Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-323/2024 29.03.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun, X3 qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Salyan rayon Polis Şöbəsinin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Vladimiroviçin, Müdafiəçi - Fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakları ilə, 31 avqust 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Şirvan şəhəri, N.Nərimanov küçəsi, ev 1, mənzil 16-da qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Salyan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Salyan rayon PŞ-nin sahə rəisi polis mayoru X2 tərəfindən tərtib olunmuş 29 mart 2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol iş materialları ilə birlikdə baxılması üçün 29 mart 2024-cü il tarixdə Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Protokoldan görünür ki, Şəxs 28 dekabr 2023-cü il tarixdə Salyan rayonu, Babazanlı qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs məxsus Kür çayının sahilində olan su nasosunu oğurlamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilərək, izahatında göstərmişdir ki, 23 avqust 2023-cü il tarixdə 17 saylı Cəzaçəkmə Müəssisəsindən azad edilmişdir. Həmin vaxtdan hərdən yüngül iş taparaq işləmişdir. Hazırda 3 aydır ki, Bakı şəhərində işləyir. Pulu olmadığı üçün su nasosunu oğurlayaraq, Noxudlu körpüsünün yanında tanımadığı şəxsə 40 manata satmışdır. Zərər çəkmiş şəxsə hazırda ödəniş edə bilmir. Polis əməkdaşları onu 28 mart 2024-cü il saat 14:00-da Xırdalan şəhərində tutub Salyan RPŞnə gətirmişlər. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil müdafiə etdiyi şəxsin barəsində inzibati həbslə bağlı olmayan inzibati tənbeh tədbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Salyan Rayon Polis Şöbəsinin sahə rəisi X2 inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində hər hansı qərarın verilib-verilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İş materiallarında olan Şəxs xx.xx.2024-cü il tarixli izahatından görünür ki, o ünvan 1 ünvanında yaşayır. Əvvəllər narkotik vasitələrin qəbulu ilə bağlı məhkum olunmuşdur. 2023-cü ilin avqust ayında Cəzaçəkmə Müəssisəsindən azad olunmuşdur. Evə qayıtdıqdan sonra iş olmadığı üçün küçələrdə gəzmiş və narkotik qəbul etmək üçün pulu olmadığı üçün Salyan rayon ərazisində xırda oğurluqlar etmişdir. 2023-cü ilin dekabr ayının axırlarında Salyan rayonu, Babazanlı qəsəbəsindən keçən Kür çayının sahilində quraşdırılmış 01 ədəd su nasosunu oğurlayaraq, ora yaxın ərazidə qalın yulğun olan ağacların altında gizlədərək evə getmişdir. Həmin oğurluğu o, tək etmişdir. Təxminən 5-6 gün sonra gecə saatlarında o özü ilə meşok götürərək, su nasosunu gizlətdiyi yerə getmiş və onu götürmüşdür. Səhəri gün həmin su nasosunu götürərək Noxudlu ərazisindən keçən körpünün yanında dayanmış və yoldan keçən tanımadığı “Qazel” markalı avtomobilin sürücüsünə 40 manata satmışdır. O etdiyi əməlindən peşmandır. Bir daha bu cür hərəkət və hallara yol verməyəcəkdir. İş materiallarında olan “cinayət işi başlanmasının rədd edilməsi barədə” 08 yanvar 2024-cü il tarixli qərarından görünür ki, naməlum şəxs və ya şəxslərin əməllərində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işi başlanmasının rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olan inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən peşman olması Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini qeyd edib, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs xırda talama inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlər daxilində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakı dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Həmin Qərarın 5-ci bəndinə əsasən bu qərarın 1 və 4-cü hissələri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsində nəzərdə tutulmuş hallara, həmçinin mülki işlər və inzibati mübahisələrə dair işlər üzrə şəxsin Azərbaycan Respublikasının Ali Məhkəməsində təmsil edilməsi zamanı vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, vəkil tərəfindən göstərilən hüquqi yardım hallarına da şamil edilir. Məhkəmə, hesab edir ki, fərdi qaydada fəaliyyət göstərən Vəkil məhkəmə prosesi zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 04 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 24 manat məbləğində pul vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından onun “Kapital Bank”-ın Masallı rayon filialı Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB ********************4 VÖEN ********** hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs inzibati həbs müddətinin başlanğıcı 28 mart 2024-cü il tarixdən, saat 14:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Salyan Rayon Polis Şöbəsinə həvalə edilsin. Fərdi qaydada fəaliyyət göstərən Vəkil məhkəmə prosesi zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 4 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 24 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından onun “Kapital Bank”-ın Masallı rayon filialı Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB ********************4 VÖEN ********** hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi və ya inzibati həbsdə saxlandığı yer vasitəsilə və bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-323/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-323/2024
29.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver