Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-33/2023 19.01.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Mən, Salyan rayon məhkəməsinin hakimi X2, xx.xx.1990-cı ildə Salyan rayonunda anadan olmuş, Salyan rayonu, Qarabağlı kəndində yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli Şəxs barəsində Salyan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq Salyan rayon məhkəməsinin binasında məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Şəxs xx.xx.2022-ci il tarixdə saat 11:45 radələrində “X1” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobili Ələt-Astara yolunun 58-ci kilometrliyində sürücülük hüququ olmadan və narkotik vasitələrdən istifadə etməklə sərxoş vəziyyətdə idarə etmişdir. Həmin faktla bağlı Salyan RPŞ-nin DYPB tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 334.1-ci maddəsi ilə İXP ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün xx.xx.2023-cü il tarixdə Salyan rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ərizə təqdim edərək, izahat verərək göstərmişdir ki, özünü təqsirli bilir və inzibati xəta haqqında protokolda göstərilən xüsusatları tam təsdiq edir, əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir və barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Həmçinin göstərmişdir ki, onun idarə etdiyi, Elxan Kərimova məxsus “X1” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobil Salyan RPŞ-nin nəqliyyat vasitələrinin duracağı nəzərdə tutulmuş yerdən götürülmüşdür. İş materiallarında olan Cəlilabad RMX publik hüquqi şəxsi tərəfindən xx.xx.2022-ci il tarixli 248 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs həmin tarixdə saat 09:50-də narkotik vasitə THC(x) (marixuana) qəbulundan yaranmış sərxoşluq vəziyyəti aşkar olunmuşdur. İş materiallarında olan Şəxs məxsus AE 525762 saylı sürücülük vəsiqəsindən görünür ki, həmin sürücülük vəsiqəsi BC kateqoriyalıdır. Qeyd edirəm ki, Şəxs sürücülük vəsiqəsi olsa da, “BC” kateqoriyalı olduğundan onun “X1” markalı avtomobili idarə etmək hüququ olmamışdır. Belə ki, sürücünün mikroavtobus idarə etmək hüququnun olmasını “D” kateqoriyalı sürücülük vəsiqəsi təsdiq edir. Şəxs isə sürücülük vəsiqəsi “BC” kateqoriyalı olmuşdur.Buna görə də onun həmin nəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 334.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 334.1-ci maddəsinə əsasən, Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edir, məsuliyyətini ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbehin tətbiq olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmirəm ki, həmin şəxsin barəsində cərimə növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab edirəm. Hesab edirəm ki, tətbiq olunacaq cərimə növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Adil Vəliyev
Məhkəmə qərarları › İş №3(057)-33/2023
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-33/2023
19.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver