Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-328/2025 03.03.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Salyan rayon icra və probasiya şöbəsinin icra məmuru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxsin etibarnamə üzrə nümayəndəsi oğlu X3 iştirakları ilə, xx.xx.1982-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Salyan şəhəri Ə.Quliyev küçəsi ev 72 ünvanında yaşayan Şəxs haqqında Salyan rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan rayon icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 03.03 2025-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs Salyan Rayon Məhkəməsinin 2(057)-1604/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə olan borcunu ödəməmişdir. Məhkəmə iclasında iştirak edən icra məmuru X8 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə Salyan rayon icra və probasiya şöbəsinə daxil olmuş Salyan Rayon Məhkəməsinin 2(057)-1604/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu Şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə 1700 manat məbləğində pulun ödənilməsi qət edilmişdir. xx.xx.2021-ci il tarixdə borclunun ünvanına borcun könüllü ödənilməsi üçün bildiriş göndərilmiş və 10 gün müddətində vaxt verilmişdir. Borcun üzürsüz səbəbdən icra etmədikdə icra qanunvericiliyinə əsasən icra məcburi ediləcək və bununla bağlı xəbədrarlıq edilmişdir. Elektron İcra İnformasiya Sisteminin DİNnin müvafiq elektron informasiya sistemi ilə inteqrasiya nəticəsində borclu Şəxs məxsus “QAZ 32213” yük markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmişdir. Bununla bağlı, borcluya məxsus yük avtomobilinə, yəni “QAZ 32213” yük markalı, **-BL- *** dövlət qeydiyyat nişanlı avtomobilə məhdudiyyət qoyulmuşdur. Qeyd olunanları nəzərə alaraq borclu barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, işsizlikdən borcunu ödəyə bilməmişdir. Axtarışa verilərkən 50 və daha sonra 60 manat pul ödəyib. 2015-ci ldən 2021-ci ilə qədər məhkumluk həyatı yaşadığı üçün iş tapmaqda çətinlik çəkmişdir. Yeni işə düzəlmiş, expeditor vəzifəsində işləyir və hər ay 100 manata qədər ödəniş edib borcunu qaytaracağını bildimişdir. İcranın çağırışlarına iş rejiminə görə gələ bilmədiyini bildirdi. Boşandığını, iki övladının anası ilə qaldığını və onlara da aliment ödəməli olduğunu bildirmişdir. Evdə valideynləri və nənəsi ilə birlikdə qalır, onların təqaüd kartından istifadə etdiyini bildirdi. Qeyd olunanları nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi oğlu X7 izahatında bildiridi ki, borclu iki dəfə ödəniş edib, icra vasitəsilə axtarışa verildikdə 50 manat və 60 manat. Mütəmadi əlaqə saxlanılıb, amma ödənişlə bağlı nəticə olmamışdır. Borcunu tələb etdiyini, borculunun həbs edilməsini istəmədiyini, digər inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; Salyan Rayon Məhkəməsinin 2(057)-1604/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, X2 350 manat, X1 380 manat, Şəxs 1700 manat məbləğində pulun və 7,90 manat dövlət rüsumunun alınaraq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. “İcraata başlamaq haqqında” xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-1604/2021 saylı, xx.xx.2021-cü il tarixli icra sənədi əsasında iş üzrə icraata başlanılmış və həmin tarixdə tələbin 10 gün müddətində könüllü icra olunması haqqında cavabdehə bildiriş göndərilmişdir. Salyan rayon icra və probasiya şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktublarının surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-1604/2021 saylı, xx.xx.2021-cü il tarixli icra sənədinin icrasının təmin etməyi üçün xx.xx.2024-cü il il tarixdə ödəniş sənədlərini təqdim etməklə icra şöbəsinə gəlməsi tələb olunmuş, əks halda barəsində 528.1-ci maddəsinə əsasən inzibati və CM-nin 306-cı maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməyi üçün məcburi icra tədbirlərinin həyata keçiriləcəyi bildirilmişdir. Salyan rayon icra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli “borclunun əmlakının üzərinə həbs qoyulması haqqında” qərarın surətindən görünür ki, borclu Şəxs məxsus “Qaz 32213” yük markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. AR DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Şəxs məxsus “Qaz 32213” yük markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə məhdudiyyət qoyulması ilə bağlı məlumat BDYPİ-nin mərkəzi informasiya sistemində qeyd edilmişdir. Salyan rayon icra və probasiya şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktublarının surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-1604/2021 saylı, xx.xx.2021-cü il tarixli icra sənədinin icrasının təmin etməyi üçün xx.xx.2024-cü il il tarixdə ödəniş sənədlərini təqdim etməklə icra şöbəsinə gəlməsi tələb olunmuş, əks halda barəsində 528.1-ci maddəsinə əsasən inzibati və CM-nin 306-cı maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməyi üçün məcburi icra tədbirlərinin həyata keçiriləcəyi bildirilmişdir. Şəxs izahatından görünür ki, xx.xx.2021-ci il tarixində icra şöbəsində öhdəsində olan borcu tam qaydada tələbkarlara ödənilməsi ondan tələb olunmuş, əks halda barəsində İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib olunaraq məhkəməyə göndəriləcəyi barədə xəbərdar edilmiş, o, öhdəsində olan borcunu ödəməkdən imtina etmədiyini, maddi vəziyyəti və məhkumluğunun olması ilə bağlı işsiz olduğunu, 50 manat ödədəyini və hər ay 50 manat borcundan ödəyə biləcəyini bildirmişdir. Şəxs izahatından görünür ki, xx.xx.2021-ci il tarixində icra şöbəsində öhdəsində olan borcu tam qaydada tələbkarlara ödənilməsi ondan tələb olunmuş, əks halda barəsində İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib olunaraq məhkəməyə göndəriləcəyi barədə xəbərdar edilmiş, o, öhdəsində olan borcunu ödəməkdən imtina etmədiyini, maddi vəziyyəti və məhkumluğunun olması ilə bağlı işsiz olduğunu, 110 manat ödədəyini və hər ay 100 manat borcundan ödəyə biləcəyini bildirmişdir. Salyan Rayon Məhkəməsinin 8(057)-964/2024 saylı, xx.xx.2024-cü il qərardadına əsasən Salyan Rayon Məhkəməsinin 2(057)-1604/2021 saylı, xx.xx.2021-cü il tarixli icra sənədi üzrə borclu Şəxs məxsus “Qaz 32213” yük markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Salyan rayon icra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli “borclunun axtarılması barədə” qərarın surətindən görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. Salyan Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubunun surətindən görünür ki, Şəxs tutularaq müvafiq tədbirlərin görülməsi üçün Salyan rayon icra və probasiya şöbəsinə təhvil verilmişdir. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs heç bir üzrlü səbəb olmadan yuxarıda göstərilən icra sənədləri üzrə ödəməli olduğu borcu ödəməyərək icra vərəqəsini icra etməmiş, bundan boyun qaçırmış, bununla da o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş materiallar, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları ilə sübuta yetirilmişdir ki, Şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliklərini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin icrasını təmin etməmiş, buna laqeyd münasibət göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində, keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, onun törətdiyi əməli etiraf edərək əməlindən peşman olmasını, himayəsində iki azyaşlı uşaqlarının olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır, məsuliyyətini ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə işin digər hallarını, onun himayəsində iki azyaşlı uşaqlarının olmasını nəzərə alaraq, onun barəsində inzibati tənbeh növü olaraq cərimə tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır inzibati tənbehin, yəni inzibati həbs növündə inzibati tənbehin təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda, o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş tənbeh ədalətli olmamaqla işin hallarına və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin şəxsiyyətinə uyğun olmaz, inzibati tənbehin məqsədləri təmin edilə bilməz. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-328/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-328/2025
03.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver