Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-336/2024 05.04.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Salyan RPŞ-nin İTB-nin sahə rəisi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, təqaüdçü, Salyan rayonu, Qaraçala qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Salyan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan rayon Polis şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 05 aprel 2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Salyan rayonu Qaraçala qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs Əbülfəz oğlunu döymüş və bununla da o, AR İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, Əli onun qaynıdır. Münasibətləri əvvəllər normal olmuşdur. Aralarında heç bir düşmənçilik və ədavətləri olmayıb. 2022-ci ilin iyun ayında o, Əlinin bacısı X1 ilə ailə həyatı qurmuşdur. Lakin ailə həyatı qurduqdan sonra onunla aralarında mütəmadi olaraq söz-söhbətlər olduğuna görə münasibətləri pisləşmiş və 2023-cü ilin noyabr ayında Gülsüm yaşadığı ata evinə getmiş və ondan ayrılmaq üçün Salyan Rayon Məhkəməsinə müraciət etmişdir. Hazırda onların Salyan Rayon Məhkəməsində işləri davam edir. Lakin Gülsüm evdən gedən zaman hamilə olmuşdur. 2024-cü ilin fevral ayının 24-də onun övladı olmuş, övladı olmasına baxmayaraq o, övladını görməmiş, dəfələrlə o, övladını görmək üçün qayınatası Əbilfəzə demiş, Əbilfəz isə övladını ona göstərməkdən imtina etmişdir. Buna görə də, 07 mart 2024-cü il tarixdə o, ən azından övladının şəklini görmək məqsədi ilə qaynı Əlinin evinin qarşısında Əlinin evdən çıxmasını və onun mobil telefonu alıb övladının şəklini görmək üçün saat 16 radələrində o, onların evinin qarşısına getmişdir. Təxminən 1 saat keçmişdir ki, qaynı Əlinin evdən çıxdığını görmüş, Əli bir az getdikdən sonra ona yaxınlaşmış və əlində olan bıçağı Əlinin boğazına dirəyib sakit olmağını və kənara çəkilməyini demişdir. Əlidə yaxşı deyib kənara çəkilmiş, o, bu zaman bıçağı onun boğazından kənara çəkmişdir. Onlar birlikdə söhbət edərək yolun kənarına çəkilmişlər. Bu zaman o, Əlinin sifət nahiyəsinə bir dəfə yumruqla vurmuş, bundan sonra Əliyə ailəmi dağıtdıqlarını deyib, mobil telefonunu istəmiş, Əlidən mobil telefonunu almaqda məqsədi həmin mobil telefonda olan övladının şəkillərini görmək olmuşdur. Əli ona mobil telefonunu vermiş, Əliyə həmin mobil telefonun kodunu açmağını demiş, Əli mobil telefonun kodunu açmış, onların aralarında mübahisə olmuşdur. Mübahisə zamanı qardaşı Sənan həmin yerə gəlmiş, Sənan onun qolundan tutub evə aparmışdı. Əlidə oradan uzaqlaşıb çıxıb gedən zaman ona mobil telefonu götürmək üçün atası Əbilfəzin gəlməyini demiş, həmin vaxtı üzərində olan bıçağı yaxınlıqda olan kanala atmışdır. Əlavə olaraq bildirmişdir ki, 07 mart 2024-cü il tarixdə Əli ilə aralarında yaranmış müabhisə zamanı o, Əlinin sifət nahiyəsinə yumruqla vurmuş, lakin Əlidən aldığı mobil telefonu övladının şəkilinə baxmaq üçün almışdır. Hazırda həmin mobil telefonu Salyan RPŞ-nə təqdim etmişdir. Əməlindən peşmandır və bir daha eyni əməli törətməyə yol verməyəcəyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Orxan onun yeznəsidir. Onunla münasibətləri əvvəllər normal olmuşdur. Aralarında heç bir düşmənçilik və ədavətləri olmamış, lakin Orxan tufeyli həyat tərzi keçirdiyinə görə onunla çoxda münasibətləri olmamış, Orxan 2022-ci ilin iyun aylarında onun bacısı X1 ilə ailə həyatı qurmuşdur. Bundan sonra onlar qohum olmuşdur. Lakin buna baxmayaraq onunla yenə də, münasibətləri olmamışdır. Orxan bacısı Güslüm ilə ailə həyatı qurduqdan sonra onlarında münasibətləri yaxşı olmamışdır. Mütəmadi olaraq evdə söz-söhbətləri olmuşdur. Buna görədə 2023-cü ilin oktyabr ayında bacısı Gülsüm Orxanın evindən çıxaraq onların yaşadığı evə gəlmişdir. Bundan sonra Orxan dəfələrlə onların yaşadığı ünvana gələrək bacısı Gülsüm ilə barışmaq istəsə də, bacısı Gülsüm onunla barışmağa razı olmamışdır. 07 mart 2024-cü il tarixdə saat 17 radələrində o, evdən çıxaraq kənd ərazisində olan marketə getmişdir. O, yolda olan zaman onu arxadan kimsə əlində bıçaqla boğaz nahiyəsindən tutduğunu görmüş, o, nə baş verdiyini başa düşməmişdir. O, dərhal arxaya çevrilib baxmışdır. Bu zaman Orxanın əlində bıçaqla dayandığını görmüşdür. Orxan oan sakit olmağını deyib, bir az kənara çəkilməklərini demiş, o, da problem olmadığını demiş və Orxan ilə birlikdə yolun kənarına çəkilmişlər. Orxan onun sifət nahiyəsinə yumruqla vurmuş və ona bacısı Gülsümü niyə apardıqlarını soruşmuşdur. O, Orxana bacısı Güslüm ilə mütəmadi olaraq söz-söhbətləri olduğuna görə bacısı Gülsümün ondan ayrılmaq qərarına gəldiyini demiş, Orxan isə ona mobil telefonumu ona verməyimi və atası Əbilfəzə zəng edib onuda bura çağıracağını demişdir. O, cibində olan özünə məxsus “Samsung A10 S” markalı mobil telefonunu ona vermişdir. Orxan isə mobil telefonu alsa da, atası Əbilfəzə zəng etməmişdir. Onların mübahisələri davam edən zaman Orxan yenə də, cibində olan bıçağı çıxardaraq onu öldürəcəyi ilə hədələməyə başlamışdır. O, isə onun əlindən tutmağa çalışaraq bıçağı atmasını demişdir. Bu zaman Orxanın qardaşı Sənan həmin yerə gəlmiş, Sənan Orxanın qolundan tutaraq aparmışdır. Bundan sonra isə o, oradan uzaqlaşıb yaşadığı evə gəlmiş, bu barədə atası Əbilfəzə demişdir. Atası Əbilfəz də, bu barədə Azərbaycan Respublikası DİN-nin 102 Xidməti Zəng Mərkəzi Sisteminə zəng edərək məlumat vermişdir. Əlavə olaraq bildirmişdir ki, 07 mart 2024-cü il tarixdə yeznəsi Orxan ilə aralarında yaranmış mübahisə zamanı Orxan onun sifət nahiyəsinə yumruqla vuraraq xəsarət yetirmiş, həmçinin onun özünə məxsus olan “Samsung A10 S” markalı mobil telefonunu almışdır. Təqdimat verən Salyan rayon polis şöbəsinin rəisi polis polkovniki Nəzər Əsgərova məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin TB-nin təhqiqatçısı polis baş leytenantı Fuad Mirzəzadə tərəfindən tərtib olunmuş 27 mart 2024-cü il tarixli raportdan görünür ki, Salyan rayonu Qaraçala qəsəbəsində yaşayan X4 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 Xidməti Zəng Mərkəzi Sisteminə zəng edərək Şəxs adlı şəxsin onun oğlu Zərərçəkmiş şəxs bıçaqla hədələməsi, döyməsi və əlində olan mobil telefonu alması barədə məlumat vermiş, X2 müraciəti 07 mart 2024-cü il tarixdə Salyan Rayon Polis Şöbəsində “Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabı”nda 476 sayla qeydiyyata alınaraq icraata daxil edilmiş, Salyan rayonu Qaraçala qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Salyan Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, qeyd olunan tarixdə yeznəsi Şəxs tərəfindən döyüldüyünü bildirmişdir. İş materiallarında olan Salyan RPŞ-nin TB-nin təhqiqatçısı polis baş leytenantı Fuad Mirzəzadənin “cinayət işininn başlanmasının rədd edilməsi barədə” 27 mart 2024-cü il tarixli qərarından görünür ki, Salyan rayonu Qaraçala qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs Salyan Rayon Polis Şöbəsinə yazdığı ərizə əsasında toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. 05 aprel 2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Salyan rayonu Qaraçala qəsəbəsində Zərərçəkmiş şəxs Əbülfəz oğlunu döymüş və bununla da o, həmin hərəkəti ilə AR İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Hərbi biletin surətindən görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etmişdir. O, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə “partlayış travması” almışdır. O, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Qubadlının azad olunmasına görə” medalı, “Füzsulinin azad olunmasına görə” medalı, “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Salyan rayonu Qaraçala qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs Əbülfəz oğlunu döymüş, bununla da o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 14-cü maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən əməlindən səmimi peşmançılıq hissi keçirməsini məsuliyyəti yüngülləşdirən hal kimi, 44 günlük Vətən müharibəsində iştirak etməsini şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə AR İXM-nin 157-ci maddəsinə münasibətdə törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, X6 AR İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-336/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-336/2024
05.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver