Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-293/2025 10.03.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X5 etibarnamə üzrə nümayəndəsi vəkil X3 iştirakı ilə, X4 X1 xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair X5 verdiyi şikayətə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən şəxs X2 Əmək Müfəttişliyinin X1 xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair Salyan Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Salyan rayonu “Muğan” Şadlığ Sarayında ********** saylı VÖENlə fəaliyyət göstərir. DƏMX-nin X1 əməkdaşları tərəfindən xx.xx.2024 il tarixli MN No ******* saylı protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən inzibati xəta törədilməş müəyyən edilmiş və xx.xx.2024-cü il tarixli MN ******* saylı Qərarla 1500 (bir min beş yüz) manat miqdarında cərimə olunmuşdur. Onun inzibati xəta ilə bağlı heç bir inzibati məsuliyyəti olmamalıdır və bildirir ki, xx.xx.2024-cü il tarixli MN ******* saylı Qərar təmamilə əsassızdır. Qərarın əsassızlığını aşağıdakı əsaslarla sübut edir: xx.xx.2024-cü ildə ərizə yazaraq qeyd etmişdi ki, “Yazıb sizə bildirirəm ki,xx.xx.2024-cü il tarixdə saat 11:00-da X9 Xidmətinin Şirvan- Salyan Regional şöbəsinə dəvət olunmağımız haqqında məktub mənə xx.xx.2024-cü il tarixdə çatdırılmışdı. Bu səbəbdəndə mən həmin tarixə çağırışa gələ bilməmişəm. xx.xx.2024-cü il tarixdə iştirak etmədiyim halda İnzibati xəta protokolu tərtib olunmuşdur. Məktubun alındığı gün sonra İnzibati Xəta aradan götürülmüşdür. İstehsalatda bədbəxt hadisələrə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarına görə 11 nəfər işçilərin sığortası təmin olunmuşdur. Odur ki, mənim barəmdə tərtib olunmuş İnzibati xəta haqqında protokolun MN ******* ləğv olunmasına köməklik göstərməyinizi xahiş edirik.” Bundan sonra çıxarılan qərardaddan məlumatım olmayıb. AR İXM maddəsinə əsasən 469.2 İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Tərtib olunmuş xx.xx.2024 11 tarixli MN № ******* saylı protokolda qeyd olunur ki, baş vermiş inzibatı xəta faktı təsdiq olunur. Tərtib olunmuş Akt 2 nüsxədən ibarət olmaq onun iştirakı ilə tərtib olunmalı, baş vermiş qanun pozuntuları akt qeyd olunmalı və onun imzası ilə təsdiqlənməlidir. Razılaşmadığı halda o, aktda müvafiq qeydlər aparmalı və aktın surətini almalıdır və ya tərtib olunmuş protokolla birlikdə aktın surəti onun ünvanına göndərilməli idi. Onun barəsində protokol tərtib olunarkən bundan xabəri olmamış və narazı qalmağı barədə müvafiq qeydlər etmişdir. Onu da bildirir ki, barəsində tərtib olunmuş akt və protokol qeyri qanunidir. İnzibati materiala baxılarkən onun inzibati icraatda iştirakı təmin edilmədiyi üçün heç bir araşdırma aparılmamış və tərtib edilən protokol müzakirə edilməmiş və bununla da Azərbaycan Respublikası İXM-nin 60-ci maddəsinin tələbləri kobud surətdə pozulmuşdur. Qərar qəbul edilərkən inzibati orqanın qərar qəbul edən fiziki şəxsinin gəldiyi nəticələr toplanmış materiallara uyğun olmamış, material düzgün qiymətləndirilməmiş, nəticədə barəsində əsassız qərar qəbul edilmişdir. Bildirir ki, onun bu qərarın tərtib edilməsindən heç bir məlumatı olmayıb və Qərar ona rəsmi göndərilməyib. xx.xx.2024-cü il tarixdə Salyan rayon İcra və Probasiya şöbəsinə dəvət edildikdən sonra bilmişdir ki, protokoldan sonra qərar qəbul edilib. Halbuki xx.xx.2024-cü il tarixdə ərizə verərək inzibati xətanın aradan qaldırıldığını bildirmişdir. Ərizə təhvil alınmışdır. Ərizəsinə AH ********** saylı xx.xx.2024-cü il tarixli icbari sığorta müqaviləsi olduğu qeyd olunmuş və sistemdə yerləşdirildiyi əlavə olaraq bildirilmişdir. Müqavilədən görünür ki, 11 nəfər əmək müqaviləsi ilə işləyən işçiləri sığorta edilmişdir. Bununla da inzibati xəta tərkibi aradan qaldırılmışdır. Onun sahibkar kimi əsassız olaraq cərimə olunmağı təmamilə əsassız və sahibkarın incidilməsidir. 5 — 6 gün fərqi ilə gecikdirilməklə və şəxsən ona təqdim edilməməklə bildiriş çatdırıldıqdan sonra mən dərhal müqavilə bağlayaraq işçiləri icbari sığorta etdirmişdir. Təqdim edilmiş bildirişlərdə qeyd yazılaraq AR İXM 57.3-cü maddəsinə istinad edilmişdir ki, bildiriş hansı formada çatdırılmalıdır. Günlərlə gecikən məktuba görə məsuliyyət poçtalyonun üzərində olduğu halda onun cərimə olunmağı əsassızdır. Ona bu günə qədər heç bir bildiriş, protokol və qərar rəsmi olaraq vaxtında çatdırılmayıb və müxtəlif ünvanlara verilmişdir ki bunu xəbərnamələrdən də müəyyən etmək olar. İş araşdırılarkən həmin xəbərnamələrin real təqdim olunmasını və ciddi şəkildə araşdırılmasını xahiş edir. İnzibati material araşdırılarkən onun inzibati icraatda iştirakı təmin edilmədiyi üçün heç bir araşdırma aparılmamış, o, inzibati xətanın yerində araşdırılmasında iştirak etməmiş və tərtib edilən protokol müzakirə edilməmiş və bununla da Azərbaycan Respublikası İXM-nin 60-ci maddəsinin tələbləri kobud surətdə pozulmuşdur. Qərar qəbul edilərkən inzibati orqanın qərar qəbul edən vəzifəli şəxsinin gəldiyi nəticələr toplanmış materiallara uyğun olmamış, material düzgün qiymətləndirilməmiş, nəticədə barəsində əsassız qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Lakin protokol tərtib edilərkən ona heç bir məlumat verilməmiş və hüquq və vəzifələri barədə heç bir izahat verilməmişdir. Protokolun mahiyyəti ona izah edilməmişdir. xx.xx.2024 il tarixli MN ******* və xx.xx.2024-cü il tarixli MN ******* saylı Qərar onun xəbəri və iştirakı olmadan tərtib olunmuşdur. DƏMX-nin X1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı İnzibati Xəta haqqında iş üzrə Qərar ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi üçün ötürülmüş müddət üzürlü hesab edilməsi barədə vəsatət xx.xx.2024-cü il tarixdə təqdim edilsə də, xx.xx.2025-ci il tarixdə idarədən şəxsən əlbəl götürülmüş xx.xx.2025-ci il tarixli 3-7-522-R-2749/2025 saylı məktubda cavab verilmiş və şikayət vermə müddətinin bərpa edilməsinin mümkün olmadığı bildirilmişdir. Odur ki, yenidən məhkəməyə tərəfindən ərizə təqdim edilir. AR İXMnin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 469.2-ci maddəsində nəzərdə tutulan hallardan biri mövcüd olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır.Yuxarıda qeyd olunanlara əsasən İXM 469.2. maddəsinə əsasən inzibati xəta hadisəsi olmadığından icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq, DƏMX-nin X1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı İnzibati Xəta haqqında iş üzrə Qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X5 etibarnamə üzrə nümayəndəsi vəkil X7 şikayət ərizəsinin mahiyyətinə uyğun izahat verərək bildirmişdir ki, müəssisədə fəaliyyət göstərən bütün işçilərin hazırda hamısı sığortalanmışdır. O, qərardan şikayət vermək üçün qanunla nəzərdə tutulmuş buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən X4 X1 etibarnamə əsasında nümayəndəsi X11 izahatında tərtib olunmuş protokolu müdafiə edərək iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayəti, təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməli, qərardan şikayət vermək üçün qanunla nəzərdə tutulmuş buraxılmış prosessual müddət üzrlü hesab edilərək bərpa edilməli və X10 barəsində X4 X1 xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında X10 tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, xx.xx.2024-cü il tarixdə X10 tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanmışdır. Həmçinin iş materiallarına əlavə edilmiş qəbzlərdən də aydın olur ki, işçilərinin icbari qaydada sığortalanmasına dair ödənişlər "xxxx" Şirkəti ASC-nin hesabına keçirilmişdir. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə X10 tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanmış və hazırda həmin müqavilə qüvvədədir. Buna baxmayaraq, səlahiyyətli orqan tərəfindən müvafiq araşdırma aparılmadan inzibati xəta haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X5 X4 X1 xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehin tətbiq edilməsi haqqında qərarından verdiyi şikayət təmin edilsin. X5 barəsində X4 X1 xx.xx.2024-cü il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün qanunla nəzərdə tutulmuş buraxılmış prosessual müddət üzrlü hesab edilərək bərpa edilsin. X10 barəsində inzibati tənbeh vermə haqqında X4 X1 xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-293/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-293/2025
10.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver