Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-322/2024 29.03.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Salyan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X2 Şahidlər Salyan RPŞ-nin DYPB-nin YPX-nin inspektoru polis baş serjantı X1 və Salyan RPŞ-nin DYPB-nin YPX-nın Baş DAM-ı, polis baş leytenantı X4, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Salyan rayonu, Arbatan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olan xx.xx.2024-cü il tarixli, MN 1988061/340 saylı və xx.xx.2024cü il tarixli, MN 1988058/341 saylı inzibati xəta haqqında protokola Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan Rayon Polis Şöbəsinin İTB tərəfindən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2024-cü il tarixli, MN 1988058/341 saylı və Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2024-cü il tarixli, MN 1988061/340 saylı inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokollardan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 12:30 radələrində Salyan rayonu Arbatan kəndində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bundan başqa, o, xx.xx.2024-cü il tarixdə, saat 12:30 radələrində Salyan rayonu, Arbatan kəndində ictimai qaydanı pozmaqla xırda xuliqanlıq inzibati xətasını törətmişdir. Məhkəmə iclasında Salyan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X5 tərtib olunmuş inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində qanunvericiliyin tələblərinə uyğun tədbir görülməsini xahiş etmişdir. Salyan RPŞ-nin DYPB-nin YPX-nin inspektoru polis baş serjantı X3 məhkəmə iclasında bildirdi ki, 28 mart 2024-cü il tarixdə saat 12:35 radələrində DYPB-nin YPX-nin Baş DAM-ı, polis baş leytenantı X7 ilə birlikdə Salyan rayonu Arbatan kəndi ərazisində xidmətdə olan zaman yolun kənarında olan avtomobil sexinin qarşısında dayanmış VAZ 21074 markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobildə konstruksiya dəyişkliyi olmasını görmüşlər. Həmin avtomobilin sürücüsünə yaxınlaşıb özlərini təqdim etdikdən sonra avtomobildə konstruksiya dəyişkliyi olması səbəbindən duracağa yerləşdirilməsi barədə hüquqi izahlar verməyə başlamışlar. Bu zaman avtomobilin sürücüsü əgər avtomobil duracağa gedərsə özünə xəsarət yetirəcəyini deyərək uca səslə ünvansız nalayiq ifadələr işlətməyə başlayaraq onların qanuni fəaliyyətlərinə mane olmağa çalışmışdır. Onu dəfələrlə nizam intizama dəvət etsələr də, o, onların qanuni tələblərinə bilərəkdən, qəsdən tabe olmamışdır. Onun barəsində qanuni tədbir görülməsi məqsədilə məcburi qaydada Salyan Rayon Polis Şöbəsinə gətirmişlər. Salyan Rayon Polis Şöbəsində məlum olmuşdur ki, həmin şəxs Salyan rayon Arbatan kənd sakini Şəxsdur. Salyan RPŞ-nin DYPB-nin YPX-nın Baş DAM-ı, polis baş leytenantı X7 məhkəmə iclasında bildirdi ki, Salyan rayonu Arbatan kəndində xidmət apararkən VAZ 21074 markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobildə konstruksiya dəyişikliyi olmasını görmüşdür. Həmin avtomobilin sürücüsünə yaxınlaşıb özünü təqdim etdikdən sonra avtomobildə konstruksiya dəyişkliyi olması səbəbindən duracağa yerləşdirilməsi barədə hüquqi izahlar verməyə başlamışdır. Bu zaman avtomobilin sürücüsü, əgər, avtomobil duracağa gedərsə özünə xəsarət yetirəcəyini deyərək uca səslə ünvansız nalayiq ifadələr işlətməyə başlayaraq onların qanuni fəaliyyətlərinə mane olmağa çalışmışdır. Onu dəfələrlə nizam intizama dəvət etsələr də, o, onların qanuni tələblərinə bilərəkdən, qəsdən tabe olmamışdır. Odur ki, barəsində qanuni qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan maddələr üzrə özünü təqsirli bilmiş, bildirmişdir ki, o avtomobildə müəyyən konstruksiya dəyişikliyi etmişdir. Həmin avtomobil isə ustanın sexinin qarşısında olur. 28 mart 2024-cü il tarixdə, saat 13 radələrində yaşadığı evdə olan zaman tanışı Rəhman adlı şəxs ona zəng edərək Salyan RPŞ-nin DYPB-nin YPX inspektorlarının onun maşınının ətrafında olduğunu, avtomobilin sahibini soruşduqlarının və aparmaq istədiklərini dedi. O, da 5 dəqiqəyə orada olacağını demişdir. Eminin sexi onun yaşadığı evə yaxın olduğundan 5 dəqiqə müddətində sexin qarşısına gəlmişdir. Bu zaman Salyan RPŞ-nin DYPB-nin YPX inspektorlarının orada olduğunu gördü. Avtomobilə yaxınlaşan zaman Salyan RPŞ-nin DYPB-nin əməkdaşı olan Nicat Abbasov adlı polis əməkdaşı özünü ona təqdim etdikdən sonra avtomobilində konstruksiya dəyişikliyi olması əsası ilə avtomobilinin Rayon Polis Şöbəsinin dayanacağına aparılmalı olduğunu demişdir. O da Nicat Abbasova avtomobilinin nasaz olması səbəbi ilə saz və işlək vəziyyətdə olmadığını, belə halda istifadə etmədiyini, necə aparılacağını soruşmuşdur. Nicat Abbasov ona avtomobilin hər bir halda dayanacağa getməli olduğunu dedi. O isə geri çəkilərək ucadan qışqırıb avtomobilinin dayanacağa aparılmayacağını, avtomobilin dayanacağa aparıldığı halda özünə xəsarət yetirəcəyini və avtomobili yandıracağını deyərək onların avtomobili aparmalarına mane olmağa çalışmışdır. Bir daha orada olan digər polis əməkdaşları da ona hər bir halda avtomobilin duracağa getməsi barədə izahlar verərək onların qanuni tələbinə tabe olmağını tələb etdilər, o isə həmin vaxtı əsəbi olduğu üçün onların bu tələbinə tabe olmayaraq öz hərəkətlərinə davam etmişdir. Bu zaman həmin polis əməkdaşları onun barəsində qanuni tədbir görüləcəyini deyərək Salyan Rayon Polis Şöbəsinə dəvət etdilər. O isə buna etiraz etdikdə onlar ona məcburi qaydada Salyan Rayon Polis Şöbəsinə gətirdilər. Hazırda etdiyi əməlin qanun pozuntusu olmasını bildiyini, əməlindən peşman olduğunu bir daha belə hallara yol verməyəcəyinə dair söz verdiyini bildirmişdir. Odur ki, barəsində qanuni qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; xx.xx.2024-cü il tarixli, MN 1988058/341 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 12:30 radələrində Salyan rayonu Arbatan kəndində polisin qanuni tələnbinə qəsdən tabe olmamışdır xx.xx.2024-cü il tarixli, MN 1988061/340 saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 12:30 radələrində Salyan rayonu, Arbatan kəndində ictimai qaydanı pozmaqla xırda xuliqanlıq inzibati xətasını törətmişdir. xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdən saat 15:30-da inzibati qaydada tutulmuşdur xx.xx.2024-cü il tarixli, MN № ******* saylı qərardaddan görünür ki, Azərbaycan Respublikasının İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh növü məhkəmə səlahiyyətinə aid olduğu üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs Salyan rayonu Arbatan kəndində xırda xuliqanlıq edərək ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmiş, bununla da o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bundan başqa o, nizam-intizama dəvət edildikdə isə öz hərəkətlərini davam etdirərək polisin qanuni tələbinə qəsdən tabe olmamış, bunun bununla da o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Buna görə də o, həmin maddələrlə təqsirli bilinməli, lakin aşağıdakı əsaslara görə onun barəsində həmin xətalardan daha ciddi xətaya görə, yəni İXM-nin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 7 (yeddi) gün müddətə inzibati həbs, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 10 (on) gün müddətə inzibati həbs edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 10 (on) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 28 mart 2024-cü il tarixdən, saat 15:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Salyan rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-322/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-322/2024
29.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver