Məhkəmə qərarları › İş №3(057)-327/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-327/2025

03.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-327/2025 03.03.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Salyan rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Salyan Rayon Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1978-ci ildə Türkiyə Respublikasında anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, fərdi qaydada fəaliyyətlə məşğul olan, ünvan 1a müvəqqəti qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Salyan rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan rayon icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 03 mart 2025-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs Şamaxı Rayon Məhkəməsinin 2(057)-166/2015 saylı, xx.xx.2019-cü il tarixli icra sənədi üzrə 16927,75 ABŞ dolları,40,5 manat mənləğində pul vəsaitini tələbkar Zərərçəkmiş şəxs QSC-nin xeyrinə ödəməmişdir. Məhkəmə iclasında iştirak edən böyük icra məmuru X5 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şamaxı Rayon Məhkəməsinin 2(057)-166/2015 saylı,xx.xx.2019-cu il tarixli icra sənədi üzrə xx.xx.2024-cu il tarixdə icraatına daxil olmuş icraat materiallarına nəzərə keçirərək məlum olmuşdur ki, borclu X3 və Şəxs müstərək qaydada 16927,75 ABŞ dolar və 40,5 manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs QSC-yə borc yaranmışdır. Şamaxı Rayon Məhkəməsinin 2(057)-166/2015 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə iddiaçının müraciəti əsasında borcun ödənilməsi üçün ipoteka qoyulmuş, mülkiyyət hüququ ilə X8 məxsus olan 2008-ci il buraxılış tarixli, mühərrikin nömrəsi VQ35198547C, ban nömrəsi JN8AS05Y28X018519 olan, H017585 dövlət qeydiyyat nişanlı, qara rəngli “İnfinity FX35” markalı nəqliyyat vasitəsi hərracla 9600 manat satılaraq borclunun banka olan borcundan silinərək qalıq olaraq 11035,29 ABŞ dolları və 40,5 manat borc qalmışdır. İş icraata daxil olandan sonra borclunun ünvanı dəqiqləşdirilib ünvanına bildiriş göndərilmiş, lakin ünvan 1a müvəqqəti qeydiyyatda olsa da, borclunun Bakı şəhərində olması məlum olmuş və Salyan rayon icra və probasia şöbəsinə dəvət edilmiş, borcluya məhkəmə qərarının olması və borcunun ödənilməsi üçün qanunla müəyyən edilən müddətdə borcun tam bağlanılması bildirilmişdir. Borclu borcun olmasını imtina etməmiş, lakin hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Lakin bu günə kimi borclu tərəfindən banka ödəniş icra edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, borclu barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 10 ilə yaxındır ki, bu borcla bağlı ona məlumat verilməmiş və hətta ona məxsus minik avtomobilin hərrac vasitəsilə satılmasından xəbəri olmamışdır. İcra və probasiya şöbəsinə çağırışa gəldikdə xəbəri olmuşdur ki, avtomobil 9600 manata satılıb və əldə olan pul banka borc ödənişi kimi qeydiyyata alınıb. Yasamal rayon icra şöbəsində borclunu dəvət edib bildirmisdilər ki, iddacı bank ona məxsus daşınar əmlaka, yəni avtomobilə həbs qoydurub və satılmalıdır və belə olan halda borclu da ona məxsus avtomobili təqdim etmişdir. Zamin, yəni Mustafayev Məlikşadan da xəbəri yoxdur, bu gunə kimi onunla nə danışıb, xəbərdardır, hətta bildiyinə görə Məlikşaha məxsus daşınmaz əmlak da hərrac vasitəsilə satılıb. Daha sonra izahatında bildirdi ki, hal-hazırda 400 manat borcdan ödəniş edə bilər və hissə-hissə borcunu bağlayacaqdır. Evli, himayəsində azyaşlı övladının olması və ailə vəziyyətini nəzərə alaraq, borcların ödənilməsi üçün möhlət verilməsini, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı mobil vasitə ilə məhkəmə iclas katibi tərəfindən əlaqə saxlanılan iddacı “X9 Azərbaycan” QSC-nin nümayəndəsi bildirdi ki, onlar borclunun hissə-hissə ödəniş etməsinə etiraz etmirlər, zamin olan Mustafayev Məlikşa məxsus daşınmaz əmlakın borc qarşılığında satılması doğru deyil və borcun təmin edilməsi barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən borclu Şəxs vəkili Elman Hənifəli bildirdi ki, halhazırda hüquqlarını müdafiə etidiyi borclu 400 manat ödəniş etməyə hazırdır, bunu nəzərə alıb İXM-nin 528.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; Şamaxı Rayon Məhkəməsinin 2(057)-166/2015 saylı, xx.xx.2019-cu il tarixli icra sənədindən görünür ki, borclu Şəxs və X1 müstərək qaydada 16927,75 ABŞ dolar və 40,5 manat məbləğində pul vəsaitinin Zərərçəkmiş şəxs QSC-yə xeyrinə tutulması qət edilmişdir. “İcraata başlamaq haqqında” xx.xx.2019-cu il tarixli qərarın surətindən görünür ki, Şamaxı Rayon Məhkəməsinin 2(057)-166/2015 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi əsasında iş üzrə icraata başlanılmış və həmin tarixdə tələbin 10 gün müddətində könüllü icra olunması haqqında cavabdehə bildiriş göndərilmişdir. “İcra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” qərardan görünür ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 24.1.2-ci maddəsinə əsasən Şamaxı Rayon Məhkəməsinin 2(057)-166/2015 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icra olunması üçün Salyan rayon icra və probasiya şöbəsinə göndərilməsi qərara alınmışdır. Salyan rayon icra və probasiya şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, Şamaxı Rayon Məhkəməsinin 2(057)-166/2015 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasını təmin etməyi üçün xx.xx.2024-cü il tarixə ödəniş etməklə icra şöbəsinə gəlməyi tələb olunmuş, əks halda barəsində 528.1-ci maddəsinə əsasən inzibati və CM-nin 306-cı maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməyi üçün məcburi icra tədbirlərinin həyata keçiriləcəyi bildirilmişdir. Şəxs xx.xx.2024-cü il tarixli izahatından görünür ki, icra şöbəsində öhdəsində olan borcu tam qaydada tələbkarlara ödənilməsi ondan tələb olunmuş, əks halda barəsində İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib olunaraq məhkəməyə göndəriləcəyi barədə xəbərdar edilmiş, o, öhdəsində olan borcunu ödəməkdən imtina etmədiyini, evli olması, himayəsində azyaşlı övladının olması, 10 il əvvəl olan borcu indiki yaşayış vəziyyətini nəzərə alaraq hissə-hissə borcu ödəyəcəyini nəzərə alaraq möhlət veriləməsinin təmin edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs heç bir üzrlü səbəb olmadan yuxarıda göstərilən icra sənədləri üzrə ödəməli olduğu borcu ödəməyərək icra vərəqəsini icra etməmiş, bundan boyun qaçırmış, bununla da o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş materiallar, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları ilə sübuta yetirilmişdir ki, Şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliklərini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin icrasını təmin etməmiş, buna laqeyd münasibət göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində, keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, onun törətdiyi əməli etiraf edərək əməlindən peşman olmasını və himayəsində bir azyaşlı uşağının olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır, məsuliyyətini ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə işin digər hallarını, onun barəsində inzibati tənbeh növü olaraq cərimə tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar