Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-280/2025 10.03.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X2, X4 Şirvan-Salyan regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair X2 verdiyi şikayətə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən şəxs X1 Əmək Müfəttişliyinin Şirvan-Salyan regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair Salyan Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Şirvan-Salyan regional şöbəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsinə əsasən 1500 manat cərimə olunmuşdur. Hesab edir ki, həmin qərar əsassİz və qanunsuzdur. Belə ki, o, fiziki şəxs olaraq 5 saylı Ərazi Vergilər İdarəsindən qeydiyyatdan keçməklə idarə məssisələrlə müqavilələr bağlayaraq dəmir-beton işləri görür. Hal-hazırda 3 nəfər işçisi var. xx.xx.2025ci il tarixdə ƏƏSMN yanında DƏMX Şirvan-Salyan regional şöbəsi tərəfindən ona məktub gəldi ki, barəsində Azərbaycan Respublikası İXMnin 469.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmağı barədə xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati protokol açılıb və həmin protokola baxılması xx.xx.2025ci il tarixə saat 11:00-a təyin edilmişdir və iclas onlayn qaydada keçiriləcəkdir. Protokolun açılmasına səbəb kimi onun 3 nəfər işçisinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə idi. xx.xx.2025-ci il tarixli məktubu alandan dərhal sonra o, 3 nəfəri İstehsalda bədbəxt hadisələr və peşə xəstəliklə nəticəsinədə peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortasını etdirdim və xx.xx.2025-ci il tarixdə saat 11:00-da keçirilən onlayn iclas zamanı bunu nümayəmdəsi vasitəsi ilə ƏƏSMN yanında DƏMX Şirvan-Salyan regional şöbəsinin əməkdaşlarına çatdırdı. Lakin buna baxmayaraq, onu ƏƏSMN yanında DƏMX Şirvan-Salyan regional şöbəsi xx.xx.2025-ci il tarixdə ona ASAN Pay vasitəsi ilə SMS göndərərək onu Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsinə əsasən 1500 manat cərimə etmişdir. Əsas da o olub ki, guya onu xx.xx.2025-ci il tarixdə ƏƏSMN yanında DƏMX Şirvan-Salyan regional şöbəsinə dəvət ediblər, o, çağırışa getməmişdir. Bildirmək istəyir ki, bu barədə ümumiyyətlə ona heç bir çağırış gəlməyib və tamamilə xəbərsiz olmuşdur. Halbuki, ona xx.xx.2025-ciil tarixdə xəbərdarlıq olan kimi dərhal, yəni xx.xx.2025-ci il tarixdə işçilərini “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortasını etmişdir. Odur ki, X4 Şirvan-Salyan regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X3 inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, müəssisədə fəaliyyət göstərən bütün işçilərin hazırda hamısı sığortalanmışdır. Məhkəməyə müvafiq sənədləri təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən X4 Şirvan-Salyan regional şöbəsinin etibarnamə əsasında nümayəndəsi X7 izahatında tərtib olunmuş protokolu müdafiə edərək iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X5 bildirmişdir ki, onun tərəfindən xx.xx.2025-ci il tarixdə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanmış və sistemə daxil edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayəti, təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməli, X3 barəsində X4 Şirvan-Salyan regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında X3 tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixdə X3 tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanmışdır. Həmçinin iş materiallarına əlavə edilmiş qəbzlərdən də aydın olur ki, işçilərinin icbari qaydada sığortalanmasına dair ödənişlər "xxxx" Şirkəti ASC-nin hesabına keçirilmişdir. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə X3 tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanmış və hazırda həmin müqavilə qüvvədədir. Buna baxmayaraq, səlahiyyətli orqan tərəfindən müvafiq araşdırma aparılmadan inzibati xəta haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X2 X4 Şirvan-Salyan regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbehin tətbiq edilməsi haqqında qərarından verdiyi şikayət təmin edilsin. X3 barəsində inzibati tənbeh vermə haqqında X4 Şirvan-Salyan regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-280/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-280/2025
10.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver