Məhkəmə qərarları › İş №3(057)-297/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-297/2025

26.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-297/2025 26.02.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Salyan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxx 1976-cı il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Salyan RPŞ-nin İB-də istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə həbsdə olan, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Salyan Rayon Polis Şöbəsindən xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş 26 fevral 2025-ci il tarixli, MN № 1954143/54 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Şəxs xx.xx.2024-cü il tarixdə Salyan şəhəri, T.Davudzadə küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmuşdur. Bununla əlaqədar olaraq Salyan rayon PŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X3 “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarı əsasında Salyan rayon PŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X4 tərəfindən 26 fevral 2025-ci il tarixli, MN № 1954143/54 saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, iş materialları ilə birlikdə baxılması üçün xx.xx.2025-ci il tarixdə Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Salyan şəhəri, T.Davudzadə küçəsində Salyan rayon PŞ-nin əməkdaşları tərəfindən saxlanılmış, saxlanılarkən üzərindən narkotik maddə olan heroin və narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. Həmin tarixdə barəsində Salyan Rayon Məhkəməsinin qərarı ilə 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır. Üzərindən aşkar olunmuş 0,39 qram narkotik vasitə qurudulmuş marixuanaya görə müstəntiqin qərarı əsasında barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 206-cı maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Narkotik maddələrdən istifadə edir. Törətdiyi əmələ görə peşmandır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan rayon PŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X4 izahatında göstərdi ki, Salyan rayon PŞnin İB-nin müstəntiqi, polis kapitanı X3 “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarı əsasında tərəfindən Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə 26 fevral 2025-ci il tarixli, MN № 1954143/54 saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, iş materialları ilə birlikdə baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Göstərilənlərə əsasən Şəxs barəsində qanuna müvafiq qaydada tənbeh tətbiq edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Şəxs inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Salyan rayon PŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X3 “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarından görünür ki, istintaq zamanı xx.xx.2024-cü il tarixdə Şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,39 qram olan narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq az miqdarda əldə edib üzərində saxlayaraq daşımasına görə əməlində inzibati xəta müəyyən edildiyindən Şəxs İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsindən ötrü qəbul edilmiş qərarın surəti Salyan RPŞ-nin İTB-nə göndərilmişdir. Həmin qərarla Şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 0,110 qram narkotik vasitə heroin və 0,37 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut hesab edilərək, saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Şübhəli şəxsin tutulması haqqında 18 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə Salyan rayon PŞ-nin İB-nin müstəntiqi, polis leytenantı Samir Eynullazadə tərəfindən 18 dekabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə kimyəvi-bioloji ekspertizasının 19 dekabr 2024-cü il tarixli, 18/971-18/972 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şəxs üzərindən” sözləri yazılmış və imza olan bir ədəd kağız paketdəki: 1 ədəd tamlığı pozulmuş kağız paketdə 1 ədəd sellofan torbacıqda təmiz şəkisi - 0,160 qram olan maddə kustar üsulla hazırlanmış narkotik maddə heroindir. 1 ədəd tamlığı pozulmuş kağız paketdə 1 ədəd sellofan torbacıqda təmiz şəkisi - 0,39 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X5 Yoxlamanın xx.xx.2025-ci il tarixli, 95 nömrəli rəyindən görünür ki, Şəxs opioidlərin qəbulundan yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İXM-nin 206-cı maddəsinə görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İşdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında protokolu iş materialları ilə birlikdə nəzərdən keçirib məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs İXM-nin 206cı maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-nin 206-cı maddəsi ilə tövsif olunmuşdur. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-nin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində cərimə növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, Ərazi Narkoloji kabinetində qeydiyyata alınmalıdır. Salyan rayon PŞ-də saxlanılan qalıq çəkisi 0.37 qram narkotik vasitə olan qurudulmuş marixuananın ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi saxlanması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 30, 40.0.1, 43, 48-51, 114, 115 və 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinsin, barəsində 300 (üç yüz) manat məbləğində inzibati tənbeh növündə inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, Ərazi Narkoloji kabinetində qeydiyyata alınsın. Salyan rayon PŞ-də saxlanılan qalıq çəkisi 0.37 qram narkotik vasitə olan qurudulmuş marixuananın ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi saxlanması nəzərə alınsın. Qərarın surəti təqdim edildiyi (alındığı) gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə (inzibati həbsdə saxlandığı yer vasitəsilə) və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar