Məhkəmə qərarları › İş №3(057)-324/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-324/2024

29.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-324/2024 29.03.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Vəkil X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə 29 mart 2024-cü il Salyan şəhəri xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Şirvan şəhəri, N.Nərimanov küçəsi, ev 01, mənzil 16-da qeydiyyatda olmaqla, Salyan şəhəri, 20 Yanvar küçəsi, ev 06-da yaşayan X1 Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Salyan RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Salyan RPŞ-dən daxil olmuş 28 mart 2024-cü il tarixli, MN № 1988060/339 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X4 xx.xx.2023-cü il tarixdə Salyan şəhəri, X.R.Ulutürk küçəsində Salyan rayon, Marışlı kənd sakini Zərərçəkmiş şəxs məxsus 120 manat dəyərində mobil telefonu oğurlamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Salyan şəhəri, X.R.Ulutürk küçəsində Salyan rayon, Marışlı kənd sakini Zərərçəkmiş şəxs məxsus 120 manat dəyərində mobil telefonu ondan alaraq qaytarmamışdır. Törətdiyi əmələ görə peşmandır. Hazırda dəymiş ziyanı ödəmiş, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur. Ona görə də, barəsində olan inzibati iş üzrə icraata xitam verilirməsini xahiş etmişdir. Vəkil X5 hüquqlarını müdafiə etdiyi X1 zərərçəkmişə vurduğu ziyanı ödəyərək onunla barışdığı üçün iş üzrə icraata xitam verilməsini xahiş etdi. Əlavə olaraq zərər çəkmiş tərəfin bu barədə məhkəməyə ərizə verdiyini bildirdi. Məhkəmədə elan olunmuş Zərərçəkmiş şəxs atası X3 məhkəməyə ünvanladığı ərizədən görünür ki, X4 tərəfindən ona vurulmuş ziyanın tamamilə ödənildiyini, ondan heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə elan olunmuş 17 fevral 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X4 barəsində Azərbaycan Respublikası İXMnın 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Salyan RPŞnin İTB-yə göndərilmişdir. Beləliklə, inzibati xəta hadisəsinin olması və oğurluğun X4 tərəfindən törədilməsi özünün etirafı və işdə olan sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nın 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki, inzibati xəta törətmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 vurulmuş ziyanı tamamilə ödədiyindən, X4 barəsində olan inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nın 53.0-cı maddəsində göstərilir ki, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.10. bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2, 53.0.10, 114,115,117,128,129 və 130-cü maddələrini rəhbər tutaraq,məhkəmə Qəraraaldı: X4 haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ağarza Səmədov Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar