Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-291/2023 26.04.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X11 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1966-cı il tarixdə Neftçala rayonu Dördlər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, Salyan rayonu, Arbatan kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya şöbəsindən daxil olan xx.xx.2023-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokola Salyan Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru, kiçik ədliyyə müşaviri X3 tərəfindən tərtib olunmuş borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2023-cü il tarixli, MN № 147013 saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar 31 mart 2023-cü il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(106)2826/2019 saylı icra vərəqəsinə əsasən Haxıyev X6 Hashin Mohammadə 19115,5 manat ödəməli, Salyan Rayon Məhkəməsini xx.xx.2022-ci il tarixli 2(057)1297/2022 saylı icra vərəqəsinə əsasən Haxıyev X7 Rövşən Sadıq oğluna 8620 manat ödəməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs göstərdi ki, Bağırov Rövşənin mağazasını icarəyə götürmüş, oranı ambar kimi istifadə edərək, satış etmişdir. 2023-cü ilin aprel ayının sonuna kimi borcunu ödəyəcəyi barədə Rövşən ilə aralarında razılaşmışlar. Məhkəmədən barəsində həbslə bağlı olmayan inzibati cərimə növündə tənbeh tədbiri tədbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq tələbkar X4 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ifadəsinə, inzibati xəta haqqında protokola, iş materiallarında olan digər sübutlara məcmu şəklində qiymət verərək hesab edir ki, toplanmış sübutlarla Şəxsnın inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Neftçala Rayon Məhkəməsinin 2(053)-186/2019 saylı, 07 may 2019-cu il tarixli qətnaməsində cavabdeh Şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə baxılaraq Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)- 2826/2019 saylı, 15 noyabr 2019-cu il tarixli qətnaməsinə əsasən, cavabdeh Şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Neftçala rayon Məhkəməsinin 2(053)-186/2019 saylı, 07 may 2019-cu il tarixli qətnaməsinin cavabdeh Şəxs apellyasiya şikayətinə əsasən cavabdeh Şəxs 10.565 ABŞ dolları məbləğindən ibarət borcun iki qat olmaqla, “21.130 ABŞ dolları məbləğində (ödənilən anda manatla məzənnəsi ilə) alınıb iddiaçı X10 ödənilməsi” hissəsində ləğv edilməsi, iddia tələbinin cavabdeh Şəxs 10.565 ABŞ dolları məbləğindən ibarət borcun iki qat olmaqla tutulması hissəsində təmin edilməməsi, cavabdeh Şəxs 21.130 ABŞ dolları məbləğində pul tələbi hissəsində iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Şəxs 10.565 (on min beş yüz altmış beş) ABŞ dollarının ödəniş anında azərbaycan manatı ekvivalent” alınaraq iddiaçı X10 ödənilməsi, qətnamənin cavabdeh Şəxs apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası barədə xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, icra sənədi üzrə tələbin icrası ilə bağlı qərar və bildiriş xx.xx.2021-ci il tarixdə Şəxs təqdim olunmuşdur. İş materiallarında olan 23 sentyabr 2022-ci il tarixli, 2(057)-1297/2022 saylı icra vərəqəsinin surətindən görünür ki, iddiaçı X5 qəyyumu X1 cavabdeh Şəxs qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh Şəxs 8000 manat məbləğində borc və 620 manat faiz, cəmi 8620 manat pul alınaraq, iddiaçı X5 qəyyumu X2 verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası barədə xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, icra sənədi üzrə tələbin icrası ilə bağlı qərar və bildiriş xx.xx.2022-ci il tarixdə Şəxs təqdim olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli borclunun axtarılması barədə qərarın surətindən görünür ki, xx.xx.1966-cı ildə ünvan 1 ünvanında yaşayan borclu Şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. İş materiallarında olan Salyan rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən Şirin Bayramov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli yazılı qəbzin surətindən görünür ki, borclu Şəxs məhkəmə qərarı üzrə 8620 manat borc məbləğindən 2000 manat hissəsini Salyan rayon İcra və Probasiya şöbəsinə xx.xx.2023-cü il tarixdə nəğd qaydada ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxsnın məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilmədi. Məhkəmə qətnaməsinin uzun müddət icra olunmamasını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati qaydada cərimə tənbehi tətbiq etməklə Azərbaycan Respublikası İXM-nin 21ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxsnın şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-291/2023
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-291/2023
26.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver