Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-277/2025 18.02.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Salyan Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X1, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Səhrab oğlunun iştirakı ilə, xx.xx.2001-ci ildə Salyan rayonu, Kürsəngi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Salyan rayonu, Kürsəngi kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 2024-cü ilun oktyabr ayında Salyan rayonu, Qarabağlı kənd sakini Zərərçəkmiş şəxs işə düzəldəcəyini bildirərək, 500 manat pulunu almış, lakin vədinə əməl etməmişdir. Həmin faktla bağlı Salyan RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X6 tərəfindən araşdırma aparılmış və 13 fevral 2025-ci il tarixli cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğu müəyyən edilərək inzibati məsuliyyətə cəlb olunması və barəsində inzibati qaydada tədbir görülməsindən ötrü qəbul edilmiş qərarın surəti Salyan RPŞ-nin X2 verilmişdir. Salyan RPŞ-nin İTB-nin sahə rəisi polis baş leytenantı X3 tərəfindən Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə 18 fevral 2025-ci il tarixli, MN № 1954260/443 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün 18 fevral 2025-ci il tarixdə Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq etmiş, Salyan RPŞnin TB-nin təhqiqatçısı, polis kapitanı X6 tərəfindən qəbul edilmiş 13 fevral 2025-ci il tarixli cinayət işinin başlanması rədd edilməsi baarədə qərarı aldığını və tanış olduğunu, həmin qərardan şikayətçi olmadığını bildirmişdir. 2 övladı var. Hazırda vurduğu 500 manat ziyandan 200 manat məbləğində pulu zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ödədiyini qalan 300 manat borcunu məhkəmə iclas zalında ödəməyə hazır olduğunu, əməlindən səmimi peşman olduğunu göstərərək, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, Şəxs şikayətçidir. Dəymiş ziyanı tələb edir. Şəxs ondan plastik kart vasitəsi ilə 500 manat pul almışdır. Əlavə olaraq Rusiyadan Azərbaycana təyyarə ilə gəlmək üçün aldığı biletə görə pul xərcləmişdir. Şəxs hazırda ona vurduğu ziyandan 200 manat məbləğində pulu aldığını və qalan pulu tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında Şəxs qalan məbləği, yəni 300 manatı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ödəməsi üçün ona imkan verilməsini xahiş etmişdir. Məhkəmə iclasına verilmiş fasilədə Şəxs məhkəməyə ərizə təqdim verərək, 500 manat ziyandan 200 manat əvvəl ödədiyini, hazırda isə qalan 300 manat məbləğində pulu zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ödədiyini bildirərək, bunun nəzərə alınmasını xahiş etmişdir. Həmin ərizəyə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 500 manat məbləğində pulu alması barədə qeyd edərək, imza etmişdir. Əlavə olaraq məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, 500 manat məbləğində pulu Şəxs almışdır. Lakin onunla barışmamışdır. Əlavə olaraq ondan 600 manat məbləğində pul tələb edir. Məhkəmə iclasında Salyan RPŞ-nin İTB-nin sahə rəisi polis baş leytenantı X3 bildirmişdir ki, Salyan RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X4 cinayət işinin başlanması rədd edilməsi barədə 13 fevral 2025-ci il tarixli qərarı əsasında tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə 18 fevral 2025-ci il tarixli MN № 1954260/443 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün 18 fevral 2025-ci il tarixdə Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İş materiallarında olan tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: Salyan RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Elşad Bağırlının 13 fevral 2025-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, Salyan rayon Qarabağlı kəndində yaşayan Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə Şəxs əməllərində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işi başlanması rədd edilməsi, Salyan rayon Qarabağlı kəndində yaşayan Zərərçəkmiş şəxs 500 manat pulunu aldatma yolu ilə ələ keçirən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın (xırda talama) tərkibi olduğundan inzibati məsuliyyətə cəlb olunması və barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti rayon polis şöbəsinin X2 verilməsi qərara alınmışdır. Salyan RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Elşad Bağırlının 13 fevral 2025-ci il tarixli Raportundan görünür ki, Salyan rayon Qarabağlı kəndində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə Salyan Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, 2024cü ilin oktyabr ayında işə düzəltmək üçün Salyan rayonu, Kürsəngi kəndində yaşayan Şəxs ona verdiyi kart hesabına 500 manat pul göndərməsini, lakin həmin şəxsin vədinə əməl etməyərək onu aldatması və işə düzəltməməsini bildirmişdir. Zərərçəkmiş şəxs Salyan RPŞ-nə yazdığı ərizə xx.xx.2025-ci il tarixdə Salyan RPŞ-də “Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabı”nda HK-1/235 sayla qeydiyyata alınaraq icraatına daxil olmuşdur. Aparılmış araşdırma zamanı toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPMin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işi başlanmasının rədd edilməsi, eyni zamanda Şəxs əməlində İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın (xırda talama) tərkibi olduğundan inzibati məsuliyyətə cəlb olunması və barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin RPŞ-nin İTB-nə verilməsi barədə qərar qəbul olunmuşdur. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həmin hərəkəti ilə İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, o, həmin maddə ilə təqsirli bilinməli və barəsində ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən səmimi peşman olması və dəymiş ziyanı 500 manat məbləğində pulun zərər çəkmiş şəxsə ödəməsini məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını o cümlədən zərər çəkmiş şəxsə vurulmuş zərərin ödənilməsini, nəzərə alaraq onun barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. İXM-in 28.3-1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. İXM-in 154.1-ci maddəsinə əsasən, ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı, barəsində bu tənbeh növü tətbiq edilən şəxsin yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ictimai yerlərdə icra məmuru icra edir. İctimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini qeyd edib, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs xırda talama inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona İXM-in 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlər daxilində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməli və Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 39.2, 40.0.1, 43, 48-51, 53.0.10, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 160 (bir yüz altmış) saat ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Şəxs yaşayış yeri üzrə Salyan rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-277/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-277/2025
18.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver