Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-311/2025 18.03.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X5 etibarnamə üzrə nümayəndəsi vəkil X2 iştirakı ilə, X6 Şirvan-Salyan regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair X5 verdiyi şikayətə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən şəxs X3 Əmək Müfəttişliyinin Şirvan-Salyan regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair Salyan Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Şirvan-Salyan regional şöbəsinin rəisi X14 tərəfindən 07 fevral 2025-ci il tarixində barəsində verilmiş 180452 nömrəli intizam tənbeh haqqında qərarla razı deyildir və qərarın əsassız olduğunu hesab edir. Bu şikayət məktubu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (Bundan sonra Məcəllə) İnzibati xəta haqqında iş üzrə qərardan şikayətə baxılma qaydası haqqında 126cı maddəsinin 1-ci hissəsində göstərilən müddət axımı nəzərə alınaraq hazırlanmışdır. Bildirilir ki, Qərar verilərkən Məcəllənin 9.1-ci maddəsinin tələbləri (İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır) pozulmuş və Məcəllənin 75.0.2-ci maddəsinə uyğun olaraq, inzibati xəta törətmiş şəxs düzgün müəyyən olunmamışdır. Qeyd olunur ki, Biləsuvar rayonu Asif Abdulov adına Yuxarı Ağalı kənd ümumi orta ümumtəhsil məktəbində ingilis dili müəllimi vəzifəsində çalışan X11 əmək qabilliyətini itirməsi ilə bağlı müavinətin verilməməsi ilə əlaqədar şikayət etmişdir. X7 çalışdığı Biləsuvar rayonu Asif Abdulov adına Yuxarı Ağalı kənd ümumi orta ümumtəhsil məktəbi əlavə iş yeridir (Əlavə olunur). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi” haqqında Əsasnamənin 96-cı maddəsinə əsasən nəzərdə tutulan müavinətlər sığortaolunanın iş yeri üzrə (əmək kitabçasının olduğu yerdə) müdiriyyətin müavinət təyin edən komissiyası və ya komissiyanın səlahiyyət verilmiş üzvü tərəfindən bu hissənin ikinci cümləsi nəzərə alınmaqla təyin edilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 günü üçün həm əsas, həm də əlavə iş yeri (yerləri) üzrə, 14 gündən sonrakı günlər üçün isə əsas iş yeri üzrə sığortaedənin müvafiq komissiyası tərəfindən təyin edilir. Odur ki, sözügedən şəxsə ödənilməli olan müavinətlə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə xx.xx.2024-cü. il tarixində elektron müraciət ünvanlanmış, lakin müraciətə qeyd olunanlara əsasən imtina cavabı verilmişdir (Əlavə olunur). Nəzərinizə çatdırılır ki, X11 əsas iş yerindən ayrılması ilə bağlı əlavə iş yerində çalışdığı müəssisənin direktoruna əmək müqaviləsinə mövcud vəziyyətlə bağlı dəyişikliyin edilməsi üçün yazılı müraciət etməmişdir. Həmçinin qeyd olunur ki, İşəgötürən tərəfindən işçinin əmək müqaviləsində dəyişilik edilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsininin 46-cı maddəsinin, yəni əmək müqaviləsinin bağlanması və ona dəyişikliklərin edilməsi qaydası tətbiq olunmalıdır. Göstərilənlərə əsasən işəgötürən tərəfindən Əmək Məcəlləsinin 46.6-cı maddəsinin (Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Elektron sənəd formasında bağlanılan əmək müqavilələrində dəyişiklik edildikdə, ilkin əmək müqaviləsi yenidən tərtib olunaraq təsdiq edilir) riayət olunmuşdur. Həmçinin bildirirlir ki “Dövlət və bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Qərarının 5.15.9-cu bəndinə uyğun olaraq işçilərin işə təyin və ya işdən azad edilməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin X17 Sorğu Kitabçası”-nın təsdiq edilməsi barədə 18-1 nömrəli, xx.xx.2017-ci İl tarixli qərarına əsasən kargüzarlığın və məktəb sənədlərinin düzgün aparılması, məlumat bazalarının düzgün doldurulması və kadrların (təsisçinin nomenklaturasında olanlardan başqa) seçilib yerləşdirilməsi direktorun əmək funksiyasının tərkib hissəsi kimi müəyyən edilmişdir və işçilərin əmək müqaviləsi bildirişi müəssisənin direktoru tərəfindən X1 Sisteminin (MEİS) “əmək və məşğulluğun” altsisteminə daxil edilməlidir. Əlavə olaraq bildirilir ki, Şirvan- Salyan Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində çalışacaq işçilər ilə müəssisə rəhbərləri və ya boş vəzifənin həvalə olduğu işçi tərəfindən X1 Sisteminin (MEİS) “əmək və məşğulluğun” altsistemində ilə mövcud qanunvericiliyə uyğun olaraq əmək müqavilələrinin bağlanılması, dəyişikliyin edilməsi və.s proeslərin icrası üçün İdarə müdiri tərəfin prosesin tənzimlənməsi üçün Etibarnamə verilir və həmin Etibarnaməyə uyğun olaraq müəssisə rəhbəri tərəfindən əmək münasibətləri tənzimlənir (Əlavə olunur). Bununla yanaşı, X11 tərəfindən xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Şirvan-Salyan regional şöbəsinə şikayətin geri götürülməsi ilə bağlı teleqram göndərilsədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Şirvan- Salyan regional şöbəsinin rəisi X14 tərəfindən “Vətəndaş müraciəti haqqında” Azərbaycan Respublikasının 30 sentyabr 2015-ci il tarixli 1308-AVQ nömrəli Qanunun 8 və 13-cü maddəsinin tələblərinə riayət olunmamışdır (Əlavə olunur). Odur ki, qeyd olunanlara əsasən 07 fevral 2025-ci il tarixində barəsində verilmiş 180452 nömrəli intizam tənbeh haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X5 etibarnamə üzrə nümayəndəsi vəkil X4 şikayət ərizəsinin mahiyyətinə uyğun izahat verərək şikayətin təmin olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən X6 Şirvan- Salyan regional şöbəsinin etibarnamə əsasında nümayəndəsi X12 izahatında tərtib olunmuş protokolu müdafiə edərək iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayəti, təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməli və X9 barəsində X6 Şirvan-Salyan regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraatda sübut edilməli olan hallardan biri də, məhz inzibati xəta törətməkdə şəxsin təqsiridir (İXM-in 75.0.3-cü maddəsi). İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İXM-in 8-ci maddəsi - Təqsirsizlik prezumpsiyası prinsipi). İş materiallarında olan sübutlarla birmənalı olaraq X5 İXM-nin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi təsdiq edilmir. Odur ki, işdə olan şübhələr X5 xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X5 X6 Şirvan-Salyan regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbehin tətbiq edilməsi haqqında qərarından verdiyi şikayət təmin edilsin. X9 barəsində inzibati tənbeh vermə haqqında X6 Şirvan-Salyan regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-311/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-311/2025
18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver