Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-295/2025 06.03.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Zərər çəkmiş şəxs - Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs oğlunun iştirakları ilə xx.xx.1982-ci il tarixdə Salyan rayonu, Xalac kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, deməsinə görə fərdi qaydada işləyən, Salyan rayonu, Xalac kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya Şöbəsindən daxil olan 25 fevral 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən tərtib olunmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-1ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 25 fevral 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Salyan Rayon Məhkəməsinin 2(057)-510/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu Şəxs 2718 manat aliment borcunu tələbkar Zərərçəkmiş şəxs ödəməmiş və çağırışlara gəlməmişdir. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 göstərmişdir ki, zərər çəkmiş şəxs şikayətçidir. Borcun tam ödənilməsini tələb edir. Hər hansı qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, aliment borcundan 1182 manat ödəmişdir. xx.xx.2025-ci il tarixdə poçt vasitəsi ilə aliment borcundan 500 manat ödədiyini bildirmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, aprel ayının əvvəlində 300 manat məbləğində aliment ödəyəcəkdir. Rəsmi iş yeri olmasa da, hazırda fərdi qaydada işləyir. Usta kimi istifadə etdiyi alətlər zərər çəkmiş şəxsdə qaldığından işləyib borcunu ödəyə bilmir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, aliment borcunun tam qaydada ödənilməsini tələb edir. 500 manat ödənildiyi barədə hazırda məhkəmə iclasında məlumatı olmuşdur. Ödənilən 500 manat onu qane etmir. Borclunun iddia etdiyi alətlərin birgə nikah dövründə nisyə alındığını, sonradan pulunu anasının ödədiyini, özünün göyərti becərib satmaqla məşğul olduğunu bildirmişdir. İnzibati xəta haqqında protokola, iş materiallarında olan digər sübutlara məcmu şəklində qiymət verərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-510/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, 10 yanvar 2010-cu il təvəllüdlü X6, 05 sentyabr 2011-ci il təvəllüdlü X4 və 18 mart 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Şəxs xx.xx.2024-cü ildən başlayaraq hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində müvəqqəti aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə borcluya təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-510/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasının təmin etməsi və 23 may 2024-cü il tarixdə (ödəniş sənədlərini təqdim etməklə) Salyan rayon İcra və Probasiya Şöbəsinə gəlməsi tələb olunmuşdur. Əks halda barəsində qanuna müvafiq qaydada tədbir görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 8(057)-235/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, təqdimatın təmin edilərək, Salyan Rayon Məhkəməsinin 2(057)-510/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Salyan rayonu, Xalac kəndində qeydiyyatda olan Şəxs Salyan rayon icra və probasiya şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 8(057)-287/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Təqdimat təmin edilərək, borclu xx.xx.1982-ci il təvəllüdlü, Salyan rayonu, Xalac kəndində anadan olmuş, Salyan rayonu, Xalac kəndində qeydiyyatda olan və yaşayan Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-510/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, 10 yanvar 2010-cu il təvəllüdlü X6, 05 sentyabr 2011-ci il təvəllüdlü X4 və 18 mart 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs qətnamə qanuni qüvvəyə mindikdən sonra hər uşağa görə hər ay 100 manat olmaqla, cəmi 300 manat miqdarında aliment alınaraq Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə borcluya təqdim edilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 8(057)-919/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, təqdimat təmin edilərək, Salyan Rayon Məhkəməsinin 2(057)-510/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Salyan rayonu, Xalac kəndində qeydiyyatda olan və yaşayan Şəxs Salyan rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Salyan Rayon Məhkəməsinin 3(057)-838/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 500 manat cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən ödənilmiş qəbzdən görünür ki, Şəxs tərəfindən Zərərçəkmiş şəxs hesabına 500 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, borclu Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunur. İXM-in 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İXM-in 528.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın kanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə alınır və ya işin hallerine görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilir, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, borclu Şəxs məhkəmənin icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini uzun müddət ərzində üzrsüz səbəbdən yerinə yetirməməklə İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(057)- 838/2024 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsə də o, aliment borcunu yenə də ödəməmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən, barəsində tərtib olunmuş protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olduqdan sonra 2718 manat aliment borcundan 500 manat pul ödəmişdir. Borcluya kifayət qədər möhlət verilməsinə baxmayaraq, o, indiyədək borcun tam ödənilməsini qəsdən yubandırmış, borcun məcburi qaydada ödətdirilməsinə süni şəkildə maneçilik törətmiş, icra sənədini icra etməkdən aşkar surətdə boyun qaçırmışdır. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs İXM-in 528.1-1-ci maddəsi ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-in 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs uzun müddət icra tədbirlərindən qərəzli surətdə yayınması onun barəsində inzibati tənbeh tədbirinin tətbiqinə zərurət yaradır. Digər tərəfdən, Şəxs icra sənədi üzrə borcu tam ödəmədiyi halda onun barəsində inzibati cərimə tənbehinin tətbiqi, yəni üzərinə əlavə maddi məsuliyyət qoyulması məntiqsiz və nəticə etibarilə səmərəsiz olar. Belə vəziyyətdə məhkəmə Şəxs inzibati həbs tənbehinin tətbiqini qaçılmaz sayır. Ona görə də, Şəxs törətdiyi inzibati xətanın xarakterini, özünün şəxsiyyətini, cəriməyə cəlb ediləcəyi təqdirdə bu tənbeh tədbirini də icra etməkdən boyun qaçıracağı ehtimalını nəzərə alaraq onun barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq olunmasını məqsədəuyğun hesab edir. İXM-in 33.1.2-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran haldır. Məhkəmə qətnaməsinin uzun müddətdir ki, tam icra olunmamasını və tələbkarların şikayətçi olmalarını nəzərə alaraq, hesab edir ki, Şəxs inzibati qaydada həbs tənbeh tətbiq etməklə İXM-in 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədlərini qərəzli olaraq təmin etmədiyini, şəxsiyyətini, zərər çəkmiş şəxsin borcunu tam qaydada tələb etməklə şikayətçi olmasını və işin hallarını nəzərə alaraq hesab edir ki, İXMin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli ona 15 (on beş) gün müddətinə inzibati həbs tənbehi təyin edilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. Şərh olunanlara əsaslanaraq və İXM-in 40, 43, 48-51, 61, 114, 115 və 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlanmanın əvvəli 06 mart 2025-ci il tarixdən, saat 11:20-dən hesablansın. Şəxs Salyan RPŞ tərəfindən müəyyən edilən yerdə mühafizə altında inzibati həbsdə saxlanılsın. İcra sənədi üzrə borclu Şəxs nəzərinə çatdırılsın ki, icra sənədi üzrə borcunu üzrsüz səbəblərdən tam ödəməyəcəyi təqdirdə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin tələbinə əsasən onun təkrarən inzibati məsuliyyətə və ya cinayət məsuliyyətinə cəlb olunacağı barədə müvafiq tədbirlər görüləcəkdir. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi və ya inzibati həbsdə saxlandığı yer vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-295/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-295/2025
06.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver