Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 3(057)-334/2024 29.04.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şəxs nümayəndəsi Vəkil iştirakı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şəxs Ə.C.Əmirov adına Neft-Qaz Çıxarma İdarəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olan inzibati xəta haqqında protokola baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən məhkəməyə daxil olmuş MN № ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şirvan Milli Parkının ərazisində yerləşən qaz quyularından hasil olunan qazın təmizlənməsi zamanı süzgəcdən çıxan qazdan ayrılmış lay sularının ətraf mühitə və Baş Şirvan Kollektoruna axıdılaraq, Xəzər dənizinin çirkləndirilməsi faktı aşkar edilmişdir. 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi, X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şəxs Ə.C.Əmirov adına Neft-Qaz Çıxarma İdarəsi barəsində toplanmış inzibati xəta haqqında material baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şəxs nümayəndəsi Vəkil bildirmişdir ki, Şirvan Milli Parkının ərazisində yerləşən qaz quyularından hasil olunan qazın təmizlənməsi zamanı qaz separatoru vasitəsi ilə təmizlənir. Həmin qurğu su və qazı ayırır. Qaz separatoru 16 sentyabr 2016-cı ildə sınağdan keçirilmişdir. Növbəti sınaq 16 sentyabr 2024-cü ilə keçiriləcəkdir. Mübahisə predmeti olan ərazidə yaranmış gölməçələr, həmin ərazidə olan çobanlar tərəfindən heyvanları suvarmaq məqsədi ilə qazılmışdır. Protokola əlavə edilmiş fotoşəkillər fevral ayında çəkildiyi, fevral ayında yağıntılar səbəbi ilə orada suyu toplanmışdır. Hazırda həmin ərazi tam qurudur. İXM-nin 264.0.1-ci maddəsinin tərkibi yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şəxs nümayəndəsi Vəkil məhkəməyə etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi SOCAR-ın Şəxs Ə.C.Əmirov adına NQÇİ-nin Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə dair MN seriyalı ******* saylı, 01 aprel 2024cü il tarixli inzibati xəta haqqında protokol tərtib etmiş və baxılması üçün məhkəməyə göndərmişdir. Aşağıda göstərilən əsaslara görə hesab edirlər ki, inzibati xəta haqqında protokol qanunsuz və əsassız olduğuna və SOCAR-ın “Azneft” İB-nin Ə.C.Əmirov adına NQÇİ-nin əməlində inzibati xəta tərkibi olmadığı həmçinin inzibati xəta hadisəsi olmadığı üçün inzibati icraata xitam verilməlidir. Belə ki, Ə.C.Əmirov adına NQÇİ-yə məxsus Şirvan Milli Parkının ərazisində yerləşən qaz quyularından hasil olunan qazın təmizlənməsi qurğusunun süzgəçi (seperator) vardır və işlək vəziyyətdədir (fotoşəkillər və video görüntü etiraza əlavə edilir). Ə.C.Əmirov adına NQÇİ-nin əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirilmiş video və foto görüntülər çəkilmişdir. Həmin görüntülərdən də görünür ki, Ə.C.Əmirov adına NQÇİyə məxsus Şirvan Milli Parkının ərazisində yerləşən qaz quyularından hasil olunan qazın təmizlənməsi qurğusunun süzgəçi (seperator) vardır və həmin qurğuların ətrafı qurudur, heç bir su axıdılması yoxdur. Həmçinin, həmin foto və video görüntülərdən də müəyyən olunur ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin su axıdıldığına dair iddia etdikləri yer Ə.C.Əmirov adına NQÇİ-nin ərazisi deyil və həmin ərazidə çobanlar tərəfindən heyvanlarını suvarmaq üçün qazılmışdır. Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsinə əsasən, su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, yəni su obyektlərinin çirklənməsinin zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin kommunal və digər obyektlərin istismar edilməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokol İXM-nin 264.0.1-ci maddəsinin tələbləri pozulduğu qeyd olunmuşdur. Həmin maddə də su obyektlərinin çirklənməsinin zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmasına görə məsuliyyət nəzərdə tutulmuşdur. Lakin təqdim edilən şəkillərdən və video görüntüdən də görünür ki, Ə.C.Əmirov adına NQÇİ-yə məxsus Şirvan Milli Parkının ərazisində yerləşən qaz quyularından hasil olunan qazın təmizlənməsi qurğusunun süzgəci (seperator) vardır və işlək vəziyyətdədir, ətraflarında da heç bir su sızıntısı yoxdur. Göründüyü kimi Ə.C.Əmirov adına NQÇİ-yə məxsus Şirvan Milli Parkının ərazisində yerləşən qaz quyularından hasil olunan qazın təmizlənməsi qurğusu olduğundan, İXM-nin 264.0.1-ci maddəsinin tərkibi mövcud deyil, inzibati xəta hadisəsi yoxdur, Ə.C.Əmirov adına NQÇİ-nin əməlində heç bir inzibati xəta tərkibi yoxdur. Bundan əlavə, MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi vaxt göstərilməmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilməmiş, hüquqları və vəzifələri izah edilməmiş, protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanmamışdır. Ona görə də, Socar-ın Şəxs Ə.C.Əmirov adına NQÇİ-nin Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə inzibati icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi idarənin aparıcı məsləhətçisi X1 izahatında göstərmişdir ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi 22 fevral 2024cü il tarixdə Salyan rayon ərazisində nəzarət tədbirləri zamanı Baş Şirvan Kollektorunun Salyan rayon ərazisindən keçən hissəsində, çirkab sularının axıdılması müəyyən edilmişdir. Çirkab sularının axıdılması Ə.C.Əmirov adına NQÇİnin Şirvan Milli Parkının ərazisində yerləşən neft-qaz anbarlarından çıxan çırkli su təmizlənmədən boru ilə açıq sahəyə, oradan isə Baş Şirvan Kollektoruna axıdılır. Sudan götürülmüş nümunələr lobarotoriya şəraitində müəyyən edilmişdir ki, çirklənmə normadan 294 dəfə artıqdır. Ə.C.Əmirov adına NQÇİ hüququ şəxs olduğu üçün məhkəməyə müraciət etmişlər. Məhkəmə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şəxs nümayəndəsi Vəkil izahatını dinləyib, MN № ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol və materialları araşdıraraq hesab edir ki, inzibati xəta haqqında material geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157-188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 333-1, 334, 334-1, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1 - 343.7, 343.9, 343-1.1 - 343-1.9, 343-1.11, 349, 351, 351-1, 353.5, 361, 362-3, 363, 363-1, 363-2, 368-379, 381.1-381.7, 388‒388- 2, 393-1.2 və 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 394-1 və 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1- 2 və 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401-404, 406-409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477-2.2, 479-481, 482.1, 482-1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538- 1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562-1, 563.2, 567-569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598 (vəkillərə və auditor xidməti göstərən şəxslərə münasibətdə), 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1, 264.0.4, 264.0.6 və 264.0.7-ci maddələrdə nəzərdə tutulan inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, 264.0.2, 264.0.3 və 264.0.5-ci maddələrdə nəzərdə tutulan inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri baxırlar. Protokolda qeyd edilən maddə üzrə inzibati xətaya baxmaq səlahiyyəti İXM-in 18-ci maddəsinə əsasən məhkəmənin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən, Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Qanunvericiliyin bu tələbinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İnzibati xəta haqqında protokolu tərtib edən orqan qanuna əməl etməmişdir. Belə ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Baş məsləhətçi müfəttişi X4 tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Əmirov adına Neft-Qaz Çıxarma İdarəsi VÖEN - ********* barəsində MN № ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. "xxxx"-dən çıxarışdan müəyyən edilir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Əmirov adına Neft-Qaz Çıxarma İdarəsinin hüquqi şəxs statusu yoxdur. VÖEN: ********* Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şəxsnə məxsusdur. Əmirov adına Neft-Qaz Çıxarma İdarəsi müstəqil hüquqi şəxs olmadığından, onun müstəqil şəkildə hüquqlar əldə edə və müstəqil şəkildə fəaliyyət qabiliyyəti əldə edə bilmədiyindən onun tərəf olması istisna edilir. Göründüyü kimi Əmirov adına Neft-Qaz Çıxarma İdarəsi hüquqi şəxs olmasa da materiallar məhkəməyə göndərilmişdir. İlkin olaraq inzibati xəta törətmiş hüqui şəxs müəyyən olunmalıdır. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, inzibati xəta haqqında protokol Azərbaycan Respublikası İXM-nin 100-cü maddəsinin tələblərinə uyğun olmayan formada tərtib olunmuşdur. Protokolda inzibati xətanın törədildiyi vaxt və yer dəqiq göstərilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat tam dəqiq qeyd olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsinə əsasən, su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə-fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 100, 101, 106, 109, 111 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şəxs Ə.C.Əmirov adına Neft-Qaz Çıxarma İdarəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana geri qaytarılsın. Qərardan şikayət verilə bilməz. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-334/2024
Salyan Rayon Məhkəməsi Qərardad — İş №3(057)-334/2024
29.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver