şamxala nə qədər zəng etsə də Şamxal onun zənglərinə cavab verməmişdir. Gecə saat 03 radələrində Şamxal özü ona içkili vəziyyətdə zəng edəndə Şamxaldan nə üçün fermaya gəlmədiyini soruşan zaman Şamxal onun ünvanına nalayiq söyüşlər söyərək onu bilərəkdən aldatdığını, hazırda fermada onun azyaşlı övladı ilə olan qadının da ikinci həyat yoldaşı olduğunu hazırki vaxtda ona heç onların da lazım olmadığını və onları da yalandan ora bilərəkdən göndərdiyini deyərək, telefonu üzünə söndürmüşdür. Həmin günün səhəri Şamxalın arvadı onun tanımadığı çoban makleri ilə telefonla danışaraq Şamxal olmadan özü başqa rayonda işləməyə getdiyini dedi. O, Şamxalın fermada olan arvadının azyaşlı övladı ilə getməsinə heç bir söz demədən getməsinə etiraz etməmişdir. Qeyd edib ki, bir neçə gün üstündən keçəndən sonra yenidən o, Şamxala mobil telefon vasitəsilə əlaqə saxlayan zaman Şamxal yenidən onun ünvanına nalayiq söyüşlər söyərək mərhum oğlunun da ruhuna söydüyü üçün əsəbiləşərək DİN-nin 102 xidmətinə müraciət etdiyini bildirmişdir. Onun istəyi ondan ibarətdir ki, Şamxal adlı şəxs barəsində qanuni tədbir görülsün. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, zərəçəkmiş şəxsin izahatı və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; xx.xx.2025-cü il tarixli MN № ******* saylı qərardaddan görünür ki, Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh növü məhkəmə səlahiyyətinə aid olduğu üçün tərtib olnmuş xx.xx.2025-cü il tarixli, MN ******* saylı və xx.xx.2025-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokollar və digər materiallar baxılması üçün aidiyyəti üzrə Salyan Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2025-ci il tarixli Salyan RPŞ-nin qərardadından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmış və inzibati araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Şəxs tərəfindən X3 aldadılaraq ona 500(beş yüz) manat məbləğində maddi ziyan vurulmuşdur xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 2025-cü il yanvar ayında X1 500 manat pulunu aldadaraq mənimsəmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, əməldə cinayət tərkibi olmadığından Şəxs barəsində cinayət işi başlanması rədd olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, zərəçəkmiş şəxsin izahatı və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirildiyindən onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbehin tətbiq olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmirəm ki, həmin şəxsin barəsində ictimai işlər növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab edirəm. Hesab edirəm ki, tətbiq olunacaq ictimai işlər növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 28.3-cü maddəsinə əsasən, ictimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Həmin Məcəllənin 28.3-1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən, ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı, barəsində bu tənbeh növü tətbiq edilən şəxsin yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ictimai yerlərdə icra məmuru icra edir. İctimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində 240 (iki yüz qırx) saat ictimai işlər tətbiq olunmalı, qərarın icrası Salyan rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində 240 (iki yüz qırx) saat ictimai işlər tətbiq olunsun. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Salyan rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-276/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-276/2025
17.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver