Məhkəmə qərarları › İş №3(057)-331/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-331/2024

02.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-331/2024 02.04.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Salyan Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi, polis leytenantı X4, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə 14 yanvar 1981-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, Salyan rayonu, Xıdırlı kəndində qeydiyyatda olmaqla orada yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Salyan Rayon Polis Şöbəsindən xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş 02 aprel 2024-cü il tarixli, MN № 1988068/352 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Salyan rayonu, Xıdırlı kəndində 1.577 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla əlaqədar olaraq Salyan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X7 tərəfindən 02 aprel 2024-cü il tarixli, MN № 1988068/352 saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, iş materialları ilə birlikdə baxılması üçün xx.xx.2024-cü il tarixdə Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X7 izahatında göstərdi ki, Şəxs Azərbaycan Respublikası DİN-nin BNMİ-nin X10 Şöbəsi tərəfindən tutulmuş, üzərindən 1.577 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətai üzrə özünü təqsirli bilərək bildirmişdir ki, törətdiyi əməldən peşmandır. Himayəsində İ qrup əlil uşağı var. 2023-cü ilin avqust ayına kimi, 20 il Hərbi Dəniz Qüvvələrində mülki şəxs kimi işləmişdir. 2023-cü ilin avqust ayından işsizdir. Bir daha bu cür hallara yol verməyəcəyini və məhkəmədən ona köməklik göstərilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BNMİ-nin CBRŞ-nin təhqiqatçısı X5 xx.xx.2024cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, Azərbaycan Respublikası DİN-nin BNMİ-nin CBRŞ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Aqşin Məmmədzadənin raportu əsasında toplanmış material üzrə Salyan rayonu, Xıdırlı kəndində qeydiyyatda olmaqla faktiki yaşayan Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilməsi, qəbul edilmiş qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün yaşayış yeri üzrə Salyan RPŞ-nin İTB-nə göndərilməsi, Şəxs aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 1,527 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana maddi sübutların saxlanılma kamerasında saxlanılması üçün Salyan RPŞ-nə göndərilməsi, qəbul edilmiş qərarın surəti Şəxs göndərilməklə ona qəbul olunmuş qərardan narazı qaldığı halda rayon prokuroruna, yuxarı prokurora və yaxud məhkəməyə şikayət etmək hüququnun olması izah edilməsi, qəbul edilmiş qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorluğa göndərilməsi qərara alınmışdır. 24 fevral 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokolun ksero surətindən görünür ki, Şəxs 24 fevral 2024-cü il tarixdə saat 13:00 dəqiqədə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Salyan rayonu, Xıdırlı kəndində yerləşən yaşadığı evin yaxınlığında küçədə saxlanılaraq BNMİ-nin X10 Şöbəsinə gətirilmiş, 24 fevral 2024-cü il tarixdə saat 14:15 dəqiqədə müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili X2 iştirakı ilə tutulmuşdur. 24 fevral 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X10 Şöbənin təhqiqatçısı, polis mayoru X8 Azərbaycan Respublikası CPM-in 51, 86 və 242-247-ci maddələrinin tələblərinə əsasən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X10 Şöbənin baş əməliyyat müvəkkili, polis kapitanı X3, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X10 Şöbənin polis nəfəri, polis baş seriantı X9, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X10 Şöbənin polis nəfəri, polis baş seriantı X6, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Şəxs, müdafiəçi-Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran Rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə tərtib edir həmin ondan ötrü ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X10 Şöbəsinə Şəxs narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında əməliyyat tədbirləri keçirilərkən sonuncu 24 fevral 2024-cü il tarixdə saat 13:00 dəqiqədə Salyan rayonu, Xıdırlı kəndində yerləşən icra nümayəndəliyinin yaxınlığında küçədə saxlanılaraq Regional Şöbəyə gətirildikdən sonra tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan, şəxsi axtarış və götürmə aparılması haqqından 24 fevral 2024-cü il tarixli qərara əsasən Baş Narkotiklərlə Mübarizə İdarəsinin X10 Şöbənin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Şəxs bu barədə qərarla tanış edilmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, əvvəllər məhkum olunmamış, narkotik maddə marixuana çəkməklə qəbul edir, marixuanadan başqa digər narkotik maddələrdən qəbul etmir, satışı ilə məşğul olmamışdır. Şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Şəxs əynindəki qolsuz gödəkçənin sağ yan cibindən bir ədəd sellofan büküm çıxarıb təqdim edərək masanın üzərinə qoydu və ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində marixuana var, özünə məxsusdur, 22 fevral 2024-cü il tarixdə Salyan şəhərində adını bilmədiyi şəxsdən özü qəbul etmək üçün 10 manata almış, əldə etdiyi marixuanadan bir dəfə qəbul etmiş, heç kimə verməmiş, satmamış, bundan başqa onda narkotik maddə yoxdur. Sonra Şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı hər hansı bir qanunsuz əşya, narkotik maddə aşkar olunmamışdır. Şəxs təqdim etdiyi sellofan bükümün içərisinə baxıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Şəxs təqdim etdiyi sellofan büküm elektron tərəzidə çəkildikdə qurudulmuş marixuanaya bənzər kütlə 2 qram çəkidə olmuşdur. Sonra həmin sellofan büküm zərfə qoyulmuş zərfin üstü “DİN Zərflər üçün №7(1)” möhürü ilə möhürlənmiş və üzərində müvafiq qeydlər aparılaraq imzalanmışdır. Şəxsa verilən suallara cavab olaraq bildirmişdir ki, saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir qanunsuz hərəkətlər edilməmiş, zor tətbiq olunmamışdır. Bu barədə heç bir şikayəti və tələbi yoxdur, törətdiyi əmələ görə peşmandır. Ona verilən sualları tam başa düşdüyünü bildirmişdir. Şəxsi axtarış xidməti iş otaqda keçirilmiş və “Sony” markalı video kamera vasitəsi ilə BNMİ-nin CBRŞ-nin əməkdaşı Tural Babayev tərəfindən video çəkiliş aparılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X11 Bölməsinin 25 fevral 2024-cü il tarixli, 19/189 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vətəndaş Şəxs təqdim etdiyi 01 ədəd bükümdə qurudulmuş marixuanaya bənzər kütlə qablaşdırıldı, möhürləndi...” sözləri və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 1.577 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata sərf olundu-0.05 qram, qalıq-1.527 qram təşkil edir. Marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təyin edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr” siyahına daxildir (Siyahı İ). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X13 Yoxlamanın xx.xx.2024-cü il tarixli, 198 nömrəli rəyindən görünür ki, Şəxs kannabioidlərin qəbulundan yaranan aslılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İşdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında protokolu iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə-iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Şəxs barəsində İXM-nin 206-cı maddəsində nəzərdə tutulan həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən peşman olması Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsi məqsədəmüvafiqdir və inzibati tənbehin məqsədini təmin edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 30, 40.0.1, 43, 48-51, 114, 115 və 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 20 (iyirmi) gün müddətinə inzibati “həbs” növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs inzibati həbs müddətinin başlanğıcı 02 aprel 2024-cü il tarixdən, saat 16:38dən hesablansın. Qərarın icrası Salyan Rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, Ərazi Narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Salyan rayon PŞ-də saxlanılan qalıq çəkisi 1.527 qram narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin. Qərarın surəti təqdim edildiyi (alındığı) gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə (inzibati həbsdə saxlandığı yer vasitəsilə) və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar