Məhkəmə qərarları › İş №3(057)-312/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-312/2025

26.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-312/2025 26.02.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Salyan RPŞ-nin İTB-nin polis sahə rəisi polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Sabirabad rayonu anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda yaşayan X3 barəsində Salyan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X3 barəsində Salyan Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-in 227-ci maddəsi ilə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-cü il tarixli, MN ******* saylı və eyni maddə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-cü il tarixli, MN 1954144/57 saylı inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir Təqdim edilmiş xx.xx.2025-cü il tarixli, MN 1954144/57 saylı inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, X3 xx.xx.2025-ci ildə qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs məxsus həyətyanı sahədən 100 manat dəyərində dəmir darvazanı oğurlamışdır. Həmin faktla bağlı Salyan RPŞ-nin TB tərəfindən araşdırma aparılmış və xx.xx.2005-ci il tarixli qərarla Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-in “102” xidməti-zəng mərkəzi sisteminə verilmiş məlumatı əsasında toplanmış material üzrə X2 barəsində cinayət işinin başlanması rədd edilmiş X3 barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü qəbul edilmiş qərarın surəti Salyan RPŞ-nin İTB-nə verilmişdir. Məhkəmə iclasında Salyan RPŞ-nin İTB-nin polis sahə rəisi polis baş leytenantı X4 öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək, X5 barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək bildirmişdir ki, Vüsalə onun qonşusudur. Münasibətləri normal olmuşdur. Aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. 06 fevral 2025-ci il tarixdə onun yaşadığı binanın həyətində ona məxsus olan həyətyanı torpaq sahəsini satmaq istəmişdir. Buna görə o qonşusu olan Zərərçəkmiş şəxs demişdir. Zərərçəkmiş şəxs həmin torpaq sahəsini alacağını demişdir. O, həmin torpaq sahəsini 1000 manata satacağını demişdir. Vüsalə isə onunla bu barədə söhbət etdikdən sonra 750 manat pula razılaşmışdır. 08 fevral 2025-ci il tarixdə Vüsalə Coşquna 750 manat pul vermiş və o da həmin həyətyanı torpaq sahəsini Vüsaləyə vermişdir. Həmin torpaq sahəsinin qarşısında darvaza olmuşdur. 14 fevral 2025-ci il tarixdə axsam saat 19 radələrində Coşqunun maddi vəziyyəti yaxşı olmadığı üçün Vüsaləyə satdığı torpaq sahəsinə məxsus dəmir darvazanı oğurlayıb satmaq qərarına gəlir. Buna görə də həmin vaxt oradan keçən qeydiyyat nömrəsini bilmədiyi Qazel markalı yük maşını görür və sonradan məlum olur ki, dəmir alqı-satqısı ilə məşğul olan yük maşın sahibi Coşqun satmaq istədiyi dəmir darvazanı almağa razıdır və həmin darvazaya 50 manat pul verəcəyini demişdir. O da tanımadığı şəxslə razılaşmış və onlar birlikdə həmin darvazanı yük maşına qoymuşdular. Həmin şəxs ona 50 manat pul verib, oradan uzaqlaşmışdır. Əlavə olaraq Zərərçəkmiş şəxs məxsus olan dəmir darvazanı oğurladığını, tanımadığı səxsə 50 manata satdığını bildirmişdir. Əməlindən peşmandır, artıq aralarında barışıq olub və Zərərçəkmiş şəxs dəyən zərər ödənilib və məhkəmədən bunun nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, 06 fevral 2025-ci ildə saat 17 radələrində qonşuluğunda yaşayan X3 onun yaşadığı evə gələrək ona binanın həyətində olan torpaq sahəsini satmaq istədiyini demiş və Coşqundan qiymətini soruşmuşdur. Coşqun ona torpağı 3000 manat satacağını bildirmişdir. O isə Coşquna bir az səbrli olmağını və həmin pulun yüksək olduğunu, aşağı edəcəyi halda alacağını demişdir. O, Coşqun ilə söhbətdən sonra 2200 manata razılaşmışdılar. 08 fevral 2025-ci ildə saat 15 radələrində Vüsalə Coşquna 2200 manat pul vermişdir. Həmin torpaq sahəsinin dəmir darvazası olmuşdur. Darvazanın eni 3,uzunluğu 3 m-dir.14 fevral 2025-ci ildə gecə saat 01 radələrində o həyətdə səs-küy gəldiyini eşitmişdir. Bu zaman həyətyanı torpaq sahəsinin dəmir darvazasını olmadığını görmüşdür. Şübhələndiyi şəxsin Coşqun olmasını zənn edərək dərhal 102 Xidməti Zəng Mərkəzi Sisteminə zəng edərək oğurluq hadisə barədə məlumat vermişdir. Əlavə olaraq dəmir darvazanı oğurlayan naməlum şəxs və ya şəxslər Zərərçəkmiş şəxs 100 manat maddi ziyan vurmuşdular. İzahatında onu da bildirmişdir ki, zərərçəkən barəsində inzibatı xəta üzrə iş aparılan şəxs yəni Əliyev Coşqunla barışmışdır. Belə ki, Coşqun zərərin yarısını, yəni 50 manatını ödəmiş, qalan 50 manatı isə ona bağışlamışdır və bunla bağlı şikayəti və tələbi yoxdur, ərizənin nəzərə alınmasını və işə xitam verilməsini xahiş etmişdir İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapsa da, zərərçəkmiş şəxslə barışması və ona dəyən ziyanın ödənilməsi ilə bağlı iradə ifadəsini özündə əks etdirən ərizəsi səbəbindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; xx.xx.2025-cü il tarixli, MN 1954144/57 saylı inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, X3 xx.xx.2025-ci ildə qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs məxsus həyətyanı sahədən 100 manat dəyərində dəmir darvazanı oğurlamışdır. xx.xx.2025-cü il tarixli, MN ******* saylı qərardaddan görünür ki, Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh növü məhkəmə səlahiyyətinə aid olduğu üçün tərtib olnmuş xx.xx.2025-cü il tarixli, MN ******* saylı digər materiallar baxılması üçün aidiyyəti üzrə Salyan Rayon Məhkəməsinə göndərilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, əməldə cinayət tərkibi olmadığından X3 barəsində cinayət işi başlanması rədd olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 39.2-ci maddəsinə əsasən, bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı, zərəçəkmiş şəxsin iş materiallarında olan yazılı izahatı və iş materiallarında olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə qanunvericiliyin normalarını rəhbər tutaraq, barəsində inzibati icraat aparılan şəxsin zərər çəkmiş şəxsə dəyən ziyanın tamamilə ödəməsi və onunla barışması səbəbindən X2 barəsində başlanmış İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115 və 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN № 1954144/57 saylı inzibati xəta haqqında protokol üzrə inzibati işin icraatına xitam verilsin. İnzibati qaydada tutulmuş X3 məhkəmə iclas zalından azad edilsin. Qərardan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar