Məhkəmə qərarları › İş №3(057)-290/2023

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-290/2023

30.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-290/2023 30.03.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1995-ci il təvəllüdlü, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci MİK, ev 18 A, mənzil 77-də qeydiyyatda olmaqla, Salyan rayonu, Xalac kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya şöbəsindən daxil olan 30 mart 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 tərəfindən tərtib olunmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 30 mart 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)-3351/2022 saylı icra vərəqəsinə əsasən Şəxs öhdəsində olan 965 manat aliment borcunu tələbkar Zərərçəkmiş şəxs ödəməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs göstərmişdir ki, o, qətnamənin icrasından boyun qaçırmır. İcra məmurunun çağırışı əsasında 06 mart 2023-cü il tarixdə icra və probasiya şöbəsinə gəlmiş və ona ”tələbin könüllü icrası barədə” bildiriş və qərar imza etdirilməklə təqdim olunmuş, aliment borcunu ödəməsi barədə ondan müvafiq izahat alınmışdır. Həmin vaxt öhdəsində olan aliment borcunu və hər ay ödəməli olduğu alimenti ödəyəcəyinə söz vermişdir. Bundan sonra 30 mart 2023-cü il tarixdə yenidən icra məmuru onu şöbəyə dəvət edərək, aliment borcunu tam ödəməsini tələb etmişdir. Aliment borcunu ödəməsi üçün icra məmuruna ona bir gün vaxt verilməsini xahiş etmişdir. Buna baxmayaraq icra məmuru onun barəsində inzibati xəta haqqında protokol tərtib edərək, məhkəməyə göndərmişdir. Ona vaxt verilərsə yaranmış 965 manatı aliment borclunu tələbkarın hesabına tam qaydada ödəyəcəyinə söz verir və icra vərəqəsinin icrasından qərəzli olaraq boyun qaçırmamışdır. Ona görə də, hərəkətlərində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında böyük icra məmuru X2 göstərmişdir ki, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)-3351/2022 saylı icra vərəqəsinə əsasən Şəxs öhdəsində olan 965 manat borcunu tələbkar Zərərçəkmiş şəxs ödəməmişdir. Borcun ödənilməsi barədə bildiriş borcluya 06 mart 2023-cü ildə Salyan rayon İcra şöbəsində verilmişdir. İcra məmuru 30 mart 2023-cü il tarixə kimi aliment borcunun ödənilməsini təmin etməmişdir. Həmin tarixdə borclu şöbəyə dəvət olunaraq ondan yaranmış aliment borcunu tam qaydada ödənilməsi tələb olunmuşdur. Qeyd olunan tarixdə tələb yerinə yetirlmədiyi üçün, tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənlərə əsasən iş üzrə qərar qəbul olunmasını məhkəmənin mülahizəsinə buraxdığını qeyd etmişdir. Məhkəmə prosess iştirakçılarını dinləyib işdəki sənədləri nəzərdə keçirərək belə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, inzibati xəta haqqında protokol tərtib edilməsinə səbəb Şəxs 965 manatı aliment borclunu tələbkar Zərərçəkmiş şəxs ödəməməməsi olmuşdur. İcra vərəqsi üzrə icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Lakin icra məmuru tərəfindən Şəxs 06 mart 2023-cü il tarixdə ”tələbin könüllü icrası barədə” bildiriş və qərar imza etdirilməklə ona təqdim olunaraq və aliment borcunu ödəməsi barədə ondan müvafiq izahat alınmışdır. Borcu aliment borcunu və hər ay ödəməli olduğu alimenti ödəyəcəyinə söz vermiş, lakin qısa müddət keçdikdən sonra 30 mart 2023-cü il tarixdə yenidən icra məmuru onu şöbəyə dəvət edərək, aliment borcunu tam ödəməsini tələb etmişdir. Borclu aliment borcunu ödəməsi üçün icra məmuruna bir gün vaxt verilməsini xahiş etmişdir. Buna baxmayaraq icra məmuru onun barəsində inzibati xəta haqqında protokol tərtib edərək, məhkəməyə göndərmişdir. Borclu alimenti verməkdən boyun qaçırmamış, ona rəsmi qaydada xəbərdarlıq edildikdən sonra, mart ayıının 17-dən 27-nə kimi iş günü olmamışdır.Şəxs aliment borcunu ödəmək üçün ona bir gün vaxt verilməsini icra məmurundan istəməsinə baxmayaraq, sonuncu həmin vaxtı gözləmədən barəsində inzibati protokol tərtib edərək məhkəməyə göndərmişdir. Göründüyü kimi Şəxs əməlində Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsinin tərkib əlamətləri mövcud olmamışdır. Məhkəmə baxışı zamanı icra vərəqsinin icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi halı aşkar olunmamışdır. Göründüyü kimi borclu Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində olan iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0-cü maddəsində qeyd olunmuşdur ki, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 115-ci, 128-130cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs barəsində olan Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar