Məhkəmə qərarları › İş №3(057)-279/2025

Salyan Rayon Məhkəməsi Qərardad — İş №3(057)-279/2025

25.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 3(057)-279/2025 25.02.2025 SALYAN RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında iş üzrə şikayətin geri qaytarılmasına dair) Hakim Məmmədli Ənnağı Əbdül oğlu, X1 Salyan RPŞ-nin DYPB-nin əməkdaşı tərəfindən barəsində tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokolun ləğv edilməsi barədə şikayətini nəzərdən keçirib MÜƏYYƏN ETDİM: X2 məhkəməyə ərizə (şikayət) ilə müraciət edərək, xx.xx.2024-cü il tarixli, İXP6667952 saylı inzibati protokolun ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi, cərimənin ödənilməsi öhdəliyinin üzərindən götürülməsi və qanunun tələblərinə riayət edilmədiyi nəzərə alınaraq YPX əməkdaşı barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, inzibati xəta haqqında protokoldan verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə (şikayətçiyə) geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 99.1 və 99.1.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsidir. İXM-in 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. İXM-in 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. İXM-in 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Məhkəmə hesab ki, X2, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola baxılmasının nəticəsində qəbul edilmiş qərarı təqdim etməmişdir. Qanunvericilikdə inzibati xəta haqqında protokoldan şikayət verilməsi nəzərdə tutulmadığından məhkəmə hazırki şikayətin dəlillərinin araşdırılmasını, eyni zamanda təmin edilməsini mümkün hesab etmir. İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-in 128.2.3-cü maddəsinin tələblərinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına əsasən belə qənaətə gəlirəm ki, inzibati icraat zamanı aşkar edilmiş inzibati xətaya dair qərar qəbul edilməsi barədə məlumat olmadığından və qanunla inzibati xəta haqqında protokoldan şikayət verilməsi nəzərdə tutulmadığından Salyan RPŞ-nin DYPB-nin əməkdaşı tərəfindən barəsində tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan X1 məhkəməyə verdiyi şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 43, 114, 115, 128 və 132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Salyan RPŞ-nin DYPB-nin əməkdaşı tərəfindən barəsində tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokolun ləğv edilməsi barədə şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər şikayətçiyə geri qaytarılsın. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar